Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Qərb Ölkələri Üzre Regionşünasliq Kafedrası

Fransada media sillabus

 

Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının

14.02.2025 tarixli iclası (Protokol № 7)  ilə təsdiqlənmişdir.

Kafedra müdiri__________ Prof. S.F.Əliyeva

 

 

 

 

Fənn Sillabusu

Fənnin adı:

Fransada media

Akademik yarım il:

II

Fənnə ayrılan saatlar:

45

Tədrisforması:

Ənənəvi

Fənnin krediti:

4

Fənn  müəllimi:

 

b/m .AğayevaXəyalə

Dil səviyyəsi/Fakültə

BM vəRegionşünaslıq

Qrup:

Dərs saatları:

364

Məsləhət saatları:

II və IV günlər

Saat: 13:00-15:00

Fənn üzrə bölmə rəhbəri:

t.ü.f.d., b/m. Bəyim Abdulla

Fənn müəlliminin

e-poçt ünvanı

[email protected]

Tərtib etdi:

Müəllimin adı, soyadı, ata adı:

 

Xəyalə Rafael qızı Ağayeva

İmza:

 

         

 

Fənnin təsviri

İnkişaf edən dünyamızda informasiyanın əldə olunması, ötürülməsi, təqdimi kimi proseslər sahəsində sürətlə inkişaf gedir. Məhz bu baxımdan media qurumları və vasitələri ilə  müasir dövrdə dünya ictimaiyyətini müxtəlif istiqamətlərdə məlumatlandırmaq və istiqamətləndirmək mümkündür. Bu səbəbdən də, regionşünaslıq ixtisasları üzrə tədris prosesində ixtisas ölkələrində media fənninin tədrisi vacibdir.

ADU-nun BM və Regionşünaslıq fakültəsinin III kursunda nəzərdə tutulmuş cari fənn “Fransada media”nın tədrisinə həsr olunmuşdur.  Tədris prosesində tələbələr Fransada medianın müxtəlif sahələri– mətbuat, radio, televiziya, onlayn media növlərinin yaranması, informasiya agentliklərinin fəaliyyəti haqqında məlumat əldə edəcəklər.

Fənnin tədrisi zamanı fənnlə bağlı mövcud ədəbiyyatlardan, monoqrafiyalardan, məqalələrdən, internet saytlarından, videolardan və istifadəsi mümkün olan digər tədris vəsaitlərindən istifadə olunması nəzərdə tutulmuşdur.

 

Şərtlər

Fransada media fənninin daha ətraflı öyrənilməsi üçün azərbaycan və digər xarici dillərdəki material və ədəbiyyatlar daha produktiv və məqsədəuyğun şəkildə istifadə edilməlidir.

 

Fənnin məqsədi

Kursun məqsədi gələcək regionşünaslara, daha dəqiq desək, fransaşünaslara ixtisaslaşdıqları regionun mediası və jurnalistikası haqqında məlumat verməkdən, o cümlədən dördüncü hakimiyyət olaraq cəmiyyətin həyatında medianın rolunu, onun hökumət və idarəetmə orqanları ilə qarşılıqlı əlaqəsini təhlil etməkdən ibarətdir.

Tədris olunan fənnin  məqsədlərindən biridə tələbələrə onların gələcək fəaliyyətlərində yararlı olacaq bilik və bacarıqları öyrətmək, onları sosial həyatda daha fəal iştirak etməyə cəsarətləndirməkdir. 

 

Fənnin sonunda tələbə aşağıdakı kompetensiyalara yiyələnməlidir:

PK 13 – Karyera barədə ilkin anlayışları, karyera inkişaf fəaliyyətlərini, iş müsahibəsinə hazırlıq prosedurlarını və müsahibə texnikalarına yiyələnir, iradə, motivasiya və pozitiv düşüncə, işgüzar etika qaydalarını müəyyənləşdirir;

PK 14 – Vaxtın effektiv idarə edilməsini, stres menecmentini, kreativ, tənqidi və analitik düşüncə formalarını müəyyən edir, problem həll etmə və qərarvermə texnikalarına, natiqlik bacarıqlarına sahib olur, komanda işinin qurulmasının və liderlik prinsiplərini mənimsəyir;

PK 15 – Layihələrin hazırlanması, idarə edilməsində iştirak edir, iş həyatında şifahi və yazılı kommunikasiya vasitələrindən istifadə edir;

PK 16–Media materialları ilə işləyir, müəyyən mövzular üzrə araşdırmalar aparır, materiallar toplayır, ümumiləşdirir və nəticə çıxarır.

 

İxtisas proqramının təlim nəticələri

PTN 1. Yüksək yaradıcı və tənqidi təfəkkürə, yazılı və şifahi nitq vərdişlərinə, liderlik qabiliyyətinə yiyələnir;

PTN 3. Regionda baş verən hadisə, proses və təzahürləri təhlil edərkən bu sahədə öyrəndiyi tarixi bilikləri tətbiq edir, müasir siyasi proseslərlə bağlı irəli sürdüyü fikirləri arqumentləşdirmək üçün beynəlxalq münasibətlər və region tarixindən mənimsədiyi bilikləri istifadə edir;

PTN 10. Öyrənilən regionun mədəni-tarixi, sosiomədəni, etnomədəni və svilizasiyanın inkişafının xüsusiyyətlərinə dair informasiyanı təhlil edir.

