Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Qərb Ölkələri Üzre Regionşünasliq Kafedrası

Norvecde syllabus yaz 2025

 

Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının

14.02.2025 tarixli iclası (Protokol № 7) ilə təsdiqlənmişdir.

Kafedra müdiri__________ prof. S.F.Əliyeva

 

 

 

 

 

 

         Fənn Sillabusu

Fənnin adı:

Norveçdə sosial təhlükəsizlik və sosial müdafiə

Akademik yarım il:

II

Fənnə ayrılan saatlar:

60

Tədris forması:

(ənənəvi/məsafədən)

Ənənəvi

Fənnin krediti:

6

Fənn müəllimi:

Ülviyyə Yaşarlı Poladxanlı

Fakültə

BM və regionşünaslıq

Qrup:

Dərs saatları:

272

Məsləhət saatları

I-III gun 13:20

Fənn üzrə bölmə rəhbəri:

b/m. H.Abbasova

dos. N.Əsgərova

Fənn müəlliminin

e-poçt ünvanı

[email protected]

Tərtib etdi:

Müəllimin adı, soyadı, ata adı:

Ülviyyə Yaşarlı Poladxanlı

İmza:

 

   

Fənnin təsviri

 

ADU – nun BM və Regionşünaslıq fakültəsinin II kursunda nəzərdə tutulmuş cari fənn “Norveçdə sosial təhlükəsizlik və sosial müdafiə”sinin tədrisinə həsr olunmuşdur. Tədris prosesində tələbələr ixtisas ölkəsində sosial təhlükəsizlik və sosial müdafiə siyasətinin yaranma, bu siyasətin inkişaf dinamikası, rifah dövləti cəmiyyəti modelinin tətbiqi, rifah dövlətin hüquqi əsasları ilə tanış olacaqlar. Bundan başqa, Norveçdə sosial təhlükəsizlik və sosial müdafiənin idarəetmə səviyyəsində təşkili, səhiyyə vahidlikləri, bələdiyyə səviyyəsində sosial rifahı siyasətinin təşkili haqqında məlumat əldə edəcəklər.

Bununla yanaşı, kursda müxtəlif dövrlərdə həyata keçirilən sosial siyasətin təhlili, rifah dövləti modelinin formalaşması, pensiya, işsizlik, səhiyyə, miqrantlar  və digər sahələrdə həyata keçirilən proqramların tədqiqinə də geniş yer verilir.

İxtisas ölkəsində gəlirin idarə olunması, təqaüd, işsizlik, səhiyyə, əhalinin və eləcə də, uşaqların rifahı, regionda aparılan uşaq və ailə siyasəti, yaşlılara yönəlik dövlət siyasəti, bu sahədə qəbul edilən proqramlar və onların əhəmiyyəti, Skandinaviya ölkələrində yaşayan xalqlar, xarici işçilər və miqrantlar və bu kimi sosial sahələrin tədqiqinə də geniş yer verilir. Sosial rifah siyasəti və xidmətləri ilə bağlı analitik müqayisələr təqdim olunur. Bu müqayisələr çoxmillətlilik və müxtəliflilik, sosial ədalət və sosial dəyişiklik, davranış və sosial elm nəzəriyyəsi və onun tədqiqatı, müxtəlif təbəqələrə uyğun sosial əməyin təbliği, işsizliyin qarşısının alınması, müalicə və reabilitasiya proqramları və xidmətləri baxımından cari sosial rifah sisteminin güclü və zəif, müsbət və mənfi tərəflərini müəyyənləşdirir.

 

Şərtlər

“Norveçdə sosial təhlükəsizlik və sosial müdafiə” fəninin daha ətraflı öyrənilməsi üçün Azərbaycan, Rus, İngilis, eləcə də ixtisas dili olan Norveç dilində material və ədəbiyyatlar daha səmərəli və məqsədəuyğun şəkildə istifadə edilməlidir.

 

Fənnin məqsədi                                                                                                                                                              

“Norveçdə sosial təhlükəsizlik və sosial müdafiə” fənninin əsas məqsədi mövcud ədəbiyyat və materiallar əsasında tələbələri Norveçdə sosial siyasətin mahiyyəti, nəzəri və praktiki cəhətləri ilə tanış etməkdən, tələbələrə bu sahədə mövcud problemləri, ölkənin bu sahədə apardığı  daxili siyasət və onun inkişaf mərhələlərini, gələcək perspektivləri haqqında kompleks və sistemli  biliklər vermək, onlara gələcək peşə fəaliyyətləri ilə bağlı problemlərin müzakirəsinə istiqamət verməkdən  ibarətdir.

Tədris olunan fənnin  məqsədlərindən biri də tələbələrə onların gələcək fəaliyyətlərində yararlı olacaq bilik və bacarıqları öyrətmək, onları bir fərd kimi cəmiyyətə daha fəal inteqrasiyasına cəsarətləndirməkdir.

                                                                                                                 

Fənnin sonunda tələbə aşağıdakı kompetensiyalara yiyələnməlidir:

PK-4-Siyasi-ictimai mütəfəkkirlərin dövlət, hüququ, ictimai və siyasi münasibətlərə dair təlim və nəzəriyyələrini ilkin mənbələr əsasında təhlil edərək, çağdaş beynəlxalq siyasi prosesləri və siyasi institutların fəaliyyətini qiymətləndirmək, habelə mühakimələr və prognozlar irəli sürməyi bacarmaq

PK-7- Siyasi, mədəni və ilkin elmi araşdırmalar aparmaq üçün sosial elmlıərdə geniş yayılmış kəmiyyət və keyfiyyət metodlarından istifadə etməyi bacarmaq, tədqiqat istiqaməti üzrə uyğun və etibarlı informasiyanı fərqləndirməyi bacarmaq, sorğu, anket və tədqiqat müsahibəsi keçirmək bacarıqlarına yiyələnmək

PK-21-Strateji düşüncə tərzini formalaşdırmaq, strateji məqsədlərin düzgün formalaşdırması, strategiyanın hazırlanması prosesində vəziyyətin analizini aparmağı bacarmaq.                         

İxtisas proqramının təlim nəticələri:

PTN 2. Fiziki və mədəni coğrafi amillərin daxili və xarici siyasi proseslərə təsiri, onlar arasında qarşılıqlı əlaqəni və asılılığı müəyyən edə bilir, bu amillərin münaqişənin, mədəni sosial-proseslərin inkişafında onun rolunu təhlil etməyi bacarır.

PTN 3. Regionda baş verən hadisə, proses və təzahürləri təhlil edərkən bu sahədə öyrəndiyi tarixi biliklərdən istifadə etmək bacarır, müasir siyasi proseslərlə bağlı irəli sürdüyü fikirləri arqumentləşdirmək üçün beynəlxalq münasibətlər və region tarixindən mənimsədiyi biliklərdən istifadə etməyi bacarır.

