Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Qərb Ölkələri Üzre Regionşünasliq Kafedrası

Amerikada KIV-in tarixi sillabus

Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının

14.02.2025 tarixli iclası (Protokol № 7)  ilə təsdiqlənmişdir.

Kafedra müdiri__________ Prof. S.F.Əliyeva

 

 

 

Fənn Sillabusu

Fənnin adı:

Amerikada KİV-in tarixi

Akademik yarım il:

II

Fənnə ayrılan saatlar:

45

Tədris forması:

Əyani

Fənnin krediti:

4

Fənn müəllimi:

 

b/m. Sevinc Qurbanova

Dil səviyyəsi/Fakültə

BM və Regionşünaslıq

Qrup:

Dərs saatları:

365a, 365b

 

Məsləhət saatları

I gün           II gün

11:00, 13:00   11:30-12:30

Fənn üzrə bölmə rəhbəri:

t.ü.f.d., b/m. Bəyim Abdulla

Fənn müəlliminin

e-poçt ünvanı

[email protected]

[email protected]

Tərtib etdi:

Müəllimin adı, soyadı, ata adı:

 

 

Sevinc Qurbanova Əşrəf qızı

İmza:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fənnin təsviri

Hakimiyyətin dördüncü qolu hesab olunan kütləvi informasiya vasitələrinin köməyi ilə insanlar qısa bir zamanda dünyada baş verənlər haqqında məlumat ala bilirlər. İnkişaf edən dünyamız da informasiyanın əldə olunması, ötürülməsi, təqdimatı  kimi proseslər sahəsində sürətlə inkişaf gedir. Kütləvi informasiya vasitələri inkişaf etdikcə informasiyanın ötürülməsi imkanları çoxalmışdır. Məhz bu baxımdan informasiya həm də hər bir siyasi güc mərkəzinin informasiya mühitinin qorunmasının başlıca vasitəsidir. Butün bunlar, regionşünaslıq ixtisasları üzrə tədris prosesində ixtisas ölkələrinin KİV tarixi əsaslarının tədrisinin zəruri olduğunu göstərir. Təqdim olunan “Amerikada KİV-in tarixi” fənninin sillabusu Azərbaycan Dillər Universiteti Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının xüsusiyyətləri nəzərə alınaraq hazırlanmışdır. Fənnin tədrisi boyunca “Amerikada KİV-in tarixi” fənninin məqsədi, kütləvi informasiya vasitələrinin tarixi inkişaf mərhələləri, hüquqi normativ bazası, kütləvi informasiya vasitələri və  onun siyasi proseslərdə iştirakı haqqında geniş məlumat təqdim edilir.          

Şərtlər

“Amerikada KİV-in tarixi” fənninin daha ətraflı öyrənilməsi üçün Azərbaycan və ingilis dilindəki material və ədəbiyyatlar daha produktiv və məqsədəuyğun şəkildə istifadə edilməlidir.

Fənnin məqsədi

Kursun əsas məqsədi tələbələrə Amerikada KİV-in tarixi haqqında dərin və əsaslı biliklər verməkdən, nəzəri və praktiki əhəmiyyət kəsb edən bacarıq və qabiliyyətlərin onlarda yetişdirilməsindən ibarətdir.

Kurs ümumən dünyada, xüsusilə də Amerika ölkələrində kütləvi informasiya vasitələri məsələlərində baş verən əsas hadisələrin sistemli və kompleks şəkildə analiz olunaraq qarşılıqlı asılı formada dərk edilmə bacarığını və vərdişini tələbələrdə yetişdirmək istəyir.

 

Fənnin sonunda tələbə aşağıdakı kompetensiyalara yiyələnməlidir:

PK 13 – Karyera barədə ilkin anlayışları, karyera inkişaf fəaliyyətlərini, iş müsahibəsinə hazırlıq prosedurlarını və müsahibə texnikalarına yiyələnir, iradə, motivasiya və pozitiv düşüncə, işgüzar etika qaydalarını müəyyənləşdirir;

PK 14 – Vaxtın effektiv idarə edilməsini, stres menecmentini, kreativ, tənqidi və analitik düşüncə formalarını müəyyən edir, problem həll etmə və qərarvermə texnikalarına, natiqlik bacarıqlarına sahib olur, komanda işinin qurulmasının və liderlik prinsiplərini mənimsəyir;

PK 15 –  Layihələrin hazırlanması, idarə edilməsində iştirak edir, iş həyatında şifahi və yazılı kommunikasiya vasitələrindən istifadə edir;

PK 16 – Media materialları ilə işləyir, müəyyən mövzular üzrə araşdırmalar aparır, materiallar toplayır, ümumiləşdirir və nəticə çıxarır.

