MSA inform.siyaset - sillabus2025
Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının 14.02.2025 tarixli Iclası (Protokol № 7 ) ilə təsdiqlənmişdir Kafedra müdiri Prof. S. F. Əliyeva |
Fənn Sillabusu
Fənnin adı: |
Böyük Britaniyada informasiya siyasəti |
Akademik yarım il: |
II |
Fənnə ayrılan saatlar: |
45 |
Tədris forması: |
əyani |
Fənnin krediti: |
4 |
Fənn müəllimi: |
Ülviyyə Hüseynova |
Dil səviyyəsi/Fakültə |
Beynəlxalq Münasibətlər və Regionşünaslıq |
||
Qrup: Dərs saatları: |
361ab |
Məsləhət saatları |
II və III günlər 11:30 |
Fənn üzrə bölmə rəhbəri: |
Hüseynova Ülviyyə |
Fənn müəlliminin e-poçt ünvanı |
|
Tərtib etdi: Müəllimin adı, soyadı, ata adı :
|
Hüseynova Ülviyyə |
İmza : |
|
Fənnin təsviri
İnkişaf edən dünyamızda informasiyanın əldə olunması,ötürülməsi,təqdimi kimi proseslər sahəsində sürətlə inkişaf gedir. Hazırda qlobal informasiya cəmiyyəti formalaşmaqdadır. Bu cəmiyyətdə informasiya və biliklər ən mühüm resurs və əsas əmtəədir. Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın və informasiya texnologiyalarının rolunun artması ilə informasiya təhlükəsizliyi dövlətin, cəmiyyətin və şəxsiin təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətlərindən birinə çevrilir. Yeni dünyanın siyasi reallıqlarından biri informasiya müharibəsinin güclənməsidir. Kütləvi informasiya vasitələri inkişaf etdikcə informasiyanın ötürülməsi imkanları çoxalmışdır. Məhz bu baxımdan informasiya həm də hər bir siyasi güc mərkəzinin informasiya mühitinin qorunmasının başlıca vasitəsidir. Bu başlıca vəzifələr informasiya cəmiyyətdə müxtəlif yollarla və vasitələrlə həyata keçirilir.Butün bunlar, regionşünaslıq ixtisasları üzrə tədris prosesində ixtisas ölkələrinin informasiya siyasətlərinin əsaslarının tədrisinin zəruri olduğunu göstərir. Təqdim olunan “MŞA-da da informasiya siyasəti” kursunun sillabusu Azərbaycan Dillər Universiteti Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının xüsusiyyətləri nəzərə alınaraq hazırlanmışdır. Kafedrada MŞA ölkələri üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Bu baxımdan MŞA-da İnformasiya Siyasəti fənninin məqsədi, informasiya siyasətinin mahiyyətini, informasiyanın cəmiyyətə təsirini aşılamaqla yanaşı ,həm də tələbələrə MŞA-da media tarixi, növləri və medianın cəmiyyətdəki rolu, eləcə də mediyanın informasiya siyasətinin aparıcı qüvvəsi kimi rolundan geniş məlumat təqdim edir.
Şərtlər
“MŞA-da informasiya siyasəti” fənninin daha ətraflı öyrənilməsi üçün azərbaycan və ingilis dilindəki material və ədəbiyyatlar daha produktiv və məqsədəuyğun şəkildə istifadə edilməlidir.
Fənnin məqsədi
“MŞA-da informasiya siyasəti” kursunun məqsədi ilk əvvəl informasiyanın yaranması, ötürülməsi, inkişafı prosesinin ümumi mənzərəsini vermək, MŞA ölkələrinin həyata keçirdiyi informasiya siyasətini işıqlandırmaq, onun gələcək perspektivlərini göstərmək, nəzəri və təcrübi fəaliyyətdə ondan yararlı bir şəkildə istifadəyə imkan yaratmaqdan ibarətdir. Kursu bitirən tələbələr MŞA ölkələrinin informasiya siyasətinin görünən və görünməyən tərəflərini öyrənməklə yanaşı, peşəkar jurnalistikanın bir sıra sirlərinə də yiyələnmiş olacaqlar. Tədris olunan fənnin məqsədlərindən biri də tələbələrə onların gələcək fəaliyyətlərində yararlı olacaq bilik və bacarıqları öyrətmək, onları sosial həyatda daha fəal iştirak etməyə cəsarətləndirməkdir
Fənnin sonunda tələbə aşağıdakı kompetensiyalara yiyələnməlidir:
PK 13 – Karyera barədə ilkin anlayışları, karyera inkişaf fəaliyyətlərini, iş müsahibəsinə hazırlıq prosedurlarını və müsahibə texnikalarına yiyələnir, iradə, motivasiya və pozitiv düşüncə, işgüzar etika qaydalarını müəyyənləşdirir;
PK 14 – Vaxtın effektiv idarə edilməsini, stres menecmentini, kreativ, tənqidi və analitik düşüncə formalarını müəyyən edir, problem həll etmə və qərarvermə texnikalarına, natiqlik bacarıqlarına sahib olur, komanda işinin qurulmasının və liderlik prinsiplərini mənimsəyir;
PK 15 – Layihələrin hazırlanması, idarə edilməsində iştirak edir, iş həyatında şifahi və yazılı kommunikasiya vasitələrindən istifadə edir;
PK 16 – Media materialları ilə işləyir, müəyyən mövzular üzrə araşdırmalar aparır, materiallar toplayır, ümumiləşdirir və nəticə çıxarır.