PTN 12. Region ölkələrinin siyasi, iqtisadi, tarixi, mədəni inkişafına dair tədqiqatlar aparmağı, qeyd edilən istiqamətlərdə perspektiv meyilləri müəyyən etməyi bacarır

Fənn üzrə təlim nəticələri (FTN)

FTN 1: Norveçdə sosial təhlükəsizlik və sosial müdafiənin əsasları haqqında məlumat əldə edilir, məntiqi düşünmə və elmi müzakirə aparma vərdişləri aşılanır;

FTN 2:Norveçdə sosial təhlükəsizlik və sosial müdafiə ilə bağlı məlumatları təhlil edir və müstəqil nəticələr əldə edir;

FTN 3:Norveçdə sosial təhlükəsizlik və sosial müdafiə ilə əlaqədar müxtəlif xarakterli resurslarla işləmək bacarığı əldə edir,

FTN 4: Norveçdə sosial təhlükəsizlik və sosial müdafiənin hüquqi bazasını öyrənir, təhlil edir və müqayisə edir;

FTN 5: Norveçdə sosial təhlükəsizlik və sosial müdafiə sahəsində görülən tədbirləri nəzərdən keçirir və sintez edir;

FTN6:Müasir dövrdə Norveç və Azərbaycanda həyata keçirilən sosial siyasətin oxşar və fərqli xüsusiyyətlərini təhlil edir.

 

Qiymətləndirmə meyarları və mərhələləri

Təhsilalanların imtahana qədər topladığı bal 50 (bal), İmtahanda topladığı bal 50 bal olaraq hesablanır.

                                                                    Dərslərdə aktiv iştirak (cari qiymətləndirmə) 20 bal

                                                                    Kollokvium (aralıq qiymətləndirmə) 10 bal

                                                            Sərbəst iş 10 bal

                                                            Davamiyyət  10 bal

                                                                    İmtahan (yekun qiymətləndirmə) 50 bal

                                                          

Fənnin yekun qiyməti tələbənin semestr boyu topladığı bal (cari) ilə imtahan zamanı əldə etdiyi balın toplanılması ilə formalaşır.

 

Qiymətləndirmə sistemi/meyarları

 

İmtahan (yekun qiymətləndirmə) 

İmtahan kursun sonunda aparılır. İmtahan yazılı formada təşkil olunur. Hər bilet 5 sualdan ibarət olur. Suallar 10 ballıq qiymətləndirmə əsasında aparılır. Hər suala maksimum 10 bal verilir. Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. İmtahan yazı işləri ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” təlimata uyğun meyarlar əsasında qiymətləndirilir.

Qeyd: “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” sillabusun sonunda əksini tapıb.

 

Semestr nəticəsinə görə qiymətləndirmə

Tələbənin yekun biliyi maksi­mum 100 balla qiy­mət­lən­di­ri­lir. Bundan maksimum 50 balı tələbə se­mestr ərzində, maksimum 50 balı isə im­tahanda toplayır.

Fənn üzrə semestr ərzində top­lanmış balın yekun miqdarına gö­rə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiy­mət­ləndirilir:

 

 

Ballar

Qiymət

Hərfi işarəsi

0-50

Qeyri-kafi

F

51-60

Qənaətbəxş

E

61-70

Kafi

D

71-80

Yaxşı

C

81-90

Çox yaxşı

B

91-100

Əla

A

 

Qiymətləndirmənin komponentləri

Cari qiymətləndirmə

Tələbələr tədris zamanı plana uyğun olaraq əvvəlcədən verilmiş materialları oxumalı, müəllimin verdiyi mühazirə və əsas ədəbiyyatdan savayı əlavə mənbələrə müraciət edərək müstəqil araşdırma nəticəsində məşğələlərə aktiv şəkildə hazırlaşmalıdır. Əvvəlki mövzulara aid suallara cavab verməli və tədris müddətində aparılan müzakirələrdə fəal iştirak etməlidirlər.

Cari qiymətləndirmə ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” təlimata uyğun meyarlar əsasında qiymətləndirilir.

Qeyd: “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” sillabusun sonunda əksini tapıb.

Kollokvium

Kollokviumun tədris semestrinin VII və ya VIII həftəsi ərzində keçilir. Qiymətləndirilmə test tapşırıqları, quiz və açıq sual formasında olur. Semestr boyu tələbələr bir kollokvium verir və 10 bal qazanır.

Kollokvium mövzuları:

1.          Sosial siyasətin həyata keçirilmə mexanizmlərinin müqayisəli təhlili

2.          Sosialist və sosial dövlət tiplərinin müqayisəli təhlili

3.          Həyat səviyyəsi standartları anlayışı və onların müəyyənləşdirilməsi

4.          Uşaqların, əlillilərin, yaşlı və fiziki xəstələrin sosial ehtiyacları və onların təminatı

5.          Norveçdə miqrasiya prosesinin hüquqi tənzimlənməsi

6.          Norveç Milli Sığorta Planı modelinin digər dövlətlərdə tətbiqinin mümkünlüyü və onun izahlı təhlili

7.          Norveç rifah dövlətində ailə institutu

8.          Sosial müdafiə və onun başlıca istiqamətləri

9.          Norveç Milli Sığorta Planı və onun təşkili mexanizmi

10.      Bərabərlik paradoksu: rifah cəmiyyətində gender və iş

Davamiyyət gözləntiləri və dərsdə fəal iştirak

Tələbələr tədris prosesinə ciddi yanaşmalı, gecikməməli və üzürsüz səbəbdən dərs buraxmamalıdırlar.  Fənnə ayrılan saatların 25%-dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.

Sərbəst iş

Sərbəst işlər geniş həcmli (10 səhifə) ətraflı araşdırma şəkildə, habelə 8-10 slayd arası (mövzunu əhatə edəcək, geniş) prezentasiya formasında da təqdim edilə bilər. Bundan savayı tələbələr kurs ilə əlaqədar münasib üslublu və məzmunlu kitab oxuya bilər. Sərbəst iş mövzularının seçilməsi və təsdiqi müəllimlə tələbənin qarşılıqlı məsləhətləşmələri və razılığı əsasında aparılır. Sərbəst işlər original olmalıdır. Plagiat yolverilməzdi!!!

Bütün sərbəst işlər 1 may 2025-ci il, saat 17:00 qədər təhvil verilməli və müəllimlə razılaşdırılan vaxt şifahi cavab verilməlidir. Tələbələr sərbəst işləri dərsdən kənar vaxtlarda, məsləhət saatları vaxtlarında təhvil verir.