 

İxtisas proqramının təlim nəticələri

PTN 1. Yüksək yaradıcı və tənqidi təfəkkürə, yazılı və şifahi nitq vərdişlərinə, liderlik qabiliyyətinə yiyələnir;

PTN 3. Regionda baş verən hadisə, proses və təzahürləri təhlil edərkən bu sahədə öyrəndiyi tarixi bilikləri tətbiq edir, müasir siyasi proseslərlə bağlı irəli sürdüyü fikirləri arqumentləşdirmək üçün beynəlxalq münasibətlər və region tarixindən mənimsədiyi bilikləri istifadə edir;

PTN 10. Öyrənilən regionun mədəni-tarixi, sosiomədəni, etnomədəni və svilizasiyanın inkişafının xüsusiyyətlərinə dair informasiyanı təhlil edir.

 

Fənn üzrə təlim nəticələri

Kursun sonunda öyrənənlər aşağıdakılara nail olacaqlar:

a)                  Amerikada KİV-in tarixi inkişaf mərhələlərini və formalarını analiz edir;

b)                  Amerikada KİV-in tarixi və hüquqi əsaslarını araşdıraraq təhlil edir;

c)                  Amerikada mətbuat, radio və televiziyanın inkişafı ilə bağlı dərindən məlumatlanır;

d)                  Qloballaşmanın Amerikada kütləvi informasiya vasitələri sahəsində həyata keçirdiyi siyasətə təsirini müəyyənləşdirir;

e)                  Amerika dövlətləri və Azərbaycanın kütləvi informasiya vasitələrinin oxşar və fərqli cəhətlərini müqayisəli təhlil edir.

 

Qiymətləndirmə meyarları və mərhələləri

Təhsilalanların imtahana qədər topladığı bal 50 (bal), İmtahanda topladığı bal 50 bal olaraq hesablanır.

                                                            Dərslərdə aktiv iştirak (cari qiymətləndirmə) 20 bal

                                                            Kollokvium (cari qiymətləndirmə) 10 bal

                                                           Sərbəst iş 10 bal

                                                           Davamiyyət  10 bal

                                                            İmtahan (aralıq qiymətləndirmə) 50 bal

 

Fənnin yekun qiyməti tələbənin semestr boyu topladığı bal (cari) ilə imtahan zamanı əldə etdiyi balın toplanılması ilə formalaşır.

 

Qiymətləndirmə sistemi/meyarları

 

İmtahan (yekun qiymətləndirmə)

İmtan kursun sonunda aparılır. İmtahan yazılı formada təşkil olunur. Hər bilet 5 sualdan ibarət olur. Suallar 10 ballıq qiymətləndirmə əsasında aparılır. Hər suala maksimum 10 bal verilir.Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır.İmtahan yazı işləri ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” təlimata uyğun meyarlar əsasında qiymətləndirilir.

Qeyd: “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” sillabusun sonunda əksini tapıb.

 

Semestr nəticəsinə görə qiymətləndirmə

Tələbənin yekun biliyi maksi­mum 100 balla qiy­mət­lən­di­ri­lir. Bundan maksimum 50 balı tələbə se­mestr ərzində, maksimum 50 balı isə im­tahanda toplayır.