 

Fənn üzrə təlim nəticələri

Kursun sonunda öyrənənlər aşağıdakılara nail olacaqlar:

·         Tələbə media anlayışı, mahiyyəti, məzmunu və habelə  medianın tarixi inkişaf mərhələləri haqqında məlumatlanır;

·         Tələbə Fransada medianın əsasları haqqında məlumat əldə etməklə özündə məntiqi düşünmək və elmi müzakirə aparmaq vərdişləri aşılayır;

·         Tələbə Fransada medianın hüquqi normativ bazasını mövcud hüquqi sənədlər əsasında təhlil edir;

·         Tələbə Fransada media sənayesinin tərkib hissələri və onların fəaliyyət istiqamətlərini müxtəlif mənbələrdən araşdırır;

·         Tələbə Fransada  media sahəsində mövcud problemləri praktik situsiyalar üzərində tətbiq edir;

·         Tələbə Fransada medianın siyasi proseslərdə iştirakı, təbliğat və təşviqat xüsusiyyətlərinin analizini aparır.

 

 

Qiymətləndirmə meyarları və mərhələləri

Təhsilalanların imtahana qədər topladığı bal 50 (bal), İmtahanda topladığı bal 50 bal olaraq hesablanır.

                                                            Dərslərdə aktiv iştirak(cari qiymətləndirmə) 20 bal

                                                            Kollokvium (cari qiymətləndirmə) 10 bal

                                                            Sərbəst iş 10 bal

                                                            Davamiyyət  10 bal

                                                            İmtahan (aralıq qiymətləndirmə) 50 bal

Fənnin yekun qiyməti tələbənin semestr boyu topladığı bal (cari) ilə imtahan zamanı əldə etdiyi balın toplanılması ilə formalaşır.

 

Qiymətləndirmə sistemi/meyarları

İmtahan (yekun qiymətləndirmə)

İmtahan kursun sonunda aparılır. İmtahan yazılı formada təşkil olunur. Hər bilet 5 sualdan ibarət olur. Suallar 10 ballıq qiymətləndirmə əsasında aparılır. Hər suala maksimum 10 bal verilir.Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır.İmtahan yazı işləri ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” təlimatauyğun meyarlar əsasında qiymətləndirilir.

Qeyd: “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” sillabusun sonunda əksini tapıb.

 

Semestr nəticəsinə görə qiymətləndirmə

Tələbənin yekun biliyi maksi­mum 100 balla qiy­mət­lən­di­ri­lir. Bundan maksimum 50 balı tələbə se­mestr ərzində, maksimum 50 balı isə im­tahanda toplayır.

Fənn üzrə semester ərzində top­lanmış balın yekun miqdarına gö­rə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görəaşağıdakı kimi qiy­mət­ləndirilir:

 

Ballar

Qiymət

Hərfiişarəsi

0-50

Qeyri-kafi

F

51-60

Qənaətbəxş

E

61-70

Kafi

D

71-80

Yaxşı

C

81-90

Çoxyaxşı

B

91-100

Əla

A

 

Qiymətləndirmənin komponentləri

Tələbələr tədris zamanı plana uyğun olaraq əvvəlcədən verilmiş materialları oxumalı, müəllimin verdiyi mühazirə və əsas ədəbiyyatdan savayı əlavə mənbələrə müraciət edərək müstəqil araşdırma nəticəsində məşğələlərə aktiv şəkildə hazırlaşmalıdır. Əvvəlki mövzulara aid suallara cavab verməli və tədris müddətində aparılan müzakirələrdə fəal iştirak etməlidirlər.

 Cari qiymətləndirmə ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” təlimatauyğun meyarlar əsasında qiymətləndirilir.

Qeyd: “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” sillabusun sonunda əksini tapıb.

 

Kollokvium

Kollokvium7-11 aprel tarixlərində, tədris semestrinin VIII həftəsi ərzində keçirilir. Qiymətləndirilmə test tapşırıqları, quiz və açıq sual formasında olur. Semestr boyu tələbələr bir kollokvium verir və 10 bal qazanır.