İxtisas proqramının təlim nəticələri
PTN 1. Yüksək yaradıcı və tənqidi təfəkkürə, yazılı və şifahi nitq vərdişlərinə, liderlik qabiliyyətinə yiyələnir;
PTN 3. Regionda baş verən hadisə, proses və təzahürləri təhlil edərkən bu sahədə öyrəndiyi tarixi bilikləri tətbiq edir, müasir siyasi proseslərlə bağlı irəli sürdüyü fikirləri arqumentləşdirmək üçün beynəlxalq münasibətlər və region tarixindən mənimsədiyi bilikləri istifadə edir;
PTN 10. Öyrənilən regionun mədəni-tarixi, sosiomədəni, etnomədəni və svilizasiyanın inkişafının xüsusiyyətlərinə dair informasiyanı təhlil edir.
Fənn üzrə təlim nəticələri
Kursun sonunda öyrənənlər aşağıdakılara nail olacaqlar:
a) Tələbə MŞA ölkələrinin informasiya siyasəti fənninin predmeti, məqsədi və vəzifələri, informasiya siyasəti ilə bağlı ifadələrin, terminlərin düzgün interpretasiyası, informasiya siyasətinin mahiyyəti və məzmununu haqqında məlumatlanır;
b) Tələbə informasiya siyasətinin tarixi inkişaf mərhələlərinin və formalarının analiz edir;
c) Tələbə MŞA ölkələrinin informasiya siyasətinn tarixi- hüquqi bazasını araşdırır;
d) Tələbə MŞA-da mətbuat, radio və televiziyanın inkişafı ilə bağlı dərindən məlumatlanır və təcrübədə tətbiqinə səy göstərır;
e) Tələbə qloballaşmanın MŞA ölkələrinin informasiya siyasətinin istiqamətlərinə təsirlərini müəyyənləşdirir;
f) Tələbə MŞA ölkələrinin və Azərbaycan Respublikasının informasiya siyasətində oxşar və fərqli cəhətlərini müqayisəli təhlil edir.
Qiymətləndirmə meyarları və mərhələləri
Təhsilalanların imtahana qədər topladığı bal 50 (bal), İmtahanda topladığı bal 50 bal olaraq hesablanır.
Dərslərdə aktiv iştirak (cari qiymətləndirmə) 20 bal
Kollokvium (cari qiymətləndirmə) 10 bal
Sərbəst iş 10 bal
Davamiyyət 10 bal
İmtahan (aralıq qiymətləndirmə) 50 bal
İmtahan (aralıq qiymətləndirmə) Aralıq qiymətləndirmə kursun sonunda aparılır.
Qiymətləndirmə sistemi/meyarları
İmtahan yazılı formada təşkil olunur. Hər bilet 5 sualdan ibarət olur. Suallar 10 ballıq qiymətləndirmə əsasında aparılır. Hər suala maksimum 10 bal verilir.
Qeyd: Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır.
Semestr nəticəsinə görə qiymətləndirmə
Tələbənin yekun biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan maksimum 50 balı tələbə semestr ərzində, maksimum 50 balı isə imtahanda toplayır.
Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:
Ballar |
Qiymət |
Hərfi işarəsi |
0-50 |
Qeyri-kafi |
F |
51-60 |
Qənaətbəxş |
E |
61-70 |
Kafi |
D |
71-80 |
Yaxşı |
C |
81-90 |
Çox yaxşı |
B |
91-100 |
Əla |
A |
Qiymətləndirmənin komponentləri
Cari qiymətləndirmə
Tələbələr tədris zamanı plana uyğun olaraq əvvəlcədən verilmiş materialları oxumalı, müəllimin verdiyi mühazirə və əsas ədəbiyyatdan savayı əlavə mənbələrə müraciət edərək müstəqil araşdırma nəticəsində məşğələlərə aktiv şəkildə hazırlaşmalıdır. Əvvəlki mövzulara aid suallara cavab verməli və tədris müddətində aparılan müzakirələrdə fəal iştirak etməlidirlər.
Cari qiymətləndirmə ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” təlimata uyğun meyarlar əsasında qiymətləndirilir.
Qeyd: “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” sillabusun sonunda əksini tapıb.
Kollokvium
Kollokvium 7-11 aprel tarixlərində, tədris semestrinin VIII həftəsi ərzində keçirilir. Qiymətləndirilmə test tapşırıqları, quiz və açıq sual formasında olur. Semestr boyu tələbələr bir kollokvium verir və 10 bal qazanır.