Fənn üzrə semestr ərzində top­lanmış balın yekun miqdarına gö­rə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiy­mət­ləndirilir:

 

Ballar

Qiymət

Hərfi işarəsi

0-50

Qeyri-kafi

F

51-60

Qənaətbəxş

E

61-70

Kafi

D

71-80

Yaxşı

C

81-90

Çox yaxşı

B

91-100

Əla

A

 

Qiymətləndirmənin komponentləri

 

Cari qiymətləndirmə

            Tələbələr tədris zamanı plana uyğun olaraq əvvəlcədən verilmiş materialları oxumalı, müəllimin verdiyi mühazirə və əsas ədəbiyyatdan savayı əlavə mənbələrə müraciət edərək müstəqil araşdırma nəticəsində məşğələlərə aktiv şəkildə hazırlaşmalıdır. Əvvəlki mövzulara aid suallara cavab verməli və tədris müddətində aparılan müzakirələrdə fəal iştirak etməlidirlər.

Cari qiymətləndirmə ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” təlimatauyğun meyarlar əsasında qiymətləndirilir.

Qeyd: “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” sillabusun sonunda əksini tapıb.

 

 

Kollokvium

Kollokvium 7-11 aprel tarixlərində, tədris semestrinin VIII həftəsi ərzində keçirilir. Qiymətləndirilmə test tapşırıqları, quiz və açıq sual formasında olur. Semestr boyu tələbələr bir kollokvium verir və 10 bal qazanır.

Kollokvium mövzuları:

1.                  Ünsiyyət vasitələrinin yaranmasının tarixi

2.                  Xəbər və onun xarakteristikası

3.                  Xəbər mənbələrinin müqayisəli təhlili

4.                  Kütləvi informasiya vasitələrinin izahı

5.                  Media anlayışının mahiyyəti və yaranması

6.                  İlkin informasiya ötürmə vasitələrinin təhlili

7.                  İnternetin yaranması və onun medianın inkişafına təsiri

8.                  Reklamın yaranma tarixi

9.                  Reklamın növləri və funksiyalarının təhlili

10.              Kanadada KİV-in hüquqi normativ bazası

11.              Kanada çap mətbuatının xüsusiyyətləri

12.              Kanadada yayım mediasının yaranması

13.              Kanadada televiziyanın inkişaf dövrləri və xüsusiyyətləri

14.              Kanadada filmlərin əsas xüsusiyyətləri

15.              Kanadada rəqəmsal media və internetin inkişafının xüsusiyyətləri

16.              ABŞ-də mətbuatın yaranma tarixi

17.              ABŞ-də radionun yaranma tarixi

18.              ABŞ televiziyasının əsas xüsusiyyətləri

19.              ABŞ-da film sənayesinin yaranma tarixi

20.              ABŞ-də sosial media və onun təzahürləri

 

Davamiyyət gözləntiləri və dərsdə fəal iştirak

Tələbələr tədris prosesinə ciddi yanaşmalı, gecikməməli və üzürsüz səbəbdən dərs buraxmamalıdırlar.  Fənnə ayrılan saatların 25%-dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.

Sərbəst iş

Sərbəst işlər kiçik həcmli (1-2 səhifə) 10 ədəd məlumat sorğusu və ya geniş həcmli (6-10 səhifə) bir ətraflı araşdırma şəkildə hazırlana bilər. Sərbəst işlər habelə 8-10 slayd arası prezentasiya formasında da təqdim edilə bilər. Bundan savayı tələbələr kurs ilə əlaqədar münasib üslublu və məzmunlu kitab oxuya bilər. Kitablardan savayı media məsələləri və problemləri ilə əlaqədar sənədli filmlərin və realistik bədii filmlərin analizi də münasib variant kimi qəbul edilir. Qeyd edilən kitab və ya filmlərin seçilməsi və təsdiqi müəllimlə tələbənin qarşılıqlı məsləhətləşmələri və razılığı əsasında aparılır. Tələbələr eləcə də aşağıda adları qeyd edilən və ya fənnə aid digər mövzuları seçməkdə sərbəstdirlər. Sərbəst işlər original olmalıdır. Plagiat yolverilməzdir! 20 mart tarixində qədər sərbəst işin planı, ilk 2 səhifəsi və ədəbiyyat siyahısı müəllimə göndərilməlidir. Bütün sərbəst işlər son 1 may saat 18:00 qədər yazılı təhvil verilməli və şifahi cavab verilməlidir. Tələbələr sərbəst işləri dərsdən kənar vaxtlarda, məsləhət saatları vaxtlarında təhvil verməlidirlər.