Kollokvium mövzuları:

1.      Xəbər strukturlarının müqayisəli təhlili

2.      Müsahibə və onun aparılması qaydaları

3.      Media təbliğat və təşviqat vasitəsi kimi

4.      İnformasiya ötürülməsində filmlərin rolu

5.      Fransada film sənayesinin yaranması və inkişaf tarixi

6.      Reklam növlərinin müqayisəli təhlili

7.      Fransız mediasının hüquqi-normativ bazası

8.      Fransada ixtisaslaşdırılmış mediaqurumları

9.      Fransada dövrü mətbuatın yaranması və inkişafı

10.  Fransada çap olunmuş ilk vərəqlər: okkazionnel (təsadüfi), kanar (şayiə), libel (məlumat)

11.  “La Gazette” fransız dilində ilk çap qəzeti kimi

12.  Teofrast Renodonun fransız mətbuatının yaranmasında rolu

13.  XIX əsr fransız mətbuatının xarakterik xüsusiyyətləri

14.  Birinci İmperiya dövründə fransız mətbuatı

15.  XX əsr fransız mətbuatının xarakterik xüsusiyyətləri

16.  Müasir fransız mətbuatı və onun funksiyaları

 

Davamiyyət gözləntiləri və dərsdə fəal iştirak

Tələbələr tədris prosesinə ciddi yanaşmalı, gecikməməli və üzürsüz səbəbdən dərs buraxmamalıdırlar.  Fənnə ayrılan saatların 25%-dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.

 

Sərbəst iş

Sərbəst işlər geniş həcmli (10 səhifə) ətraflı araşdırma şəkildə, habelə 8-10 slayd arası (mövzunu əhatə edəcək, geniş) prezentasiya formasında da təqdim edilə bilər. Bundan savayı tələbələr kurs ilə əlaqədar münasib üslublu və məzmunlu kitab oxuya bilər. Sərbəst iş mövzularının seçilməsi və təsdiqi müəllimlə tələbənin qarşılıqlı məsləhətləşmələri və razılığı əsasında aparılır. Fransada media kursunda sərbəst işlər daha çox praktik formada təşkil olunur. Tələbələr istəklərinə uyğun olaraq qəzet hazırlaya, müsahibə götürə, kiçik miqyaslı sosial çarxlar, reklamlarlar və s. hazırlaya bilər. Hazırlanmış sərbəst işlər dərsdən kənar müəyyənləşdirilmiş saatda qrupda təqdim edilir.  Sərbəst işlər original olmalıdır. Plagiat yolverilməzdi!!!

Bütün sərbəst işlər 5 may 2025-ci il, saat 23:00  qədər təhvil verilməlidir.

 

TÖVSİYƏ OLUNAN SƏRBƏST İŞLƏRİN MÖVZULARI

                                                      MÖVZULAR

1

Müasir dövrdə kütləvi informasiya vasitələrinin rolu

2

Jurnalistika və onun inkişaf tarixi

3

Fransada medianın hüquqi normativ bazası

4

Fransada dövrü mətbuatın yaranması

5

Müasir fransız mətbuatının fəaliyyət istiqamətləri

6

Medianın təbliğat və təşviqat funksiyaları

7

Fransada informasiyaya tələbatın təmin edilməsində xəbər agentliklərinin rolu

8

Radio jurnalistikası və onun növləri

9

Fransada radio kanallarının fəaliyyət prinsipləri

10

Fransada radionun inkişaf tarixi

11

Televiziya jurnalistikası və onun növləri

12

Fransada televiziya kanallarının fəaliyyət prinsipləri

13

Fransada televiziyanın inkişaf tarixi

14

Fransada yeni və rəqəmsal media

15

Fransada media və siyasət

 

Tədris və təlim metodları

Analiz, sintez, analogiya və müqayisə metodundan geniş istifadə edilməlidir. Deduktiv metoda istinadən ümumqəbul edilmiş yanaşma və konsepsiyaların konkret hallara tətbiq edib, mühüm əqlinəticələrə nail olmaq lazımdır. İnduktiv metoda istinad edərək retrospektiv bucaqdan empirik müşahidə nəticəsində müəyyən edilmiş faktların ümumiləşdirilərək yeni baxışa çevrilməsi zəruridir. Dərslərin interaktiv, müzakirə və kiçik konfrans formasında keçirilməsi məsləhətlidir. Kursun tədrisi zamanı əsasən interaktiv metodlarla, yanaşı digər metodlardan da istifadə ediləcək və bu metodlardan istifadə etməklə tələbələr tədris olunan materialları daha yaxşı mənimsəyəcəklər. Kursun tədrisi zamanı müxtəlif təqdimatlardan, film və videolardan istifadə ediləcək, müxtəlif oyunlar və yarışlar vasitəsi ilə tələbələrin bilikləri daha da möhkəmləndiriləcək, müxtəlif yazı işləri vasitəsilə onların fərdi düşünmə və ədəbiyyatla müstəqil işləmə bacarıqları inkişaf etdiriləcək.

 

Xüsusi qayğıya  ehtiyacı olan tələbələrlə iş

Şəxslərin sosiallaşması və cəmiyyətə uğurlu inteqrasiyasını həyata keçirmək üçün müvafiq metodlar seçir;

Ø Ətrafdakılarla əlverişli sosial əlaqələrin qurulmasına dəstək verir;

Ø Fərdi proqramı reallaşdırmaq üçün yeni təlim metodlarından müvafiq şəkildə istifadə edir;

Ø Dərs materiallarının daha sadə və asan anlaşılan şəkildə təqdim edilir;

Ø Xüsusi qayğıya ehtiyacı olan tələblərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmalar tətbiq edir;

Ø Yüksək akademik göstəriciləri olan tələbələrə onların öz təşəbbüsləri əsasında əlavə məsləhət saatları təyin edir.