Sərbəst işlərin mövzuları

1.      Skandinaviya ölkələrində sosial siyasətinin oxşar və fərqli modelləri.

2.      Norveçdə sosial siyasətin rifah siyasətin

3.      Norveç və Azərbaycanda neft fondlarının iş prinsipləri.

4.      Norveç rifah dövlətində vətəndaş cəmiyyətinin formalaşması.

5.      Vətəndaş cəmiyyətinin Skandinaviya modeli və yeni-demokratiya ölkələrinə mümkün tətbiqi.

6.      Norveç və Azərbaycanda Pensiya fondunun fəaliyyətinin müqayisəli təhlili.

7.      Norveç cəmiyyətində miqrantların çoxçeşidliliyi.

8.      Norveç rifah dövlətində miqrantların cəmiyyətə inteqrasiya mexanizmləri.

9.      Norveç cəmiyyətində miqrantların əmək bazarına cəlb edilməsi proseduru.

10.  Gender bərabərliyi  məhfumu Skandinaviya rifah cəmiyyətininin inkişafı fonunda.

Tədris və təlim metodları

Analiz, sintez, analogiya və müqayisə metodundan geniş istifadə edilməlidir. Deduktiv metoda istinadən ümumqəbul edilmiş yanaşma və konsepsiyaların konkret hallara tətbiq edib, mühüm əqlinəticələrə nail olmaq lazımdır. İnduktiv metoda istinad edərək retrospektiv bucaqdan empirik müşahidə nəticəsində müəyyən edilmiş faktların ümumiləşdirilərək yeni baxışa çevrilməsi zəruridir. Dərslərin interaktiv, müzakirə və kiçik konfrans formasında keçirilməsi məsləhətlidir. Kursun tədrisi zamanı əsasən interaktiv metodlarla, yanaşı digər metodlardan da istifadə ediləcək və bu metodlardan istifadə etməklə tələbələr tədris olunan materialları daha yaxşı mənimsəyəcəklər. Kursun tədrisi zamanı müxtəlif təqdimatlardan, film və videolardan istifadə ediləcək, müxtəlif oyunlar və yarışlar vasitəsi ilə tələbələrin bilikləri daha da möhkəmləndiriləcək, müxtəlif yazı işləri vasitəsilə onların fərdi düşünmə və ədəbiyyatla müstəqil işləmə bacarıqları inkişaf etdiriləcək.

Xüsusi qayğıya  ehtiyacı olan tələbələrlə iş

Şəxslərin sosiallaşması və cəmiyyətə uğurlu inteqrasiyasını həyata keçirmək üçün müvafiq metodlar seçir;

Ø Ətrafdakılarla əlverişli sosial əlaqələrin qurulmasına dəstək verir;

Ø Fərdi proqramı reallaşdırmaq üçün yeni təlim metodlarından müvafiq şəkildə istifadə edir;

Ø Dərs materiallarının daha sadə və asan anlaşılan şəkildə təqdim edilir;

Ø Yüksək akademik göstəriciləri olan tələbələrə onların öz təşəbbüsləri əsasında əlavə məsləhət saatları təyin edir.

İstifadə olunacaq resurslar (Elektron/Yükləmələr/Əlavə materiallar)

Semestr ərzində keçirilən mövzuların planları, təqdim ediləcək prezentasiyalar, əsas və əlavə ədəbiyyat siyahısı tələbələrə e-mail vasitəsilə ötürüləcək.

 

Kursun qiymətləndirilməsi/Tələbə rəyləri

Kursun əvvəlində və sonunda təşkil ediləcək sorğu tələbələrin fənn və tədrisə münasibətini müəyyən etməyə yönəlmişdir. Tələbələrin tədris ilə bağlı rəyləri vacib əhəmiyyət kəsb edir, məsələyə aşağıdan baxış fokusunu təşkil edir və növbəti illərdə buraxılan səhvlərin təkrarlanmamasına, yeni innovativ ideyaların tətbiq edilməsinə şərait yaradır.

 

Ədəbiyyat siyahısı

1.      Məmmədova S.D., Azərbaycanda sosial dövlət: inkişafı, perspektivləri. Bakı, “AVROPA” nəşriyyatı – 20

2.      Paul Spicker, Social policy, Themes and approaches (Revised second edition),  2008.

3.      J. Blau. & M. Abramovitz, The dynamics of social welfare policy. New York; Oxford Press. (2004).

4.      Baxşəliyev T.Ş. Norveç tarixi ən qədim zamanlardan günümüzədək. (Ali məktəblərin bakalavr pilləsi üçün dərslik). Bakı, «Təhsil», 2021.

5.      Maagerö E., Simonsen B. Norveç cəmiyyəti və mədəniyyəti. –Bakı: Portal Kitab evi, –2013.

6.      Məmmədov B. Norveç Krallığının təhsil sistemi // Azərbaycan müəllimləri. – 2011, 20 may.

7.      Stenersen O., Libaek I. Norveç Tarixi-Buz dövründən bu günə kimi.  –Bakı. –2009. –200 s.

8.      Eric S., Louge E. and Logue J. Modern Welfare States // Scandinavian Policy in the global age. Chapter 8.

Furuholmel, C., Magnussen J.: Helath Care Systems in Transition: Norway, Copenhagen: WHO Regional Office for Europe, – 2000.

 

 

DƏRSLƏRİN TƏQVİM-TEMATİK PLANI

 

Saat

Tarix

Modul/Bölmə/Fəsil

Təlim nəticələri

Oxu materialı

Tapşırıq növü

 

 

 

 

 

2 s

 

 

Mövzu I  “Norveçdə sosial təhlükəsizlik və sosial müdafiə” fənninin predmeti, məqsəd və vəzifələri

·      “Norveçdə sosial təhlükəsizlik və sosial müdafiə” fənninin mahiyyəti

·      Norveçdə sosial təhlükəsizlik və sosial müdafiə fənninin anlayışı və predmeti

·      Norveçdə sosial təhlükəsizlik və sosial müdafiə fənninin əsas vəzifəsi, məqsədi

·      Fənnin mənbələri və prinsipləri (tarixilik, xronoloji ardıcıllıq, obyektivlik, elmi və yaradıcı yanaşma)

·                     Norveçdə sosial təhlükəsizlik və sosial müdafiə fənninin predmetini mənimsəmək

·                  Fənnin öyrənilməsinin zərurəti və əhəmiyyətini qavramaq

·                  Fənnin öyrənilməsinin prinsip və mənbələri haqqında məlumat əldə etmək

1. Məmmədova S.D., Azərbaycanda sosial dövlət: inkişafı, perspektivləri. Bakı, “AVROPA” nəşriyyatı – 2017

2. Paul Spicker, Social policy, Themes and approaches (Revised second edition),  2008, pp.2-18

3. J. Blau. & M. Abramovitz,

The dynamics of social welfare policy. New York; Oxford Press. (2004), pp. 3-16

4. Социальная политика: учебник для бакалавров / под ред. С69 Е. И. Холостовой, Г. И. Климантовой. — М.: Издательство Юрайт, 2013. Cт. 25-32

Tapşırıq 1. Norveçdə sosial təhlükəsizlik və sosial müdafiə fənninin predmeti, məqsəd və vəzifələri, fənnin öyrənilməsinin zərurəti və əhəmiyyətinin  nə qədər vacib olduğunu izah edin

 

 

 

 

 

 

4 s.