     Sərbəst iş mövzu nümunələri:

1.    ABŞ-nin aparıcı TV kanalı

2.    ABŞ-nin aparıcı qəzeti

3.    ABŞ-nin aparıcı radio kanalı

4.    ABŞ-nin aparıcı jurnalı

5.    ABŞ-də sosial media

6.    Tiktokun ABŞ-də fəaliyyəti

7.    Braziliyanın aparıcı TV kanalı

8.    Braziliyanın aparıcı qəzeti

9.    Braziliyada sosial media

10.              Braziliyanın aparıcı radio kanalı

 

Tədris və təlim metodları

Amerikada KİV-in tarixi üzrə məsələləri müəyyən etmək üçün analiz, sintez, analogiya və müqayisə metodundan geniş istifadə edilir. Deduktiv metoda istinadən ümumqəbul edilmiş yanaşma və konsepsiyaların konkret hallara tətbiq edib, mühüm əqli nəticələrə nail olmaq lazımdır. Dərslərin interaktiv, müzakirə və kiçik konfrans formasında keçirilməsi nəzərdə tutulur. Tədris prosesində təkcə müəllim deyil, tələbələrin də dərslə bağlı yenilikləri auditoriyaya çatdıra bilməsi vacibdir (tələbələr bunu dialoq şəklində, şifahi prezentasiya və ya power point vasitəsilə, mini filmlərlə, keçirdikləri sorğuların nəticələrini təhlil edə-edə təqdim edə bilərlər).

Xüsusi qayğıya  ehtiyacı olan tələbələrlə iş

Şəxslərin sosiallaşması və cəmiyyətə uğurlu inteqrasiyasını həyata keçirmək üçün müvafiq metodlar seçir;

Ø  Ətrafdakılarla əlverişli sosial əlaqələrin qurulmasına dəstək verir;

Ø  Fərdi proqramı reallaşdırmaq üçün yeni təlim metodlarından müvafiq şəkildə istifadə edir;

Ø  Dərs materiallarının daha sadə və asan anlaşılan şəkildə təqdim edilir;

Ø  Xüsusi qayğıya ehtiyacı olan tələblərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmalar tətbiq edir;

Ø  Yüksək akademik göstəriciləri olan tələbələrə onların öz təşəbbüsləri əsasında əlavə məsləhət saatları təyin edir.

 

İstifadə olunacaq resurslar (Elektron/Yükləmələr/Əlavə materiallar)

Semestr ərzində keçirilən mühazirələr, təqdim ediləcək prezentasiyalar, əsas və əlavə ədəbiyyat siyahısı tələbələrə əyani veriləcək, və bəzi materiallar e-mail vasitəsilə ötürüləcək.

Kursun qiymətləndirilməsi/Tələbə rəyləri

            Kursun əvvəlində və sonunda təşkil ediləcək sorğu tələbələrin fənn və tədrisə münasibətini müəyyən etməyə yönəldilib. Tələbələrin tədrisilə bağlı rəyləri vacib əhəmiyyət kəsb edir, məsələyə aşağıdan baxış fokusunu təşkil edir və növbəti illərdə buraxılan səhvlərin təkrarlanmamasını, yeni innovativ ideyaların isə əksinə yeridilməsinə şərait yaradır.

Ədəbiyyat siyahısı

1.         Hiebert R., Ungurait D., red. İsaxanlı Hamlet. Kütləvi informasiya vasitələri. Müasir kommunikasiyaya giriş. Xəzər Universitetinin nəşri, 2005

2.         Azərbaycan mətbuat tarixi: Ali məktəb tələbələri üçün dərslik / A. Şahverdiyevin redaktəsi ilə. Bakı: Təhsil, 2006

3.         Rüstəmov Akif “Jurnalistikanın əsasları”, Dərs vəsaiti. Bakı, 2011, s. 6-17; 113-123

4.         Abdullayev Məsaim, Aida Adilqızı. ABŞ mətbuatının tarixi. Bakı, 2016, s. 10-45; 68-71; 89-102; 115-119

5.         Yaqublu N., Rüstəmli A. Xarici Ölkələrin Jurnalistikası. Bakı, "Adiloğlu" nəşriyyatı, 2007

6.         Rudin R., Ibbotson T.An introduction to Journalism: Essential Techniques and Background Knowledge, Focal Press, 2005