Kollokvium mövzuları:
1. Informasiya inqilabları
- İnformasiya erasının xüsusiyyətləri
- Cəmiyyətin informasiyalaşdırlması
- Media ictimaiyyətlə əlaqə vasitəsi kimi
- Mediyanın tənzimlənməsi: media modelləri və nəzəriyyələri
- İnfoimperializmin mahiyyəti
- Mediyanın seçki prosesinə təsiri
- İnformasiya inqilablarının səciyyəvi xüsusiyyətləri
- Medianın müharibə və münaqişələrdə rolu
- KİV-in mənəvi dəyərlərə təsiri
- Mediyada reklam təbliğat və təşviqat vasitəsi kimi
- Mediyada film təbliğat və təşviqat vasitəsi kimi
- Mediyanın münaqişələrə təsiri
- Xəbərin ümumi xarakteristikası
15. Xəbərin növləri və mənbələri
Davamiyyət gözləntiləri və dərsdə fəal iştirak
Tələbələr tədris prosesinə ciddi yanaşmalı, gecikməməli və üzürsüz səbəbdən dərs buraxmamalıdırlar. Fənnə ayrılan saatların 25%-dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.
Sərbəst iş
Sərbəst işlər kiçik 6-8 səhifə həcmində ətraflı araşdırma şəkildə hazırlanmalı və şifahi cavab verilməlidir.Bundan savayı tələbələr kurs ilə əlaqədar münasib üslublu və məzmunlu kitab oxuya bilər. Kitablardan savayı informasiya siyasəti ilə əlaqədar sənədli filmlərin və realistik bədii filmlərin analizi də münasib variant kimi qəbul edilir. Qeyd edilən kitab və ya filmlərin seçilməsi və təsdiqi müəllimlə tələbənin qarşılıqlı məsləhətləşmələri və razılığı əsasında aparılır. Nəzərə çatdıraq ki, tələbənin istəyi ilə sərbəst iş üçün alternativ tapşırıqlar da müəyyən oluna bilər. Sərbəst işlər original olmalıdır. Plagiat yolverilməzdi!!!
Bütün sərbəst işlər 1 may 2025-ci il, saat 17:00 qədər təhvil verilməli və müəllimlə razılaşdırılan vaxt şifahi cavab verilməlidir. Tələbələr sərbəst işləri dərsdən kənar vaxtlarda, məsləhət saatları vaxtlarında təhvil verir.
Sərbəst iş üzrə mövzu nümunələri:
1. MŞA ölkələrində əsas televiziya kanallarının inkişaf tarixi və fəaliyyət istiqamətləri
2. İctimai yayım kompaniyalarının informasiya siyasətində rolu
3. MŞA-da televiziya informasiya təminatçısı və ictimai rəyi formalaşdıran vasitə
kimi
4. MŞA-da əsas xəbər agentlərinin yaranması, tarixi və əsas fəaliyyət istiqamətləri
5. Ümumdünya xəbər agentliklərinin qloballaşma prosesində rolu
6. MŞA-da yeni media konsepsiyaları
7. MŞA ölkələrində seçki prosesində mediyanın əsas strategiyası
8. MŞA-da yeni media şəraitinə keçidin dilemması: qəzet yoxsa internet yayımı?
9. MŞA-da onlayn xəbər auditoriyasının əsas xüsusiyyətləri
10. MŞA-da yeni və ənənəvi mediyanın informasiya siyasətində əsas rolu
Bütün sərbəst işlər 1 may 2025-ci il, saat 17:00 qədər təhvil verilməli və müəllimlə razılaşdırılan vaxt şifahi cavab verilməlidir. Tələbələr sərbəst işləri dərsdən kənar vaxtlarda, məsləhət saatları vaxtlarında təhvil verir.
.
Analiz, sintez, analogiya və müqayisə metodundan geniş istifadə edilməlidir. Deduktiv metoda istinadən ümumqəbul edilmiş yanaşma və konsepsiyaların konkret hallara tətbiq edib, mühüm əqlinəticələrə nail olmaq lazımdır. İnduktiv metoda istinad edərək retrospektiv bucaqdan empirik müşahidə nəticəsində müəyyən edilmiş faktların ümumiləşdirilərək yeni baxışa çevrilməsi zəruridir. Dərslərin interaktiv, müzakirə və kiçik konfrans formasında keçirilməsi məsləhətlidir. Kursun tədrisi zamanı əsasən interaktiv metodlarla, yanaşı digər metodlardan da istifadə ediləcək və bu metodlardan istifadə etməklə tələbələr tədris olunan materialları daha yaxşı mənimsəyəcəklər. Kursun tədrisi zamanı müxtəlif təqdimatlardan, film və videolardan istifadə ediləcək, müxtəlif oyunlar və yarışlar vasitəsi ilə tələbələrin bilikləri daha da möhkəmləndiriləcək, müxtəlif yazı işləri vasitəsilə onların fərdi düşünmə və ədəbiyyatla müstəqil işləmə bacarıqları inkişaf etdiriləcək.