 

 

Mövzu II Sosial siyasətin anlayışı və tarixi inkişaf mərhələləri 

    əhl  

·         Sosial siyasət anlayışı, əsasları, vəzifələri.

·         Sosial siyasətin həyata keçirilmə mexanizmləri.

·         Sosial təhlükəsizlik və sosial müdafiə anlayışı.

·         Sosial təhlükəsizliyin məqsədləri və beynəlxalq hüquqi təminatı.

·         Sosial təhlükəsizliyin funksiyaları

·         Sosial siyasət anlayışı və onun tarixi inkişaf mərhələləri    

·         “Düz Mütənasiblik: Sosial siyasət və Demokratiya” tarixi inkişaf formasının xarakterik xüsusiyyətləri

·         Sosial siyasətdə  “Jandarm dövləti” modeli

·         “Avtoritar rejimdə rifah dövləti-sosialist dövlət”in xarakterik xüsusiyyətləri                                                                                                                                                                                                                                         

·         Liberal dövlət ilə sosialist dövlətin müqayisəli təhlili.

 

 

·                      Sosial siyasət, təhlükəsizlik, müdafiə və rifah arasında müqayisəni öyrənmək

·                      Sosial siyasətin formalaşması tarixini araşdırmaq

·                      Sosial dövlət tiplərini qruplaşdırmaq

 

1.Əsgərov, E.Hüseynov, Sakit Hüseynov, Davamlı insan inkişafı, 2009, s. 48-80

2. Məmmədova S.D., Azərbaycanda sosial dövlət: inkişafı, perspektivləri. Bakı, “AVROPA” nəşriyyatı, 2017

3. Paul Spicker, Social policy, Themes and approaches (Revised second edition),  2008, pp.2-18

4. Gerben Nooteboom, A Matter of Style, Social security and Livelihood in Upland East Java, June 2003, s. 40-56

5. Bedir E., Alper Y., Tokol A., Sosyal Politika. 3.Baskı. Anadolu Üniversitesi. 2014

6. Gardenia Harris, Bernard Ivan Tamas, Nancy S. Lind,  2008 p. 28-35

7. Beyhan A. Sosyal Devlet, Bolu, 2008. pdf material. http://www.hm.ibu.edu.tr/ui/odevler/Sosyal_Devlet_Akin_Beyhan.pdf.8. Koray M. Sosyal Politika, Ankara, 2004, pdf material. http://www.mcalismato plum.org/ sayi15/ koray.pdf

9. Исторические этапы становления социальной политики

https://vuzlit.com/1716935/istoricheskie_etapy_stanovleniya_sotsialnoy_politiki

Tapşırıq 1. Sosial müdafiə, sosial təhlükəsizlik, sosial rifah anlayışlarının müqayisəli təhlilini edin və eyni zamanda müvafiq ölkələri bu istiqamətdə xarakterizə edin.

 

 

 

4 s

 

 

Mövzu III Sosial siyasətin vəzifə mexanizmləri və əsas hədəfləri

·         Sosial siyasətin vəzifələri

·         Sosial siyasətin vəzifələrinin və sosial azadlıqlar arasında əlaqə

·         Sosial siyasətin həyata keçirilmə mexanizmləri

·         Sosial siyasətin əsas hədəfləri

 

 

·                     Sosial siyasətin vəzifələri arasında əlaqəni müəyyənləşdirmək

·                     Sosial siyasətin vəzifə mexanizmlərini aydınlaşdırmaq

·                     Sosial siyasətin əsas hədəflərini qruplaşdırmaq

1. Rzayeva E. Dövlətin sosial siyasətinin konseptual əsasları və strateji hədəfləri. Təfəkkür.-2017.-№1.-S.65-72.

2. Manning, N. The Politics of Welfare N. Manning Social Policy ed. by J. Baldock, N. Manning, S. Miller,S. Viskerstaff. N.Y. Oxford University Press, 2000.

  3. Дойчман К. Будущее государства благосостояния / К. Дойчман // Государство благосостояния и егосоциально-экономические основы: сб. ст. СПб.: Ин-т страхования, 1998, с. 16-17

Tapşırıq 1. Sosial siyasət anlayışı və əsas xüsusiyyətləri haqqında əlavə məlumatların hazırlanması, verilən məlumatlarla müqayisəli təhlil, eləcə də, tənqidi fikirlər təqdim edilməsi.

 

 

 

 

 

4 s

 

Mövzu IV  Sosial ehtiyac anlayışı və təsnifatı

Ehtiyac anlayışı. Ehtiyacın əsas kateqoriyaları.Sosial ehtiyacların təsnifatı və onun yaranma səbəbləri.

Sosial-iqtisadi fenomen kimi yoxsulluq və yoxsulluq meyarları. Yoxsulluğun səbəbləri. Yoxsulluğun qiymətləndirilməsi.

İşsizlik və işsizliyin səbəbləri. Yaşlılıq sosial ehtiyac duyan əsas kateqoriya kimi.

Uşaqların əsas ehtiyacları. Fiziki qüsurlu insanların sosial ehtiyacları.

 

·         Sosial ehtiyacların təsnifatıni öyrənmək;

·         Sosial-iqtisadi fenomen kimi yoxsulluq və işsizliyi təhlil etmək;

·         Uşaqların və fiziki qüsurlu insanların sosial ehtiyacları ilə bağlı fundamental məlumatlar əldə etmək.

1.Paul Spicker, Social policy, Themes and approaches (Revised second edition),  2008. Page 15-48

2.Blau J. & Abramovitz M., The dynamics of social welfare policy. New York; Oxford Press, 2004. Page 19-38

3. U. Ələkbərov. Davamlı insan inkişafının əsasları. Bakı, Təhsil, 2007. Səh. 84-94

4.ПРАВО СОЦИАЛЬНОГО ОБЕСПЕЧЕНИЯ. Учебник.  ПРОСПЕКТ Москва-2001. Səh. 227-242.