7.         Understanding media and culture: an introduction to mass communication 2016 //https://www.palomar.edu/users/lpayn/115/GC115-Understanding-Media-and-Culture-An-Introduction-to-Mass-Communication.pdf

8.         Matos Carolina. Media and politics in Latin America: globalization, democracy and identity. January 2012 // https://www.researchgate.net/publication/276025277_Media_and_Politics_in_Latin_America_GlobalizationDemocracy_and_Identity

 

 

 

 

Saat/

Həftə

Modul/Bölmə/Fəsil

Təlim nəticələri

Oxu materialı

Tapşırıq

2/I

həftə

1. "Amerikada KİV-in tarixi" fənninin predmeti, məqsəd və vəzifələri 

Ø    Amerikada KİV-in tarixi fənninin  predmet, məqsəd və vəzifələri

Ø    Fənnin öyrənilmə zəruriyyəti və əhəmiyyəti

Ø     Fənnin öyrənilməsinin prinsipləri (tarixilik, xronoloji ardıcıllıq, obyektivlik, elmilik, müasirlik) və mənbələri

ü Fənnin predmeti və məqsədini müəyyən edir

 

ü Fənnin öyrənilməsinin zərurətini və əhəmiyyətini dərk edir

 

ü Fənnə dair mənbələri müəyyən edir

1.      1.Hiebert R., Ungurait D., red. İsaxanlı Hamlet. Kütləvi informasiya vasitələri. Müasir kommunikasiyaya giriş. Xəzər Universitetinin nəşri, 2005, səh 1-3

2.      2. Branston G., Stafford R.The Media Student’s Book. London: Routledge, 1996, p. 1-2

3.      3. Rudin R., Ibbotson T.An introduction to Journalism: Essential Techniques and Background Knowledge, Focal Press, 2005, p. 1-4

4.      Tapşırıq:

5.       

6.      Media və kütləvi informasiya vasitələri anlayışlarını müəyyən edin.

2/I həftə

 

2. Ünsiyyət vasitələrinin növləri

Ø  Ünsiyyətin məzmunu, məqsəd və vasitələri

Ø  Ünsiyyətin funksiyaları

Ø  Kütləvi informasiy vasitələrinin qısa izahı

Ø  Ünsiyyət vasitələrinin yaranması

Ø  KİV-də xəbər və onun xarakteristikası

Ø  Xəbərin növləri və xəbər mənbələri

ü Ünsiyyyət vasitələrinin yaranması haqqında əsaslı biliklər əldə edir

 

ü Xəbərin ümumi xarakteristikasını müəyyən edir

 

ü Xəbərin mənbələrini fərqləndirir

1. Potter Debora “Müstəqil Jurnalistika üzrə məlumat kitabçası”, Beynəlxalq İnformasiya Proqramları Bürosu, ABŞ Dövlət departamenti, 2006, s. 4-12

2.Həmzəyev M.Ə., Əmiraslanova S.F. Ünsiyyətin psixologiyası.Dərs vəsaiti. Bakı, 2007, 13-19 səh.

3. R. Rudin, T. Ibbotson. An introduction to Journalism: Essential Techniques and Background Knowledge, Focal Press, 2005, p. 4-6

4. Mühazirə mətnləri

7.      Tapşırıq:

8.       

Nümunə qəzet və ya jurnal əsasında xəbərin növünü və mənbəsini müəyyən edin.