Xüsusi qayğıya ehtiyacı olan tələbələrlə iş
Şəxslərin sosiallaşması və cəmiyyətə uğurlu inteqrasiyasını həyata keçirmək üçün müvafiq metodlar seçir;
Ø Ətrafdakılarla əlverişli sosial əlaqələrin qurulmasına dəstək verir;
Ø Fərdi proqramı reallaşdırmaq üçün yeni təlim metodlarından müvafiq şəkildə istifadə edir;
Ø Dərs materiallarının daha sadə və asan anlaşılan şəkildə təqdim edilir;
Ø Xüsusi qayğıya ehtiyacı olan tələblərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmalar tətbiq edir;
Ø Yüksək akademik göstəriciləri olan tələbələrə onların öz təşəbbüsləri əsasında əlavə məsləhət saatları təyin edir.
İstifadə olunacaq resurslar (Elektron/Yükləmələr/Əlavə materiallar)
Semestr ərzində keçirilən mövzuların planları, təqdim ediləcək prezentasiyalar, əsas və əlavə ədəbiyyat siyahısı tələbələrə e-mail vasitəsilə ötürüləcək.
Kursun qiymətləndirilməsi/Tələbə rəyləri
Kursun əvvəlində və sonunda təşkil ediləcək sorğu tələbələrin fənn və tədrisə münasibətini müəyyən etməyə yönəlmişdir. Tələbələrin tədris ilə bağlı rəyləri vacib əhəmiyyət kəsb edir, məsələyə aşağıdan baxış fokusunu təşkil edir və növbəti illərdə buraxılan səhvlərin təkrarlanmamasına, yeni innovativ ideyaların tətbiq edilməsinə şərait yaradır.
Ədəbiyyat siyahısı:
1. James Gleick “The Information: A History, a Theory, a Flood" 2011
2. Tim Wu "The Master Switch: The Rise and Fall of Information Empires" 2010
3. Richard Stengel "Information Wars: How We Lost the Global Battle Against Disinformation and What We Can Do About It" 2019
4. Shoshana Zubof "The Age of Surveillance Capitalism: The Fight for a Human Future at the New Frontier of Power" 2018
5. P.W. Singer and Emerson T. Brooking "LikeWar: The Weaponization of Social Media" 2019
Saat/ Həftə |
Modul/Bölmə/Fəsil |
Təlim nəticələri |
Oxu materialı |
Tapşırıq |
I həftə |
1.“MŞA-da informasiya siyasəti” fənninin predmeti, məqsəd və vəzifələri 2s. -Fənnin mahiyyəti haqqında ümumi məlumat -Fənnin predmeti və obyekti, məqsəd və vəzifələri -Fənnin paradiqması -MŞA-da İnformasiya Siyasəti fənninin predmeti,məqsəd və vəzifələri.Kursun öyrənilməsinin zərurəti və əhəmiyyət.Kursun öyrənilməsinin prinsipləri(tarixilik, xronoloji ardıcıllıq, obyektivlik, elmilik, müasirlik) və mənbələri.İnformasiya.Kommunikasiya.Media anlayışı, medianın növləri
|
Fənnin və informasiya siyasəti araşdırmalarının predmeti, məqsədi və paradiqmasının müəyyənləşməsi
İnformasiya siyasəti ilə bağlı terminlər, ifadələr və bu anlayışların mənimsənilməsi
|
1. Harcup T., Journalism: Principles and Practice, 2. edt., 2009,pp. 122-130 2.Rudin R., Ibbotson T., An introduction to Journalism: Essential Techniques and Background Knowledge, Focal Press. 2005.pp.1-15. 3. Potter D. Müstəqil Jurnalistika üzrə məlumat kitabçası. Beynəlxalq İnformasiya Proqramları Bürosu, ABŞ Dövlət departamenti, 2006. 4. Hiebert R., Ungurait D., Bohn T., Unqurait, Bohn.red. Hamlet İsaxanlı. Kütləvi informasiya vasitələri. Müasir kommunikasiyaya giriş., Xəzər Universitetinin nəşri, 2005.
|
İnformasiyanın cəmiyyətdə rolu mövzusunda araşdırma |
I-II Həftə |
2. İnformasiya siyasətinin mahiyyəti və məzmunu 4s. -Sivilizasiyanın inkişaf mərhələləri və informasiya inqilabları. İnformasiya cəmiyyətinin hədəfləri və əsas xüsusiyyətləri. -İnformasiya cəmiyyətinə dair elmi nəzəri baxışlar. İnformasiya cəmiyyəti quruculuğuna dair beynəlxalq təcrübə. -İnformasiya siyasətinin həyata keçirilmə mərhələləri. Dövlət informasiya siyasətinin strukturunun tərkib hissələri: 1) texniki-texnoloji; 2) humanitar. Texniki-texnoloji hissə - cəmiyyətin - Milli İnformasiya siyasəti: baza modeli və 3 əsas mərhələsi. 1)Milli İnformasiya siyasətində başlanğıc mərhələ:- milli informasiya siyasətinin hazırlanması: |
İlk informasiya vasitələrinin inkişafı
Elmi nəzəri yanaşmaların təhlili
İnformasiyalaşdırmanın təsirlərinin təhlili
|
1. Harcup T., Journalism: Principles and Practice, 2. edt., 2009,pp. 122-130 2.Rudin R., Ibbotson T., An introduction to Journalism: Essential Techniques and Background Knowledge, Focal Press. 2005.pp.1-15. 3. Potter D. Müstəqil Jurnalistika üzrə məlumat kitabçası. Beynəlxalq İnformasiya Proqramları Bürosu, ABŞ Dövlət departamenti, 2006. 4. Hiebert R., Ungurait D., Bohn T., Unqurait, Bohn.red. Hamlet İsaxanlı. Kütləvi informasiya vasitələri. Müasir kommunikasiyaya giriş., Xəzər Universitetinin nəşri, 2005.