 

Tapşırıq 1. Sosial ehtiyacların təsnifatı və onun yaranma səbəblərini araşdıqmaq və təqdimat hazırlamaq. Tapşırıq 2. Sosial ehtiyaclar arasında

 

 

 

 

 

 

6 s

 

Mövzu V Norveçdə sosial siyasətin formalaşması və onun tarixi inkişafı

 

·         1814-cü ildə İsveç dövlətinin tərkibində Norveçə tətbiq edilən sosial siyəsətin xarakteri

·         1845-ci il “Yoxsulluq haqqında” qanunun qəbulu

·         1892-ci ildə “Fabrika Auditi” qanunu

·         1894-cü ildə “Qəza sığortası” və 1909-cu ildə “Xəstəlik sığortası” haqqında qanunun qəbulu

·         II Dünya müharibəsindən sonra “hər kəs üçün iş” prinsipinin qəbul edilməsi

·         1953-cü il işçilər məcburi sağlamlıq sığortası qanunun qəbulu

·         1956-cı il əhali üçün məcburi sağlamlıq sığortası qanunun qəbulu

·         1967-ci il Sığorta məhkəməsinin təsis edilməsi

·         1990-cı Norveç Neft Fondunun əsasının qoyulması

·         1991-1992-ci illərdə “Reabilitasiyaya dair Ağ siyasət”

·         2006-cı il Norveç əmək və rifah adminstrasiyasının təsisi

·         Norveçdə sosial siyasətin tarixi aspektlərini müəyyənləşdirmək.

·         Qəbul edilən qanunun nəticələrinin cəmiyyətdə sosial vəziyyətə təsirini təhlil etmək

·         Norveçdə sosial siyasətin tarixi aspektlərini müəyyənləşdirmək.

·         “Hər kəs üçün iş” prinsipinin qəbul edilməsinin Norveç cəmiyyətində təzahürünü öyrənmək

·         Təsis edilmiş institutların Norveç rifah cəmiyyətinin inkişafında göstərdiyi təsirləri araşdırmaq

1.       Baxşəliyev T.Ş. Norveç tarixi ən qədim zamanlardan günümüzədək. (Ali məktəblərin bakalavr pilləsi üçün dərslik). Bakı, «Təhsil», 2021, 808 səh.

2.       Maagerö E., Simonsen B. Norveç cəmiyyəti və mədəniyyəti. –Bakı: Portal Kitab evi, –2013. – 325s. 

3.       Məmmədov B. Norveç Krallığının təhsil sistemi // Azərbaycan müəllimləri. – 2011, 20 may. – s.12-13.

4.       Stenersen O., Libaek I. Norveç Tarixi-Buz dövründən bu günə kimi.  –Bakı. –2009. –200 s.

5.        Eric S., Louge E. and Logue J. Modern Welfare States // Scandinavian Policy in the global age. Chapter 8, – p. –192-195.

6.       Furuholmel, C., Magnussen J.: Helath Care Systems in Transition: Norway, Copenhagen: WHO Regional Office for Europe, – 2000.

Tapşırıq 1. Norveçdə sosial siyasətin tarixi inkişaf mərhələləri.

Tapşırıq 2. Hər mərhələnin xarakterini müəyyən edərək, dövrlər üçün müqayisəli təhlil etmək.

 

 

 

 

 

4 s

 

 

Mövzu VI Norveçdə Rifah Dövlətinin təşkili, rifah işinə yanaşma və onun əhatə dairəsi

·         Norveç rifah dövlətinin hüquqi təşkili

·         Milli səviyyədə rifah dövlətinin səlahiyyət və funksiyaları

·         Regional və bələdiyyə səviyyəsində rifah dövlətinin məsul olduğu sahələr

·         Rifah işinə yanaşma

·         Rifah dövlətinin əhatə dairəsi

 

·                      Norveçdə rifah dövlətinin təşkili qaydasını müəyyən etmək

·                      Ölkədə rifah siyasəti, ona yanaşma və əhatə dairəsini müəyyənləşdirmək

1.       Boyesen, Hjalmar H. The History of Norway, –2011.

2.       Dahl E., Lødemel I., Drøpping A.J. Social Policies in Norway: Processes, Stuructures and İmplementation Mechanisms, –p. – 4-6.

3.       Eric S., Louge E. and Logue J. Modern Welfare States // Scandinavian Policy in the global age. Chapter 8, – p. –192-195.

4.       Furuholmel, C., Magnussen J.: Helath Care Systems in Transition: Norway, Copenhagen: WHO Regional Office for Europe, – 2000.

Tapşırıq 1. Norveçdə rifah dövləti anlayışının xüsusiyyətini aydınlaşdırmaq.

Tapşırıq 2. Norveç rifah dövlətinin region dövlətləri ilə müqayisəli təhlil etmək.

 

 

 

 

 4 s

 

Mövzu VII Norveç Sığorta Planı və Sığorta məhkəməsi

·         Norveç Sığorta Planına üzvlük.

·         Milli Sığorta Planında kordinasiya prosesi.

·         Norveç Sığorta Planının başlıca məqsədi.

·         Norveç Sığorta Planından alınan müavinatlar.

·         Norveç Sığorta Planının fəaliyyət dairəsi və xərcləri.   

·         Norveç Sığorta Məhkəməsi və onun fəaliyyəti 

 

 

 

·         Norveç Sığorta Planın rifah dövlətində tutduğu yeri anlamaq

·         Sığorta planının əhatə dairəsini mənimsəmək

·         Sığorta sisteminin cəmiyyət üçün faydası və inkişafa açdığı yolu dərk etmək müqayisəli təhlil etmək

·         Sığorta məhkəməsinin əhəmiyyətini və onu fərqləndirən xüsusiyyətləri ayırd edə bilmək

 

1.                   Regulation (EEC): [Electronic resource] / No 1408/71 ­ June 14,  1971. On the application of social security schemes to employed persons and their families moving within the Community. URL:

http://eurlex.europa.eu/lexuriserv/lexuriserv.do?uri=celex:31971r1408:en:html

2.                   Sejersted, Francis. The Age of Social Democracy: Norway and Sweden in the Twentieth Century // The history of the Scandinavian social model as it developed after the separation of Norway and Sweden in 1905. Princeton University Press, – 2014. –543 p.

3.                   Norwegian National Insurance Scheme

http://www.nyinorge.no/en/Familiegjenforening/New-in-Norway/About Norway/Norwegian-National-Insurance-Scheme/#:~:text=If%20you%20have%20legal%20employment,cent%20of%20your%20gross%20income.

 

Tapşırıq 1. Norveç rifah dövlətinin əsas dayağı olan Norveç Sığorta Planının formalaşması  Tapşırıq 2. Sığorta məhkəməsinin fəaliyyət mexanizminin təhlili

 

 

 

 

 

4 s

 

Mövzu  VIII Norveç Əmək və Rifah Adminstrasiyası 

·         Norveç Əmək və Rifah Adminstrasiyasının yaranması

·         Başlıca fəaliyyət istiqamətləri.

·         Norveç Əmək və Rifah Adminstrasiyasının işinin təşkili.

·          Adminstrasiyasının başlıca məqsədi

·          Milli Sığorta Aktı.

·         Əmək Bazarı Aktı.

·         Sosial Rifah Aktı.