 

İstifadə olunacaq resurslar (Elektron/Yükləmələr/Əlavəmateriallar)

Semestr ərzində keçirilən mövzuların planları, təqdim ediləcək prezentasiyalar, əsas və əlavə ədəbiyyat siyahısı tələbələrə e-mail vasitəsilə ötürüləcək.

 

Kursun qiymətləndirilməsi/Tələbə rəyləri

Kursun əvvəlində və sonunda təşkil ediləcək sorğu tələbələrin fənn və tədrisə münasibətini müəyyən etməyə yönəlmişdir. Tələbələrin tədris ilə bağlı rəyləri vacib əhəmiyyət kəsb edir, məsələyə aşağıdan baxış fokusunu təşkil edir və növbəti illərdə buraxılan səhvlərin təkrarlanmamasına, yeni innovativ ideyaların tətbiq edilməsinə şərait yaradır.

 

Ədəbiyyat siyahısı

  1. Andreas Freund « Journalisme et mesinformation ». Editions, LaPenséesauvage, 2011.

2.      Bernard Lamizet « Histoire des médias audiovisuels ». Ellipses/édition marketing S.A., 2022

3.      Erik Neveu « Sociologie du journalisme ». Repères. Editions La Découverte, Paris, 2001

4.      Jacques Mouriquand « L’écriture journalistique ». Presses Universitaires de France, 2017

5.      Məhərrəmli Q., Kərimova A., Əlibəyli V., Əliyeva T., Radio jurnalistikası. Avropa Şurası. 2017.

6.      Televiziya jurnalistikası, Avropa Şurası, 2017

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Saat

Həftə

Modul/Bölmə/Fəsil

Təlimnəticələri

Oxu materialı

Tapşırıq

I həftə

2

 

 

Mövzu I. “Fransada media” fənninin predmeti, məqsəd və vəzifələri.

Fənnin öyrənilməsinin məqsəd və vəzifələri

Fənnin öyrənilməsinin zərurəti və əhəmiyyəti

Fənnin mənbələri və prinsipləri (tarixilik, xronoloji ardıcıllıq, obyektivlik, elmilik, müasirlik)

Medianın mahiyyəti

Fransada media fənninin öyrənilməsinin zərurəti və əhəmiyyətini müəyyən edir;

 

Fənnin öyrənilməsinin prinsip və mənbələrini təsnifləndirir.

1.Ministère des Affaires étrangères et européennes « France », La Documentation française Paris, 2021. (p. 145-150).

 

2.Debora Potter “Müstəqil Jurnalistika üzrə məlumat kitabçası”, Beynəlxalq İnformasiya Proqramları Bürosu, ABŞ Dövlət departamenti, 2006.

 

 

Tapşırıq: Media fənninin predmeti, məqsəd və vəzifələrinin araşdırmalı, bu fənnin öyrənilməsinin zərurəti və əhəmiyyətinin izah edilməsi.

II həftə

4

 

Mövzu II. “Media”nın mahiyyəti və məzmunu

Müasir dövrdə kütləvi informasiya vasitələri və onların qısa izahı.

KİV-də xəbər və onun ümumi xarakteristikası.

Xəbər mənbələri: birinci və ikinci dərəcəli.

Müsahibə, onun növləri və müsahibənin yazılma mexanizmləri.

Media anlayışı və  mahiyyətini izah edir;

Xəbərləri əldə edilmə mənbələrini fərqləndirir;

 

Müsahibə və onun növlərini uyğun kateqoriyalara ayırır.

 

1.Ministère des Affaires étrangères et européennes « France », La Documentation française Paris, 2021. (p. 145-150).

 

2.Debora Potter “Müstəqil Jurnalistika üzrə məlumat kitabçası”, Beynəlxalq İnformasiya Proqramları Bürosu, ABŞ Dövlət departamenti, 2006.

 

Tapşırıq: Müxtəlif mənbələrdən istifadə edilərək xəbər hazırlanması və onun təqdim edilməsi;

 

Tapşırıq: Xəbər hazırlanma üsullarının hazır nümunələr əsasında izah etməli.

III-IV həftə

 

4

 

 

Mövzu III. Medianın tarixi inkişafı mərhələləri

 

E.ə. V əsrdə Qədim Yunanıstanda natiqlik sənəti. Aristotel və onun “Ritorika”sı

İohan Qutenberq və onun çap maşını

Avropada ilk jurnalın nəşri

Jurnalistika və onun inkişaf tarixi

 Jurnalistikanın əsas prinsipləri və onların izahı

KIV –in dürdüncü hakimiyyət kimi formalaşması

 

Medianın formalarının yaranma səbəbini izah edir;

 

Radio və televiziya dövrünün cəmiyyətin informasiya almasına və yayılmasına olan təsirlərini təhlil edir;

 

Media vasitələrinin oxşar və fərqli xüsusiyyətlərini nümunələrlə əsasladırır.

1.AkifRüstəmov “Jurnalistikanın əsasları”, Dərs vəsaiti. Bakı, 2011.