 

4/II-III

həftə

 

3. Kütləvi informasiya vasitələrinin tarixi inkişaf mərhələləri

Ø  "Media" anlayışının mahiyyəti

Ø  Medianın ilk nümunələri, yaranması və yayılması

Ø  İlkin informasiya ötürmə vasitələri

Ø  İohan Qutenberq və onun çap maşını

Ø  Dövrü mətbuatın yaranması

Ø  XIX əsrdə yeni texnologiyaların kəşfi

Ø  İnternetin yaranması və onun medianın inkişafına təsiri

ü Medianın yaranma səbəbini izah edir

 

ü İlkin informaisya ötürmə vasitələri haqqında biliklər əldə edir

 

ü Yeni texnologiyalar və internetin medianın inkişafına təsirini təhlil  edir

1. Rüstəmov Akif “Jurnalistikanın əsasları”, Dərs vəsaiti. Bakı, 2011, s. 6-17; 113-123.

2. Hiebert Ray Eldon. Kütləvi informasiya vasitələri. Müasir kommunikasiyaya giriş, IV. Xəzər Universitetinin nəşri, 2005, s. 18-20

3. Rudin R., Ibbotson T. An introduction to Journalism: Essential Techniques and Background Knowledge, Focal Press, 2005, p. 2-28.

4. Mühazirə mətnləri

 

9.      Tapşırıq:

 

Ritorika tarixində məktəblər haqqında oxumaq və təhlil etmək səh. 370-429

 

http://elibrary.bsu.edu.az/files/books_80/N_57.pdf

2/III

Həftə

4. KİV-in təbliğat və təşviqat funksiyaları

Ø     KİV  təbliğat və təşviqat vasitəsi kimi

Ø  Reklamın yaranma tarixi

Ø  Reklamın növləri və funksiyaları

Ø  Dünyada ilk film sənayesinin yaranması və inkişafı

Ø  Filmin media vasitəsi kimi xüsusiyyətləri

Ø  Müasir dövrdə reklamın KİV kimi əhəmiyyəti

ü Reklam və film sənayesinin yaranmasına dair əsaslı biliklər əldə edir

ü Reklamın təbliğat və təşviqat kimi funksiyasını təhlil edir

ü Medianın təbliğat funksiyasında necə rol oynadığını filmlər əsasında təhlil edir

1.  Hiebert Ray Eldon. Kütləvi informasiya vasitələri. Müasir kommunikasiyaya giriş, IV. Xəzər Universitetinin nəşri, 2005, s.43-50; 184-190

2. Rudin R., Ibbotson T.. An introduction to Journalism: Essential Techniques and Background Knowledge, Focal Press, 2005, p. 129-159

3. Mühazirə mətni

10.  Tapşırıq:

 

Bir nümunə reklamı təhlil edin

 

Bir nümunə filmdə subliminal mesajı tapın və təhlil edin.

 

4/IV-V

Həftə

5. Kanadada KİV-in tarixindən

Ø    Kanadada KİV-in hüquqi normativ bazası

Ø     Kanadada çap mətbuatının yaranması

Ø    Mətbuatın Kanadada inkişafı və xüsusiyyətləri

Ø    Kanadada yayım mediasının yaranması

Ø    Kanadada radio və televiziyannın  inkişaf xüsusiyyətləri

Ø    Kanadada film sənayesinin əsas xüsusiyyətləri

Ø    Kanadada rəqəmsal media və internetin inkişafının xüsusiyyətləri

Ø    Müasir dövrdə Kanadada KİV

ü Kanadada KİV-in hüquqi normativ bazasını müəyyən edir

 

ü Kanadada KİV-in yaranması və inkişafı haqqında biliklər əldə edir

 

ü Kanadada KİV-in xüsusiyyətlərini müqayisəli təhlil edir

1. Vipond Mary. The mass media in Canada. 4th edition, 2000,  198 p. // https://archive.org/details/massmediaincanad0000vipo_x2x5

2. Fleras Augie. Mass media communication in Canada. Nelson, 2003, 420 p. // https://archive.org/details/massmediacommuni0000fler_j9h1/page/n5/mode/2up

3. Mühazirə mətni

11.  Tapşırıq:

 

Kanadada aparıcı KİV-i müəyyən edin və təhlil edin.