 

·         Əmək və Rifah Adminstrasiyasının iş prinsiplərini mənimsəmək

·         Məşğulluq sisteminin sosial işə yanaşmada əhəmiyyətini öyrənmək

·         Norveçdə məşğulluq siyasətinin məğzini anlamaq

1.                  What is NAV? https://www.nav.no/en/home/about-nav/what-is-nav

Tapşırıq 1. Norveş rifah dövlətində tam məşulluğun təmin olunması üçün Norveç Əmək və Rifah adminstrasiyasının fəaliyyətini təhlil etmək

4 s

 

Mövzu  IX Norveç pensiya (təqaüd) sistemi

·         Norveç Pensiya Sisteminin formalaşdırılması.

·          Dövlət Pensiya fondu.

·         Dövlət tərəfindən verilən minimum və maksimum təqaüd.

·         Yaşa görə verilən təqaüdlər.

·          İş fəaliyyəti zamanı qəza müqabilində verilən təqaüdlər.

·         Norveçdə fəaliyyət göstərən pensiya fondları. 

 

Kollokvium

·                     Norveç Pensiya sistemi və Norveç Pensya Fondu arasında fərqli aydınlaşdırmaq;

·                     Norveçdə pensiya formalarını müəyyən edə bilmək;

·                     Norveçdə fəaliyyət föstərən pesiya fondlarını təhlil edə bilmək

 

1.                    Thomas P. Boje and Arnlaug Leira. Gender, Welfare State and the Market, Towards a new division of labour.  USA and Canada, 2002

2.                    Norwegian Pension System.https://www.norden.org/en/info-norden/norwegian-pension-system#:~:text=Here%20you%20can%20read%20about,employers%2C%20and%20private%20pension%20savings

Tapşırıq 1.

Norveç rifah dövlətində pensiya sisteminin araşdırılması, Tapşırıq 2. Pensiya fondu və pensiya sistemim arasında müqayisəli təhlilin aparılması

 

 

 

 

 

 

 

4 s

 

 

Mövzu   X    Norveçdə səhiyyə sisteminin təşkili

·          Səhiyyə sistemi rifah dövlətinin başlıca elementi kimi

·          Norveç səhiyyə sisteminin təşkili

·          Norveçdə səhiyyə sistemi və sosial qayğı xidmələri arasında əlaqələr

 

·                     Səhiyyə sistemini təşkilinin müxanizmini anlamaq

 

·                     Rifah dövlətinin formalaşmasında güclü səhiyyə sisteminin rolunu müəyyənləşdirmək

 

·                     Sosial qayğı formalarını müəyyən etmək

1.                    Maagerö E., Simonsen B. Norveç cəmiyyəti və mədəniyyəti. –Bakı: Portal Kitab evi, –2013. – 325s.Statistics, 89, 359−373.

2.                    The Health and Social Affairs Sector in Norway – An Overview // Norwegian Minstry of Health and Social Affairs. URL: www.oecd.org/norway/36304405.pdf

3.                    Sørvoll J. The Norwegian Welfare State, – 2005-2015: Public attitudes, political debates and future challenges // Norwegian Social Research. –Oslo: Akershus University College. https://www.researchgate.net/publication/330467974_The_Norwegian_Welfare_State_20052015_Public_attitudes_political_debates_and_future_Challenges

Tapşırıq 1.

Norveç rifah dövlətinin əsas dayaqlarından olan səhiyyə sisteminin təşkili qaydalarını müəyyən etməsi.

Tapşırıq 2. Səhiyyə sisteminin inkişafının sosial dövlətə təsiri

6 s

 

Mövzu XI Norveçdə miqrasiya siyasətinin tarixi və onun rifah dövlətinin formalaşmasına təsiri

·         Norveçdə miqrasiya prosesinin tarixi inkişafı

·         Norveçdə miqrasiya prosesinin hüquqi tənzimlənməsi

·         Miqrantların Norveç cəmiyyətinə inteqrasiya, adoptasiya və assimilyasiya prosesi

·         Miqrantlarla aparılan sosial iş və onların xarakteri

·                     Norveçdə miqrasiya prosesi və onu şərtləndirən amilləri anlamaq

 

·                     Norveçdə miqrasiya prosesinin hüquqi tənziməsini öyrənmək

 

·                     Norveçdə miqrantlara yönəlik sosial iş mexanimzini təhlil etmək bacarığına yiyələnmək

1.Borjas, G. J. (1987): Self-Selection and the Earnings of Immigrants, American Economic Review, 77, 531−553.

2. Clark, X., HattonT. J. , Williamson J. G.  (2007): Explaining U.S. Immigration, 1971−1998, The Review of Economics and Statistics, 89, 359−373.

3.Immigration Act: [Electronic resource] / Act of 15 May 2008 On the entry of foreign nationals into the kingdom of Norway. URL: https://www.regjeringen.no/no/dokumenter/lov-av-15-mai-2008-nr-25-om-utlendingers/id585772/

Tapşırıq 1.

Norveçdə miqrasiya siyasətinin tarixi və bu siyasətin rifah dövlətinin formalaşmasına təsiri

 

 

 

 

 

4 s

 

Mövzu XII Norveçdə rifah dövlətində gender bərabərliyinin rolu 

·         Qadın sosial siyasətin obyekti kimi

·         Təhsildə və işçi qüvvəsi arasında gender paylanması.

·          Gender bərabərliyi cəhdlərinin meyar və metodları.

·          Bərabərlik paradoksu: rifah cəmiyyətində gender və iş.

·         Çoxmillətli cəmiyyətdə gender bərabərliyi.

 

·                     Gender brabərliyinin rifah cəmiyyətinin inkişafı baxımından əhəmiyyətini anlamaq

 

·                     Sosial iş və gender bərabərliyi anlayışlarını təhlil etmək qabiliyyətinə malik olmaq

1.Gender, Welfare State and the Market, Towards a new division of labour.

Thomas P. Boje and Arnlaug Leira. USA and Canada, 2002

Gender Equality in Norway

https://gender.no/gender-equality

2.Tümerkan Elbayrak E., Birinci M. Sosyal devlet modelleri: sosyal demokrat model, İsveç – Norveç örneği //Sosyal Çalışma Dergisi, – 2017. №1, – s. 64-100. https://www.researchgate.net/publication/330039943_SOSYAL_DEVLET_MODELLERI_SOSYAL_DEMOKRAT_MODEL_ISVEC_-_NORVEC_ORNEGI

3. Hagen, K. and I. Lødemel: “Fattingdon og sosial eksklusjon”, in I. FrØnes and L. Kjølsrød, Det norske samfunn, – Oslo: Gyldendal, – 2003.

4.                  Hatland, A., Kuhnle, and T. I. Romøren: Den norske velferdsstaten, Oslo: Gyldendal, – 2011.

Tapşırıq 1.  Rifah Dövlətində gender bərabərliyinin əhəmiyyətinin təhlili

Tapşırıq 2. Gender disbalansı rifah dövləti üçün yarada biləcəyi problemlər.