(s.6-17; 113-123)

2.Fichtelius Erik. Jurnalistikanın on qızılqaydası. Bakı, 2001 (s.109-111)

 

3.Rudin, T. Ibbotson, An introduction to Journalism: Essential Techniques and Background Knowledge, Focal Press, 2005, pp. 2-28

 

Tapşırıq: İlkin medianın yaranması, mətbuatın inkişafı, televiziya və internetin rolu və s kimi mövzularda medianın tarixi inkişafı ilə bağlı bir təqdimatın hazırlanması;

 

Tapşırıq: KIV –in dürdüncü hakimiyyət kimi formalaşmasının nümunələr vasitəsilə  əsaslandırılması.

 

IV fəftə

4

 

Mövzu IV. Medianın təbliğat və təşviqat funksiyaları

Filmlərin inkişafı və media vasitəsi kimi xüsusiyyətləri. Lumier qardaşları. Senzura və siyasətin film sənayesinə təsiri. İnformasiya ötürülməsində cizgi filmlərinin  rolu.

Reklamları nümayiş etdirən medianın  növləri

Reklamın media iqtisadiyyatındakı rolu

Reklamın auditoriya üzərindəki təsirləri. KİV və mənəvi dəyərlər

Media təbliğatının cəmiyyətdə müxtəlif məqsədlərlə necə istifadə edildiyini (məsələn, siyasi məqsədlər, milli məqsədlər, sosial məsələlər) izah edir;

 

Medianın təbliğat funksiyasında necə rol oynadığını reklam və marketinq kampaniyaları nümunələri əsasında təhlil edir.

1.Understanding Mass Communication, DeFleur/ Dennis, 6thedt., 1998, (pp.129-159)

 

2. Advertising and Audiences, NİELSEN ,May 2014.  pp. 2-26

3.Rudin, T. Ibbotson, An introduction to Journalism: Essential Techniques and Background Knowledge, Focal Press, 2005

Tapşırıq: Tələblər tərəfindən cəmiyyətdə aktual olan mövzuları əhatə edən sosial çarxların və ya reklamların hazırlanması və təqdimatı.

V həftə

4

 

Mövzu V. Fransada medianın hüquqi normativ bazası

 Jurnalistika və qanunlar: prinsiplər, azadlıq və məsuliyyət (söz və ifadə azadlığı – 1789-cu il “İnsan və vətəndaş hüquqları bəyannaməsinin 11-ci maddəsi), jurnalistin statusu (1935-ci il 29 mart Braşar qanunu, 1971-ci il Müniş xartiyası), azadlıqların çərçivəyə salınması (1970-ci il 17 iyul qanunu, 1881 və 1935-ci il qanunları)

Fransada medianın fəaliyyətini tənzimləyən əsas hüquqi aktlar və qanunları (məsələn, media qanunu, məlumat azadlığı haqqında qanun, etik kodlar və s.) izah edir;

 

Fransada media orqanlarının tənzimlənməsi ilə bağlı qurumları və onların fəaliyyətini təhlil edir.

1.Jean-Marie Charon « Le journalisme ». Editions MILAN, 1995. (p. 3-5; 10-13, 16-19)

2.Pierre Albert « Histoire de la presse ». France, mars 2019. (p. 10-12)

3.Christian Delporte “Histoire du journalisme et des journalistes en France”, Presses Universitaires de France, Paris, 1995. (p. 5-47)

4.Sophie Janvier « Les métiersdujournalisme ». Collection major. Presses Universitaires de France, 2015. (s.83-91)

Tapşırıq: Fransada  media fəaliyyətinin tənzimlənməsinə  dair media qanunlarını və hüquqlarını araşdırılması və media orqanlarının şəxsi həyat və məxfiliklə bağlı necə fəaliyyət göstərdiyinin təhlil edilməsi (real nümunələr əsasında).

VI həftə

4

 

Mövzu VI. Fransada mətbuat orqanlarının tarixi və fəaliyyəti

Fransada dövrü mətbuatın yaranması. “La Gazette” ilk çap qəzeti kimi

Çap olunmuş ilk vərəqlər : okkazionnel (təsadüfi), kanar (şayiə), libel (xəbər, məlumat, həcviyyə).

XIX əsr fransız mətbuatı: “Journal de l’Empire”, “Paris”, “Republicain Democrate”, “La Presse” və s.

Müasir fransız mətbuatı

Milli adda – idman üzrə: “L’Equipe”, məlumat xarakterli: “Le Figaro”, “Libération”və “Le Monde”

Maqazin jurnalı – “TV Magazine”

Qadın mətbuatı – “Femme Actuelle”, “Elle”, “Marie-Claire”, “Marie-France”

 

 

 

Fransada dövrü mətbuatın yaranma və inkişaf tarixi haqqında məlumatlar əldə edir;

 

Mətbuat nümunələri əsasında müasir fransız mətbuatının fəaliyyət prinsipləri və istiqamətlərini təhlil edir. 