|
Milli informasiya siyasəti mövzunda araşdırma |
III həftə
|
3. Informasiya siyasəti və milli təhlükəsizlik 4s. -İnformasiya texnologiyaları sahəsində geriləmə və dünya informasiya məkanına daxil olmaq üçün mövcud manelər; -İnformasiya azadlığı əleyhinə yönəlmiş qəsdlər; -Dövlət sirlərinin aşkarlanmasına yönəlmiş qəsdlər; -İnformasiya sisteminə və ehtiyatlarına qarşı qəsdlər;
|
Təhdidlərin xarakterini təhlil edir
Informasiya təhlükəsizliyinin mahiyyətinin müəyyənləşdirir
Milli təhlükəsizliyin komponentlərinin müəyyənləşdirir
|
1. Harcup T., Journalism: Principles and Practice, 2. edt., 2009,pp. 122-130 2.Rudin R., Ibbotson T., An introduction to Journalism: Essential Techniques and Background Knowledge, Focal Press. 2005.pp.1-15. 3. Potter D. Müstəqil Jurnalistika üzrə məlumat kitabçası. Beynəlxalq İnformasiya Proqramları Bürosu, ABŞ Dövlət departamenti, 2006. 4. Hiebert R., Ungurait D., Bohn T., Unqurait, Bohn.red. Hamlet İsaxanlı. Kütləvi informasiya vasitələri. Müasir kommunikasiyaya giriş., Xəzər Universitetinin nəşri, 2005.
|
MŞA ölkələrinin milli informasiya təhlükəsizlik strategyası mövzusunda araşdırma |
IV-V Həftə |
4. MŞA-da informasiya siyasətinin inkişaf mərhələləri 4 s.
-MŞA-da informasiya ötürücülərinin inkişaf tarixi. nəticəsi olaraq cəmiyyətdə informasiyaya təlabatın artması. -Kütləvi informasiya vasitələrinin cəmiyyətdə əsas manipulyator vəzifə daşıması. -XX əsrin 2-ci yarısında internetin inkişafı -MŞA-da informasiya siyasətini həyata keçirən birinci və ikinci dərəcəli orqanlar, onların əsas funksiyaları və öhdəlikləri.
|
Sosial, iqtisadi və siyasi dəyişikliklərin təsirlərinin müəyyənləşdirir
Media sənayesinin formalaşmasının xüsusiyyətlərini müəyyən edir
İnformasiya siyasətini icra edən orqanların səlahiyyətlərinin müəyyənləşdirir |
1. Harcup T., Journalism: Principles and Practice, 2. edt., 2009,pp. 122-130 2.Rudin R., Ibbotson T., An introduction to Journalism: Essential Techniques and Background Knowledge, Focal Press. 2005.pp.1-15. 3. Potter D. Müstəqil Jurnalistika üzrə məlumat kitabçası. Beynəlxalq İnformasiya Proqramları Bürosu, ABŞ Dövlət departamenti, 2006. 4. Hiebert R., Ungurait D., Bohn T., Unqurait, Bohn.red. Hamlet İsaxanlı. Kütləvi informasiya vasitələri. Müasir kommunikasiyaya giriş., Xəzər Universitetinin nəşri, 2005.
|
Sovet İmperiyasının dağılmasından sonra MŞA ölkələrinin informasiya siyasəti strategiyası mövzusunda araşdırma |
V-VI Həftə |
5. MŞA-da informasiya siyasətinin hüquqi normativ bazası 4s. - MŞA ölkərində məlumatın,şəxsi informasiyaların qorunması ilə bağlı Gizlilik aktının qəbul olunması. İnformasiya azadlığı ilə bağlı qəbul olunmuş aktlar.
Kommunikasiya sistemlərinin idarə olunması və tətbiqi ilə bağlı aktlar. Üzünüköçürmə, dizayn və patentlərl” haqqında aktlar.Bütün bu aktlarım MŞA ölkələrinin informasiya siyasətində oynadığı rol. . |
MŞA ölkəlrində informasiya aktlarıının mahiyyəti və müqayisəli təhlil edir
|
1. Harcup T., Journalism: Principles and Practice, 2. edt., 2009,pp. 122-130 2.Rudin R., Ibbotson T., An introduction to Journalism: Essential Techniques and Background Knowledge, Focal Press. 2005.pp.1-15. 3. Potter D. Müstəqil Jurnalistika üzrə məlumat kitabçası. Beynəlxalq İnformasiya Proqramları Bürosu, ABŞ Dövlət departamenti, 2006. 4. Hiebert R., Ungurait D., Bohn T., Unqurait, Bohn.red. Hamlet İsaxanlı. Kütləvi informasiya vasitələri. Müasir kommunikasiyaya giriş., Xəzər Universitetinin nəşri, 2005.