 

 

 

 

 

 

2 s

 

 

Mövzu XIII Norveçdə yaşlılara və əmək qabiliyyətsiz insanlara yönəlik sosial siyasət

·         Yaşlılara yönəlik sosial proqramlar və onların icrası. Norveçdə yaşlı insanlar və onların qarşılaşdıqları əsas problemlər.

·         Norveçdə yaşlılara xidmət edən könüllülər və onların növləri.

·         Yaşlıların təqaüdü. Yaşlılara müəyyən güzəştlərin olunması. Təşkilatların bu istiqamətdə yeri və rolu.

·         Norveçdə əmək qabiliyyətsiz insanlar.

·         Əlillik təqaüdləri. Sosial müavinətlər.

·         Norveçdə əlillərə tibbi yardım. Tibbi yardım zamanı sığortanın əhəmiyyəti. Tibbi bərpa.

 

·                   Sosial siyasətdə yaşlı insanların yeri, onların qarşılaşdıqları əsas problemlərin müəyyənləşdirilməsi

 

·                   Norveçdə yaşlılara göstərilən sosial xidmətlərin araşdırılması

 

·                   Norveçdə yaşlı insanların sosial təhlükəsizliyinin təmini və rifah şəraitinin yüksəldilməsi

 

·                   Norveçdə fiziki qüsurlu insanlara yönəlik siyasətin əsas istiqamətlərinin müəyyənləşdirilməsi

1.                  Sørvoll J. The Norwegian Welfare State, – 2005-2015: Public attitudes, political debates and future challenges // Norwegian Social Research. –Oslo: Akershus University College. https://www.researchgate.net/publication/330467974_The_Norwegian_Welfare_State_20052015_Public_attitudes_political_debates_and_future_Challenges

2.         The Health and Social Affairs Sector in Norway – An Overview // Norwegian Minstry of Health and Social Affairs. URL: www.oecd.org/norway/36304405.pdf

3.         The heart of our work. Care/ Care Norway.

https://www.care.org/our-work

4.         This is the Norwegian Red Cross.

https://www.rodekors.no/en/english-pages/

Tapşırıq 1. Norveç Rifah Dövlətində yaşlanan əhali probleminin araşdırılması. Tapşırıq 2. Rifah və qeyri-rifah dövlətlərində olan vəziyyətin müqayisəli təhlili

 

 

 

 

 

 

 

2 s

 

Mövzu XIV Norveçdə rifah dövlətində ailə

·         Rifah dövlətində ailənin yeri və rolu

·         Yeni doğulan körpələr  üçün valideynlərə verilən məzuniyyət və müavinatlar.

·         Uşaqlara verilən müavinatın verilmə prosesi.   

·         Uşaqların cəmiyyətdə şəxsiyyət kimi formalaşmasında rifah dövləti

·          Uşaqlarla sosial işin təşkilində dövlət və qeyri dövlət müəssisələrinin rolu

 

·            Norveçdə dövlətin həyata keçirdiyi ailə siyasətinin xüsusiyyətlərini müəyyən edə bilmək

 

·            Ailələrə qarşı daha həssas və dəqiq sosial işin aparılmasının əhəmiyyətini anlamaq

 

·            Uşaqlara yönəlik sosial siyasət mexanizmini anlaya bilmək

1.       Dahl E., Lødemel I., Drøpping A.J. Social Policies in Norway: Processes, Stuructures and İmplementation Mechanisms, –p. – 4-6.

2.       Eric S., Louge E. and Logue J. Modern Welfare States // Scandinavian Policy in the global age. Chapter 8, – p. –192-195

3.       Birkelund, G.E., Petersen T. “Det norske likestillingsparadokset”, “Kjønn og arbeid i velferdssamfunnet”, – Oslo: Gyldendal, – 2003.

4.       Christensen J. og Berg T.O. Velferdsstat. – 4.september, 2019. https://snl.no/velferdsstat

5.       Dølvik, Erik J., Fløtten T., Hernes G. osv. Hamskifte. Den norske modellen i endring. – Oslo: Gyldendal Akademisk, – 2007.

6.       Hagen, K. and I. Lødemel: “Fattingdon og sosial eksklusjon”, in I. FrØnes and L. Kjølsrød, Det norske samfunn, – Oslo: Gyldendal, – 2003.

7.       Hatland, A., Kuhnle, and T. I. Romøren: Den norske velferdsstaten, Oslo: Gyldendal, – 2011.

Tapşırıq 1. Ailə institutunun rifah dövlətində yerini müəyyən etmək.

Tapşırıq 2. Norveç Rifah Dövlətində ailənin önəminin təhlil edilməsi.

4 s

 

Mövzu  XV     Norveç Rifah dövlətinin qarşısında duran cari və gələcək problemlər

·                Yoxsulluq məfhumu. Dünya üzrə yoxsul əhalinin paylanması. Yoxsulluğun azaldılması problemləri.

·                Yoxsulluğun azaldılması üzrə çərçivə.

·                Çərçivənin əsas ünsürləri: Yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş davamlı iqtisadi inkişaf, Sosial inkişaf, İnsan kapitalının inkişafı, Sosial Kapitalın inkişafı, Gender və İnkişafı

·                Rifah dövlətinə olan tənqidi baxış.

·                 Əlillik pensiyası alan insanlar arasında artım.

·                Yoxsulluq Norveç ictimai müzakirələrində.

·                Norveçdə yoxsul uşaqlar

·                Yaşlanan əhali.

·                Xəstəxana sisteminin tutumu.   

·                      Sosial siyasətin gələcək inkişafı və perspektivlərini müəyyənləşdirmək

·                      Sosial işin inkişafında qarşıda duran problemləri təsnifləndirmək və onların həlli istiqamətləri arasında təhlil aparmaq

·                      Təqaüd sisteminin inkişafının sosial işə yanaşmada önəmini anlamaq

1.    Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı, Elm, 2006, 99-103.

2.    Paul Spicker, Poverty and social security: concepts and principles, Routledge, 1993, p 11-46

3.    Eva Maagero, Birte Simonsen. Norway: Society and Culture. 2nd edt.      Norway 2008

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tapşırıq 1. Norveç Rifah Dövlətinin qarşısında hansı real problemlər durur.

Tapşırıq 2. Norveç Rifah Dövləti gələcək problemlərə hansı mexanizmlə preventiv yanaşa bilər.