 

1.Pierre Albert « Histoire de la presse ». France, mars 2019. (p. 77- 105)

 

2.Ministère des Affaires étrangères et européennes « France », Paris 2016. (p. 148-165)

 

3.HISTORICAL DEVELOPMENT OF THE MEDIA IN FRANCE.

https://www.mheducation.co.uk/openup/chapters/9780335236220.pdf

4.H.Vəliyev. Xarici ölkələrin jurnalistika tarixi. Bakı,2014 s.178-204, 221-234

Tapşırıq: Fransada dövrü mətbuatın yaranması və inkişaf tarixi, fransız cəmiyyətində mühüm təsirə malik müasir mətbuat orqanlarının fəaliyyəti haqqında təqdimatların hazırlanması

VI-VII həftə

4

 

Mövzu VII. Fransada  informasiya agentliklərinin fəaliyyəti

İlk xəbər agentliklərinin yaranması

Qəzetlərin inkişafı ilə xəbər bazarının ixtisaslaşdırılmış agentliklərin yaranmasına təkan verməsi. Havas agentliyi. Wolff, Reuter agentlikləri. Associated Press

İnformasiyaya tələbatın təmin edilməsində xəbər agentliklərinin rolu

L’AFP – Havas agentliyinin varisi kimi. Dünyadakı 3 ən iri mətbuat agentliklərindən biri kimi

AFP-nin iqamətgahı və rəhbərləri

 

İnformasiya agentliklərinin rolunu müəyyənləşdirir;

 

Fransada  informasiya agentlikləri və onların funksiyalarını şərh edir;

 

Regionun digər ölkələrinin informasiya agetnlikləri ilə ölkənin informasiya agentlikləri arasında əlaqələri təhlil edir.

1.Pierre Albert « Histoire de la presse ». France, mars 2019.(p. 36-37, 86-87)

 

2. Michel Mathien et Catherine Conso « Les agences de presse internationales ». Presses Universitaires de France, 2017. (p. 77-87)

 

3. www.afp.com

4.H.Vəliyev. Xarici ölkələrin jurnalistika tarixi. Bakı,2014 s. 234-242

 

Tapşırıq: Dünyada ilk informasiya agentliklərinin formalaşmasında Fransanın oynadığı rolun və ölkədə fəaliyyət göstərən informasiya agentliklərinin (AFP) fəaliyyət istiqamətlərinin araşdırılması və onların cəmiyyətə və siyasətə təsirinin təhlil edilməsi.

VII-VIII həftə

4

 

Mövzu VIII. Fransada yayım vasitəsi – radio

Radionun ixtira tarixi

İlk radiostansiya –BBC-in yaranma tarixi

Radio jurnalistikası və onun növləri

Fransada yaradılmış ilk radio stansiyaları: ictimai və özəl radio stansiyaları

Fransada müasir radio stansiyaları

1981-ci ildə müstəqil radio stansiyalarının açılışı.

Fransada mövcud olan radio stansiyalar: “Radio France”, “Lagardère”, “Next-Radio”,  “NRJ”, “RTL”, “RFİ”

Kollokvium – keçirilən mövzuların təkrarı

Radio jurnalistikasının mahiyyəti və növləri haqqında məlumat əldə edir;

 

Fransada radio yayımının inkişaf tarixi haqqında araşdırır;

 

Fransız cəmiyyətində radio kanallarının oynadığı rolu müəyyənləşdirir.

1.Manuel Bamberger « La radio en France et en Europe ». Presses Universitaires de France, 2015.(p. 88-105)

 

2.Ministère des Affaires étrangères et européennes « France », Paris 2016. (p. 148-165)

 

3.HISTORICAL DEVELOPMENT OF THE MEDIA IN FRANCE.

https://www.mheducation.co.uk/openup/chapters/9780335236220.pdf

 

Tapşırıq: Fransada radio jurnalistikasının tarixi və müasir dövrdə Fransada müxtəlif dillərdə yayımlanan radio kanal və verilişlər haqqında əlavə məlumatların toplanması və təqdimatı.

IX- X həftə

4

 

Mövzu IX. Fransada televiziyanın inkişaf və fəaliyyət istiqamətləri Televiziyanın ixtirası tarixi

Radio France: France Inter, France Info, France Bleue, France Culture, France Musique, FIP, le Mouv'.

France Télévisions: France-2, France-3.Müasir Fransa televiziya kanalları

France 24, TF1 (ilk özəl fransız kanalı), France Télévisions, TV5.

 Özəl kanallar – TF1, Canal Plus, M6.

İctimai kanallar – France 2, France 3, Arte/La 5e.

Televiziya jurnalistikasının mahiyyəti və növləri haqqında məlumat əldə edir;

 

Fransada televiziya yayımının inkişaf tarixi haqqında araşdırır;

 

Fransız cəmiyyətində televiziya  kanallarının oynadığı rolu müəyyənləşdirir.

1.Bernard Lamizet « Histoire des médias audiovisuels ». Ellipses/édition marketing S.A., 1999.(p. 74-84, 96-114).

 

2.Marlène Coulomb-Gully “Les informations télévisés”, Presses Universitaires de France, Paris, 2017. (p. 13-82)

 

3.Ministère des Affaires étrangères et européennes « France », Paris 2016. (p. 165-185).