|
İnformasiyanın klassifikasiyası mövzusunda araşdırma |
VI-VII Həftə |
6. MŞA-da informasiya təhlükəsizliyi 4 s. - MŞA-da informasiya təhlükəsizliyi dövlətin informasiya siyasətinin tərkib hissəsi kimi. -XXI əsrdə MŞA ölkələrində informasiyanın konfidensiallığının pozulmasına yönələn təhlükələr. -MŞA-da informasiya təhlükəsizliyi siyasətinin əsas prinsipləri: gözlilik, bütövlük və əlçatanlıq. MŞA-da “Məlumatın qorunması” haqqında akt. “MŞA-da ümumi məlumatın qorunmasının nizamlanması” aktı və şəxsi məlumatlarla bağlı yeddi prinsip.
|
MŞA-da informasiya təhlükəsizliyinə əsas təhdidlərn müəyyənləşdirir
Müasir dövrdə MŞA-da informasiya təhlükəsilizliyinin əsas prinsiplərinin müqayisəli təhlil edir
|
1. Thomas Keln “ Radio, TV and Internet in Great Britain”. London 2004, 2. Georgios Terzis European Media Governance National & Regional Dimensions, 2007 3. Uncertain Vision: Birt, Dyke and the Reinvention of the BBC. London: Secker and Warburg.2006 4. Harris, G. & Spark, D. Practical Newspaper Reporting (3rd edition). Oxford: Focal Press 1997
5. Mühazirə mətni |
MŞA ölkələrində informasiyanın qorunmasının hüquqi bazası mövzusuda araşdırma |
VII-VIII Həftə |
7. MŞA-da informasiya siyasəti və mətbuat 4s.
-Mətbuatın yaranması və inkişaf prosesi. İlk qəzetin çap olunması.Yeni çap texnologiyasının yaranması və mətbuatın inkişafına təsiri. Milli gündəlik və bazar günü qəzetləri -.Həftəlik, müntəzəm və gündəlik mətbuat -Media sənayesinin inkişafı. XX əsrin əvvəllərində media baronlarının yaranması. KOLLOKVİUM
|
MŞA-da ilk qəzetlərin nəşrində yaranan problemlərin araşdırır
Milli qəzetlərin xüsusiyyətlərinin müəyyənləşdirir
|
1. Thomas Keln “ Radio, TV and Internet in CEC”. 2004, 2. Georgios Terzis European Media Governance National & Regional Dimensions, , 2007 3. Uncertain Vision: Birt, Dyke and the Reinvention of the Secker and Warburg.2006 4. Mühazirə mətni |
MŞA-da mətbuatın informasiya siyasətində rolu |
IX həftə |
8. MŞA-da informasiya siyasəti və radio 4s. - MŞA-da radionun yaranması və inkişaf tarixi. MŞA-da yayımın dörd növü : peyklə yayım, elmi yayım, reklam, parlament və siyasi yayım. - Hökumət departamentlərinə və başqa ictimai agentliklərə aid məlumatları xarici ölkələrə çatdıran beynəlxalq radionun əsas fəaliyyət strukturu. - Milli radio kanallarının inkişafı və onların funksiyaları. MŞA-da radio tezliklərinin DAB Digital Radio yayımı ilə ötürülməsi. MŞA-da qeyri-ticari və ticari xarakterli radio stansiyalar. MŞA-da yerli radioda təqdim olunan xəbərlərin xüsusiyyətləri. MŞA-da radionun təsir auditoriyası.
|
MŞA-da yayımın növlərinin müqayisəli təhlil edir
Milli radioların hökumət qarşısında hdəliklərini araşdırır
İctimai radionun xüsusiyyətlərini müəyyənləşdirir
|
1. Georgios Terzis European Media Governance National & Regional Dimensions, , 2007 2. Harris, G. & Spark, D. Practical Newspaper Reporting (3rd edition). Oxford: Focal Press 1997
5. Mühazirə mətni |
İnformasiya əsrində radio informasiya ötrücüsü kimi mövzusunda araşdırma |
X -XI həftə |
9. MŞA-da informasiya siyasəti və televiziya 4s. -XIX əsrin sonu XX əsrin əvvəllərində televiziya texnologiyasının yaranması. MŞA-da əsas televiziya sahibkarları -İctimai korporasiyanın təqdim etdiyi televiziya xidmətləri. MŞA-da ictimai korporasiyaların idarə edilməsi. MŞA-da müstəqil televiziya kanalları. MŞA ölkələrində regional televiziya şəbəkəsi -MŞA ölkələrində yayım aktlarının qəbul olunması.