4/V-VI

Həftə

6. ABŞ-də KİV-in tarixindən

Ø   ABŞ-də mətbuatın yaranma tarixi

Ø    Amerikada mətbuatın inkişafı  və xüsusiyyətləri

Ø   XX əsrin ən məşhur jurnalist araşdırması "Uotergeyt qalmaqalı"

Ø   ABŞ-də Radionun yaranma tarixi və əsas xüsusiyyətləri

Ø   ABŞ-də televiziya sisteminin formalaşması və inkişaf dövrləri

Ø   ABŞ-da film sənayesinin yaranma tarixi

Ø    ABŞ-də sosial media və onun təzahürləri

Ø    ABŞ-da yeni medianın inkişafının xüsusiyyətləri

Ø    Müasir dövrdə ABŞ-də KİV-in xüsusiyyətləri

ü ABŞ-də KİV-in yaranmasına dair biliklər əldə edir

 

ü ABŞ-də KİV-in növlərinin inkişafını müqayisə edir

 

ü ABŞ-də KİV-in xüsusiyyətlərini təhlil edir

 

ü Müasir dövrdə ABŞ KİV-nin dünyada rolunu müəyyən edir

1. Abdullayev Məsaim, Aida Adilqızı. ABŞ mətbuatının tarixi. Bakı, 2016, s. 10-45; 68-71; 89-102; 115-119

2. Hiebert Ray Eldon. Kütləvi informasiya vasitələri. Müasir kommunikasiyaya giriş, IV. Xəzər Universitetinin nəşri, 2005, s. 197-225

3. Rüstəmov Akif. Dünya Jurnalistika tarixi. Dərs vəsaiti. Bakı, 2010, s. 32-60

4.Yaqublu N., Rüstəmli A. Xarici Ölkələrin Jurnalistikası. Bakı, "Adiloğlu" nəşriyyatı, 2007

5.  Mühazirə mətni

12.  Tapşırıq:

 

Uotergeyt qalmaqalına dair filmi izləmək və müzakirə etmək

4 /VII həftə

7. ABŞ-də KİV-in qanunvericilik bazası və hüquqi tənzimlənmə mexanizmləri

Ø    ABŞ Konstitusiyası və Birinci Düzəlişin şərhi

Ø    Amerikada Məhkəmələr və mətbuat ifadəsi

Ø    Amerikada senzura və əsas məhdudiyyətlər

Ø    Amerikada media və milli təhlükəsizlik məsələsi

Ø    Pentaqon qəzetləri və “The Progressive” jurnalı ilə bağlı hadisə

Ø    ABŞ-də KİV və siyasət

Ø    KİV-in siyasət və seçki prosesində rolu

Ø    ABŞ-da KİV  - dördüncü hakimiyyət kimi

ü ABŞ-də medianın qanunla tənzimlənməsini müəyyən edir

 

ü ABŞ Konstitusiyasında I Düzəlişi analiz edir

 

ü ABŞ-də KİV və siyasət münasibətlərini təhlil edir

1.Hiebert Ray Eldon. Kütləvi informasiya vasitələri. Müasir kommunikasiyaya giriş, IV. Xəzər Universitetinin nəşri, 2005, s. 463-480

2. Rudin R., Ibbotson T.. An introduction to Journalism: Essential Techniques and Background Knowledge, Focal Press, 2005, p. 208-279

3. Rüstəmov A. Dünya Jurnalistika tarixi. Dərs vəsaiti. Bakı, 2010

4. Mühazirə mətni

 

 

 

 

 

13.  Tapşırıq:

 

ABŞ-də  prezident seçkilərində medianın rolunu təhlil etmək

4/VIII-IX

həftə

8. Meksikada  KİV-in tarixindən

Ø    Meksikada KİV-in tarixi

Ø    Meksikada KİV və qanunvericilik

Ø    Meksikada çap mətbuatının yaranması və inkişaf xüsusiyyətləri

Ø    Audio media - radionun Meksikada yayılması və inkişafı

Ø    Meksikada televiziyanın yaranması və inkişafı

Ø     Meksika televiziyasının əsas xüsusiyyətləri

Ø    Meksikada filmlər media vasitəsi kimi

Ø     Yeni medianın Meksikada təzahürü

Ø    Müasir dövrdə Meksikada KİV-in xüsusiyyətləri

Ø    Meksikada media və siyasət

 

 

Kollokvium

ü Meksikada KİV-in yaranması haqqında biliklər əldə edir

 

ü Meksikada KİV-in xüsusiyyətlərini müəyyən edir

 