 

 

Tapşırıq: Fransada televiziya yayımının inkişaf tarixinin araşdırılması;

Tapşırıq: Fransanın əsas ixtisaslaşdırılmış televiziya kanallarının fəaliyyətini və cəmiyyətə təsirininin araşdırılması;

Tapşırıq: Fransa televiziyasının mədəniyyətin yayılmasında və qorunmasında rolununun araşdırılması;

 

XI-XII həftə

4

 

Mövzu X.Fransada yeni və rəqəmsal media

Yeni medianın yaranması və növləri

Sosial Media:  formaları,xüsusiyyətləri və ictimaiyyətə təsirləri

Online xəbər və auditoriyanın yaş xüsusiyyətləri.

İnternet şəbəkəsi audiovizual medianın yeni mərhələsi kimi. Dünyada baş vermiş proseslərin şəbəkə vasitəsilə ötürülməsi.

Yeni və rəqəmsal media anlayışlar, yeni medianın formaları, haqqında icmal verir;

 

Rəqəmsal media və ənənəvi media (qəzetlər, televiziya, radio) arasındakı fərqləri və oxşarlıqları müəyyənləşdirir;

 

Nümunələr əsasında Fransada rəqəmsal medianın cəmiyyətə təsirini analiz edir.

1. Bernard Lamizet « Histoire des médias audiovisuels ».Ellipses/édition marketing S.A., 1999.(p. 173-176).

2. Lucien Rapp « Le courrierélectronique (e-mail) », Presses Universitaires de France, Paris, 1998.

(p. 3-9; 12-21).

Tapşırıq: Yeni medianın cəmiyyətə təsirini araşdırmalı;

Tapşırıq: Tələbələr tərəfindən bloq nümunələrinin yaradılması;

Tapşırıq: Tələbələr Fransada mövcud olan qurumlar, təşkilatlar və tanınmış şəxslərin sosial şəbəkələrdəki hesabını təhlil etməli.

 

XIII-XIV həftə

4

 

Mövzu XI. Fransada media və siyasət  

İctimaiyyətin seçki prosesi ilə məlumatlandırılmasında medianın rolu.Medianın seçkilərdə müşahidəçi funksiyası

Seçki prosesində medianın strategiyası

Seçki ərəfəsində mediada siyasətçilərin müsahibələri

 KİV-lərin Fransa seçkilərində oynadığı rol, apardığı təşviqat və təbliğat. Seçki proselərinin  KİV-lər tərəfindən işıqlandırılması

Media nəzəriyyələri haqqında əldə etdiyi məlumatları müqayisə edir;

 

Fransada medianın seçkilər zamanı və siyasi partiyaıarın seçki kampaniyalarında rolunu müəyyənləşdirir;

 

1.MEDIA +ELECTION, by IMPACS Associate Ross Howard , 2004 IMPACS – Institute for Media pp-3-32

 

2. Évaluation de l’appui aux médiasenpériodeélectorale. Remis ennovembre 2022.

http://www.diplomatie.gouv.fr

Tapşırıq: Fransada keçirilən seçkilər zamanı sosial media platformalarının (Facebook, Twitter, Instagram, YouTube) siyasi təşviqat və təbliğat zamanı istifadə edilməsinin araşdırılması.

XV həftə

3

 

Mövzu XII. Fransada və Azərbaycanda media sənayesinin müqayisəli təhlili

 

 

Azərbaycanda mətbuatın, radio, televiziya və yeni medianın yaranması, inkişaf tarixi.

Fransa və Azərbaycan media sənayesinin inkişaf tarixinin, medianı nizamlayan qanunvericilik aktlarının müqayisəli təhlili

Aərbaycanda medianın yaranması tarixi haqqında məlumat əldə edir, medianın fəaliyyətini tənzimləyən əsas hüquqi aktları izah edir;

 

 Fransa və Azərbaycan media sənayelərinin müqayisəli xarakterisrikasını müəyyənləşdirir.

1.Azərbaycan mətbuat tarixi: Ali məktəb tələbələri üçün dərslik / A. Şahverdiyevin redaktəsi ilə. Bakı: Təhsil, 2006

2.Azərbaycan Respublikasının fərmanları və sərəncamları (aprel-iyun 2001-ci il). Bakı: Azərbaycan, 2001

3.Tarverdiyev S. Azərbaycan Respublikasında dövlət KİV siyasətinin əsas istiqamətləri// NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2019, № 1 (98).s.127-131

Tapşırıq: Fransavə Azərbaycanda medianın inkişaf tarixini və fəaliyyət istiqamətlərini müqayisə edin. Media orqanlarının cəmiyyətdəki rolunu, ictimai şüuru formalaşdırma funksiyasını və sosial məsuliyyətlərini nümunələr üzərindən təhlil edilməsi.