|
MŞA-da özəl və ictimai sektorun inkişaf xüsusiyyətlərini müqayisəli təhlil edir
MŞA ölkələrindəa xəbər agentliklərinin beynəlxalq inteqrasiyasını müəyyən edir |
1. Thomas Keln “ Radio, TV and Internet in CEC”. 2004, 2. Georgios Terzis European Media Governance National & Regional Dimensions, , 2007 3. Uncertain Vision: Birt, Dyke and the Reinvention of the Secker and Warburg.2006 4. Mühazirə mətni |
MŞA ölkələrində elektron media və televiziya mübarizəsi |
XI-XII həftə |
10. MŞA-da internet şəbəkəsi və informasiya təhlükəsizliyi siyasəti 4s. Rəqəmsal medianın inkişafına təsir edən faktorlar. Jurnalistikanın ənənəvi formaları ilə yanaşı, qeyri-ənənəvi formasının yaranması və inkişafı. Ştatdan kənar (freelance) jurnalistlərin formalaşması. Bu jurnalistlərin fəaliyyət sferaları. İnternetin yaranma tarixi və inkişafı (1960). MŞA-da online medianın inkişafı. Qəzet, jurnal, radio və televiziya stansiyalarının internet vasitəsi ilə yayımlanması.Online xəbərin yaranması və auditoriyanın yaş xüsusiyyəti.Online xəbərə görə ödəmə.Texnofillər və xəbər. |
İnternetin meydana gəlməsi və sosial mediyanın inkişafı analiz edir
Sosial mediyanın təsirlərini müəyyənləşdirir
MŞA ölkələrində sosial media istifadəçilərinın kateqoriyalarını müəyyənləşdirir
|
1. Thomas Keln “ Radio, TV and Internet in CEC”. 2004, 2. Georgios Terzis European Media Governance National & Regional Dimensions, , 2007 3. Uncertain Vision: Birt, Dyke and the Reinvention of the Secker and Warburg.2006 4. Mühazirə mətni |
MŞA ölkələrində informasiya təhlükəsizliyi strategiyalarının müqayisəsi mövzusunda araşdırma |
XIII-XIV həftə |
11. MŞA-da informasiya siyasəti sahəsində beynəlxalq əməkdaşlıq 4s. -İnformasiya siyasəti və kibertəhlükəsizliyin gücləndirilməsi məqsədilə Avropa İttifaqı ölkələri arasında qrşılıqlı inkişaf proqramları və strategiyaları. Sovet İmperiyasıın dağılmasının MŞA ölkələrinin kibertəhlükəsizlik siyasətinə təsiri. Beynəlxalq əməkdaşlıqda MŞA ölkələrinin informasiyanın qorunmasında və ötrülməsində müəyyən etdiyi standartlar. Tam məxfi və məxfi məlumatların ötrülməsində və qorunmasında MŞA ölkələrinin müəyyənləşdirdiyi prinsiplər. Informasiya texnologiyalarının təkmilləşdirilməsi məqsədilə beynəlxalq əməkdaşlıq.. .
|
Qarşılıqlı inkişafa təkan verən potensial fürsətlər və əməkdaşlığa maneə yaradan təhükələrin əsas xüsusiyyətlərini müəyyənləşdirir
Beynəlxalq əməkdaşlığın informasiya siyasətinə təsirlərini müəyyənləşdirir
İnformasya siyasəti idarəçiliyində beynəlxalq təcrübənin tətbiqini araşıdırır
|
1. Thomas Keln “ Radio, TV and Internet in CEC”. 2004, 2. Georgios Terzis European Media Governance National & Regional Dimensions, , 2007 3. Uncertain Vision: Birt, Dyke and the Reinvention of the Secker and Warburg.2006 4. Mühazirə mətni |
İnformasiya siyasəti və beynəlxalq əməkdaşlıq mövzusunda araşdırma |
XV həftə |
12. MŞA-da və Azərbaycanda informasiya siyasətinin müqayisəli təhlili 3s. -MŞA ölkələri və Azərbaycanda informasiya siyasətinin tarixi inkişaf mərhələlərinin müqayisəsi. MŞA ölkələri və Azərbaycanda informasiya siyasətinin əsas strategiyalarının müqayisəli təhlili.. Texnoloji inkişafın kibertəhlükəsizlik siyasətinə təsirləri MŞA ölkələri və Azərbaycanın müqayisəsində.MŞA ölkələri və Azərbaycanda KİV-in fəaliyyətinin və tənzimlənməsinin müqayisəli təhlili. MŞA ölkələri və Azərbaycanda KİV-in auditoriyaya təsirlərinin müqayisəli təhlili. MŞA ölkələri informasiya siyasəti təcrübəsi.
|
MŞA ölkələri və Azərbaycanda informasiya təhlükəsizliyi siyasətinin müqayisəli təhlili, əsas hədəf və təhlükələri müəyyənləşdirir
Azərbaycan və MŞA ölkələria arasında xəbər agentlikləri çərçivəsində əməkdaşlığın araşdırır
|
1. Thomas Keln “Radio, TV and Internet in CEC”. 2004, 2. Georgios Terzis European Media Governance National & Regional Dimensions, ,2007 3. Uncertain Vision: Birt, Dyke and the Reinvention of the Secker and Warburg.2006 4. Mühazirə mətni
|
MŞA ölkələri və Azərbaycan arasında informasiya təhlükəsizliyi sahəsində təcrübə paylaşımı mövzusunda araşdırma |
|
Cəmi |
|
45saat |
|
Qeyd: Hörmətli tələbə, deyilən mühazirə və sizə təqdim olunan uyğun mətnlər ancaq istiqamətverici xarakter daşıyır. Buna görə də siz göstərilən ədəbiyyatlardan müstəqil istifadə etməyi bacarmalısınız.