 

 

 

2 s

 

 

Mövzu XVI Azərbaycanda və Norveçdə sosial siyasətin  müqayisəli təhlili 

Ø Azərbaycanda sosial dövlətin formalaşmasının nəzəri-ideoloji əsasları

 

Ø Azərbaycanda sosial siyasətin hüquqi bazası

 

Ø Azərbaycan və Norveçdə səhiyyə, təhsil, təqaüd sistemlərinin müqayisəli təhlili

 

·                     Azərbaycanda sosial siyasətin əsaslarının araşdırılması

·                     Norveç və Azərbaycanın  təhsil, səhiyyə, iqtisadiyyat sahəsində siyasətlərinin müqayisəli təhlili

 

·                   İki ölkə arasında gənclər, uşaqlar, qocalar və qadınlar ilə bağlı sosial siyasətlərinin müqayisəli təhlilinin aparılması

1.       “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası 3. Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası 4. Azərbaycan Respublikasında təhsil siyasətinə dair müxtəlif dövlət proqramları və qanunvericilik aktları 5. BMTİP Azərbaycan. İnsan İnkişafı. Dərslik. Bakı, 2013

2.       Azərbaycan haqqında insan inkişafı məlumatları: http://hdrstats.undp.org/ en/countries/profiles/AZE.html

3.       Məmmədova S.D., Azərbaycanda sosial dövlət: inkişafı, perspektivləri. Bakı, “AVROPA” nəşriyyatı, 2017

4.       Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu. Qanun Nəşriyyatı. 2010

Tapşırıq 1. Fərqli siyasi sistemə malik iki ölkənın sosial siyasətinin ümumi məzmunlu müqayisəli təhlilinin aparılması.

 

 

Cəmi: 60 saat

 

 

 

 

Qeyd: Hörmətli tələbə!

Söylənilən mühazirə və Sizə təqdim edilən uyğun mətnlər ancaq istiqamətverici xarakter daşıyır. Buna görə də Siz göstərilən ədəbiyyatdan müstəqil istifadə etməyi bacarmalısınız.

 

Videodan istifadə və dərsin lentə alınması

Müəllimin icazəsi olmadan tələbənin dərsi lentə alması (və ya şəkil çəkməsi) yolverilməzdir. Dərs müddətində tələbələrin mobil telefonlardan istifadəsi (istisna halları çıxmaq şərtilə) qadağandır!

 

Müəllif hüquqları

Semestr ərzində tələbələrə çatdırılan bütün materiallar müəllimin əqli mülkiyyəti hesab olunduğundan onun icazəsi olmadan digər tələbələrə, müəllimlərə və təhsil sferasından kənar fiziki və hüquqi şəxslərə ötürülə bilməz..

 

 

 

 

 

 

 

 

 

 

TƏLƏBƏ NAİLİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ HAQQINDA TƏLİMAT

 

ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli

qərarı ilə təsdiq edilmişdir.

 

Semestr ərzində tələbə nailiyyətinin qiymətləndirilməsi

 

−     0 bal - mövzu ilə bağlı heç bir bilik və fəaliyyət yoxdur;

−     1 bal - tələbə keçirilmiş materialı yalnız xatırlayır;

−     2 bal - tələbə keçirilmiş materialı xatırlayır və müəllimin müdaxiləsi ilə bir və ya iki sözlə cavablandırır;

−     3 bal - tələbə keçirilmiş materialı tanış əlamətlərə görə qismən izah edir;

−     4 bal - tələbə keçirilmiş və qismən mənimsədiyi materialdan istifadə edərək məlum yollarla və ya müəllimin verdiyi təlimatlara əsasən yazılı və şifahi tapşırıqları qismən həll edir;

−     5 bal – tələbə keçirilmiş və mənimsədiyi materialdan istifadə edərək müstəqil şəkildə hazırlanmış qaydalara əsasən şifahi və yazılı tapşırıqları orta səviyyədə həll edir;

−     6 bal - tələbə verilən məlumatla öz düşüncələri arasında əlaqə yaradır, cütlərlə və qruplarla iş zamanı yazılı və şifahi ünsiyyət quraraq materialın şərhini verir;

−     7 bal - tələbə keçirilmiş materialın xarekterik əlamətlərini təyin edir, fərqləndirir, mövzunun analitik təhlilini aparır;

−     8 bal - tələbə cavabını planlaşdırıb təşkil edir, cavabını təsdiq etmək üçün fərziyyə irəli sürür, audio-vizual materiallarla keçirilmiş mövzunun strukturunu dəyişir, öyrənmə strategiyalarını və öyrənmə hədəflərini müəyyənləşdirir;

−     9 bal - tələbə keçirilmiş materialla əlaqədar qərarları, yanaşmanı, problemi dəyərləndirir, üstünlükləri və çatışmazlıqlara müstəqil fikir bildirir, İKT-dən istifadə edərək müstəqil öyrənmə modelini təyin edir;

−     10 bal - tələbə keçirilmiş materialla əlaqədar mühakimə xarakterli və tənqidi fikir yürütməklə öz mövqeyini əsaslandırır, innovativ və yaradıcı düşünmə bacarıqlarını İKT-dən yararlanmaqla tətbiq edir, auditoriyadaxili və auditoriyadankənar fəaliyyətlər üzrə öyrənmə hədəflərini əsaslandırır.

 

Yekun imtahanda qiymətləndirmə meyarı üzrə balların hesablanması qaydası

−     0 bal - Suala cavab verməyib.

−     1 bal – Ciddi səhvlərə yol verərək sualı səthi cavablandırıb (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−     2 bal – Cavabında catışmazlıqlar var, yalnız mövzu ilə bağlı terminləri, anlayışları qeyd edib (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−     3 bal – Sualı cavablandıran zaman yalnız mövzunun məzmunu ilə bağlı ümumi xarakterli məlumatlar verir (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−     4 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə qismən təsvir edir (anlamaq - məntiqi təfəkkür).

−     5 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə tam təsvir edir (anlamaq - məntiqi təfəkkür).

−     6 bal – Mövzunun mahiyyətini açıqlayır və müəyyən nəticələr əldə etmək üçün məzmunla bağlı biliklərini praktik tətbiq edir, qoyulmuş problemin həlli yollarını müəyyənləşdirir (tətbiq etmək - məntiqi təfəkkür).

−     7 bal – Mövzunun mahiyyətini açır və qoyulmuş problemin həlli zamanı ümumi xarakterli səhvlərə yol verir (təhlil etmək - məntiqi təfəkkür)

−     8 bal - Mövzunun mahiyyətini  açır, qoyulmuş problemin əhatəli təhlilini verir (təhlil etmək - məntiqi təfəkkür)

−     9 bal - Mövzunun mahiyyətini geniş şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, məsələyə münasibət bildirir və öz mövqeyini hərtərəfli şəkildə əsaslandırır (dəyərləndirmək - tənqidi təfəkkür)

-          10 bal - Mövzunun mahiyyətini dəqiq və hərtərəfli şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, mühakimə xarakterli fikirlər irəli sürür, öz mövqeyini hərtərəfli şəkildə əsaslandır və kreativ yanaşma nümayiş etdirir. (yaratmaq - yaradıcı təfəkkür)