 

Tapşırıq: Azərbaycan məsələlərinin Fransa mediasında təzahürünün araşdırılması

 

Qeyd: Hörmətli tələbə, deyilən mühazirə və sizə təqdim olunan uyğun mətnlər ancaq istiqamətverici xarakter daşıyır. Buna görə də siz göstərilən ədəbiyyatlardan müstəqil istifadə etməyi bacarmalısınız.

Müəllif hüquqları

Semestr ərzində tələbələrə çatdırılan bütün materiallar onun əqli mülkiyyəti hesab olunduğundan onun icazəsi olmadan digər tələbələrə, müəllimlərə və təhsil sferasından kənar fiziki və hüquqi şəxslərə ötürülə bilməz.

 

 

 

 

 

TƏLƏBƏ NAİLİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ HAQQINDA TƏLİMAT

 

ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli

qərarı ilə təsdiq edilmişdir.

 

Semestr ərzində tələbə nailiyyətinin qiymətləndirilməsi

 

−     0 bal - mövzu ilə bağlı heç bir bilik və fəaliyyət yoxdur;

−     1 bal - tələbə keçirilmiş materialı yalnız xatırlayır;

−     2 bal - tələbə keçirilmiş materialı xatırlayır və müəllimin müdaxiləsi ilə bir və ya iki sözlə cavablandırır;

−     3 bal - tələbə keçirilmiş materialı tanış əlamətlərə görə qismən izah edir;

−     4 bal - tələbə keçirilmiş və qismən mənimsədiyi materialdan istifadə edərək məlum yollarla və ya müəllimin verdiyi təlimatlara əsasən yazılı və şifahi tapşırıqları qismən həll edir;

−     5 bal – tələbə keçirilmiş və mənimsədiyi materialdan istifadə edərək müstəqil şəkildə hazırlanmış qaydalara əsasən şifahi və yazılı tapşırıqları orta səviyyədə həll edir;

−     6 bal - tələbə verilən məlumatla öz düşüncələri arasında əlaqə yaradır, cütlərlə və qruplarla iş zamanı yazılı və şifahi ünsiyyət quraraq materialın şərhini verir;

−     7 bal - tələbə keçirilmiş materialın xarekterik əlamətlərini təyin edir, fərqləndirir, mövzunun analitik təhlilini aparır;

−     8 bal - tələbə cavabını planlaşdırıb təşkil edir, cavabını təsdiq etmək üçün fərziyyə irəli sürür, audio-vizual materiallarla keçirilmiş mövzunun strukturunu dəyişir, öyrənmə strategiyalarını və öyrənmə hədəflərini müəyyənləşdirir;

−     9 bal - tələbə keçirilmiş materialla əlaqədar qərarları, yanaşmanı, problemi dəyərləndirir, üstünlükləri və çatışmazlıqlara müstəqil fikir bildirir, İKT-dən istifadə edərək müstəqil öyrənmə modelini təyin edir;

−     10 bal - tələbə keçirilmiş materialla əlaqədar mühakimə xarakterli və tənqidi fikir yürütməklə öz mövqeyini əsaslandırır, innovativ və yaradıcı düşünmə bacarıqlarını İKT-dən yararlanmaqla tətbiq edir, auditoriyadaxili və auditoriyadankənar fəaliyyətlər üzrə öyrənmə hədəflərini əsaslandırır.

 

Yekun imtahanda qiymətləndirmə meyarı üzrə balların hesablanması qaydası

−     0 bal - Suala cavab verməyib.

−     1 bal – Ciddi səhvlərə yol verərək sualı səthi cavablandırıb (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−     2 bal – Cavabında catışmazlıqlar var, yalnız mövzu ilə bağlı terminləri, anlayışları qeyd edib (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−     3 bal – Sualı cavablandıran zaman yalnız mövzunun məzmunu ilə bağlı ümumi xarakterli məlumatlar verir (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−     4 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə qismən təsvir edir (anlamaq - məntiqi təfəkkür).

−     5 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə tam təsvir edir (anlamaq - məntiqi təfəkkür).

−     6 bal – Mövzunun mahiyyətini açıqlayır və müəyyən nəticələr əldə etmək üçün məzmunla bağlı biliklərini praktik tətbiq edir, qoyulmuş problemin həlli yollarını müəyyənləşdirir (tətbiq etmək - məntiqi təfəkkür).

−     7 bal – Mövzunun mahiyyətini açır və qoyulmuş problemin həlli zamanı ümumi xarakterli səhvlərə yol verir (təhlil etmək - məntiqi təfəkkür)

−     8 bal - Mövzunun mahiyyətini  açır, qoyulmuş problemin əhatəli təhlilini verir (təhlil etmək - məntiqi təfəkkür)

−     9 bal - Mövzunun mahiyyətini geniş şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, məsələyə münasibət bildirir və öz mövqeyini hərtərəfli şəkildə əsaslandırır (dəyərləndirmək - tənqidi təfəkkür)

−     10 bal - Mövzunun mahiyyətini dəqiq və hərtərəfli şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, mühakimə xarakterli fikirlər irəli sürür, öz mövqeyini hərtərəfli şəkildə əsaslandır və kreativ yanaşma nümayiş etdirir. (yaratmaq - yaradıcı təfəkkür)