Müəllif hüquqları
Semestr ərzində tələbələrə çatdırılan bütün materiallar onun əqli mülkiyyəti hesab olunduğundan onun icazəsi olmadan digər tələbələrə, müəllimlərə və təhsil sferasından kənar fiziki və hüquqi şəxslərə ötürülə bilməz.
TƏLƏBƏ NAİLİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ HAQQINDA TƏLİMAT
ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli
qərarı ilə təsdiq edilmişdir.
Semestr ərzində tələbə nailiyyətinin qiymətləndirilməsi
− 0 bal - mövzu ilə bağlı heç bir bilik və fəaliyyət yoxdur;
− 1 bal - tələbə keçirilmiş materialı yalnız xatırlayır;
− 2 bal - tələbə keçirilmiş materialı xatırlayır və müəllimin müdaxiləsi ilə bir və ya iki sözlə cavablandırır;
− 3 bal - tələbə keçirilmiş materialı tanış əlamətlərə görə qismən izah edir;
− 4 bal - tələbə keçirilmiş və qismən mənimsədiyi materialdan istifadə edərək məlum yollarla və ya müəllimin verdiyi təlimatlara əsasən yazılı və şifahi tapşırıqları qismən həll edir;
− 5 bal – tələbə keçirilmiş və mənimsədiyi materialdan istifadə edərək müstəqil şəkildə hazırlanmış qaydalara əsasən şifahi və yazılı tapşırıqları orta səviyyədə həll edir;
− 6 bal - tələbə verilən məlumatla öz düşüncələri arasında əlaqə yaradır, cütlərlə və qruplarla iş zamanı yazılı və şifahi ünsiyyət quraraq materialın şərhini verir;
− 7 bal - tələbə keçirilmiş materialın xarekterik əlamətlərini təyin edir, fərqləndirir, mövzunun analitik təhlilini aparır;
− 8 bal - tələbə cavabını planlaşdırıb təşkil edir, cavabını təsdiq etmək üçün fərziyyə irəli sürür, audio-vizual materiallarla keçirilmiş mövzunun strukturunu dəyişir, öyrənmə strategiyalarını və öyrənmə hədəflərini müəyyənləşdirir;
− 9 bal - tələbə keçirilmiş materialla əlaqədar qərarları, yanaşmanı, problemi dəyərləndirir, üstünlükləri və çatışmazlıqlara müstəqil fikir bildirir, İKT-dən istifadə edərək müstəqil öyrənmə modelini təyin edir;
− 10 bal - tələbə keçirilmiş materialla əlaqədar mühakimə xarakterli və tənqidi fikir yürütməklə öz mövqeyini əsaslandırır, innovativ və yaradıcı düşünmə bacarıqlarını İKT-dən yararlanmaqla tətbiq edir, auditoriyadaxili və auditoriyadankənar fəaliyyətlər üzrə öyrənmə hədəflərini əsaslandırır.
Yekun imtahanda qiymətləndirmə meyarı üzrə balların hesablanması qaydası
− 0 bal - Suala cavab verməyib.
− 1 bal – Ciddi səhvlərə yol verərək sualı səthi cavablandırıb (yadda saxlamaq (bilik) - hafizəyönümlü).
− 2 bal – Cavabında catışmazlıqlar var, yalnız mövzu ilə bağlı terminləri, anlayışları qeyd edib (yadda saxlamaq (bilik) - hafizəyönümlü).
− 3 bal – Sualı cavablandıran zaman yalnız mövzunun məzmunu ilə bağlı ümumi xarakterli məlumatlar verir (yadda saxlamaq (bilik) - hafizəyönümlü).
− 4 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə qismən təsvir edir (anlamaq - məntiqi təfəkkür).
− 5 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə tam təsvir edir (anlamaq - məntiqi təfəkkür).
− 6 bal – Mövzunun mahiyyətini açıqlayır və müəyyən nəticələr əldə etmək üçün məzmunla bağlı biliklərini praktik tətbiq edir, qoyulmuş problemin həlli yollarını müəyyənləşdirir (tətbiq etmək - məntiqi təfəkkür).
− 7 bal – Mövzunun mahiyyətini açır və qoyulmuş problemin həlli zamanı ümumi xarakterli səhvlərə yol verir (təhlil etmək - məntiqi təfəkkür)
− 8 bal - Mövzunun mahiyyətini açır, qoyulmuş problemin əhatəli təhlilini verir (təhlil etmək - məntiqi təfəkkür)
− 9 bal - Mövzunun mahiyyətini geniş şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, məsələyə münasibət bildirir və öz mövqeyini hərtərəfli şəkildə əsaslandırır (dəyərləndirmək - tənqidi təfəkkür)
− 10 bal - Mövzunun mahiyyətini dəqiq və hərtərəfli şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, mühakimə xarakterli fikirlər irəli sürür, öz mövqeyini hərtərəfli şəkildə əsaslandır və kreativ yanaşma nümayiş etdirir. (yaratmaq - yaradıcı təfəkkür)