ü Meksikada KİV-in müasir dövrdə əhəmiyyətini təhlil edir

1. Lepidus Henry. The history of Mexican Journalism // https://core.ac.uk/download/pdf/75906068.pdf

2. Understanding media and culture: an introduction to mass communication 2016 //https://www.palomar.edu/users/lpayn/115/GC115-Understanding-Media-and-Culture-An-Introduction-to-Mass-Communication.pdf

3. Garcia R.G., Plata G.S. Reforms to Media Legislation in Mexico // file:///C:/Users/HP/Music/Downloads/Dialnet-ReformaDeLaLegislacioEnRadioTelevisioITelecomunica-8448400_3.pdf

4. Mühazirə mətni

Keçirilən bütün mövzular üzrə materiallar

14.  Tapşırıq:

 

 

Meksikanın aparıcı KİV-ni müəyyən edin və təhlil edin.

4/IX-X

həftə

9. Mərkəzi Amerika və Karib hövzəsi ölkələrində  KİV-in tarixindən

Ø   Mərkəzi Amerika və Karib hövzəsi ölkələrində ilk informasiya vasitələrinin yaranması

Ø    Çap mətbuatının yaranması və inkişafı

Ø   Mərkəzi Amerikada yayım mediasının xüsusiyyətləri

Ø   Mərkəzi Amerika və Karib hövzəsi ölkələrində KİV və qanunvericilik

Ø   Mərkəzi Amerika və Karib hövzəsi ölkələrində yeni və rəqəmsal media

Ø   Müasir dövrdə Mərkəzi Amerika və Karib hövzəsi ölkələrində KİV-in xüsusiyyətləri

ü    Mərkəzi Amerika və Karib hövzəsi ölkələrində KİV-in tarixinə dair biliklər əldə edir

 

ü    Mərkəzi Amerika və Karib hövzəsi ölkələrində KİV-in rolunu təhlil edir

 

ü    Müasir dövrdə regionda KİV-in xüsusiyyətlərini müəyyən edir

 

1.                 Understanding media and culture: an introduction to mass communication 2016 //https://www.palomar.edu/users/lpayn/115/GC115-Understanding-Media-and-Culture-An-Introduction-to-Mass-Communication.pdf

2.                 Matos Carolina. Media and politics in Latin America: globalization, democracy and identity. January 2012 // https://www.researchgate.net/publication/276025277_Media_and_Politics_in_Latin_America_GlobalizationDemocracy_and_Identity

3.                 Mühazirə mətni

15.  Tapşırıq:

 

Mərkəzi Amerikada mətbuat azadlığının  təhlili - qrup işi

4/XI

həftə

10. Venesuela, Kolumbiya və Ekvadorda KİV-in tarixindən

Ø    Venesuelada KİV-in yaranması

Ø    Venesuelada KİV, qanunvericilik və siyasət

Ø    Venesuelada KİV-in inkişafı və xüsusiyyətləri

Ø    Kolumbiya və Ekvadorda KİV və qanunvericilik

Ø    Kolumbiya və Ekvadorda KİV-in yaranma tarixi və inkişafı

Ø    Kolumbiya və Ekvadorda media və siyasət

Ø    Venesuela, Kolumbiya və Ekvadorda film sənayesinin əsas xüsusiyyətləri

Ø    Müasir dövrdə Venesuela, Kolumbiya və Ekvadorda KİV 

ü Venesuela, Kolumbiya və Ekvadord KİV-in tarixi haqqında biliklər əldə edir

 

ü Venesuela, Kolumbiya və Ekvadorda media və siyasət əlaqələrini müəyyən edir

 

ü Venesuela, Kolumbiya və Ekvadorda müasir dövrdə KİV-in xüsusiyyətlərini müqayisəli təhlil edir

 

1. Understanding media and culture: an introduction to mass communication 2016 //https://www.palomar.edu/users/lpayn/115/GC115-Understanding-Media-and-Culture-An-Introduction-to-Mass-Communication.pdf

2. Matos Carolina. Media and politics in Latin America: globalization, democracy and identity. January 2012 // https://www.researchgate.net/publication/276025277_Media_and_Politics_in_Latin_America_GlobalizationDemocracy_and_Identity

3. Mühazirə mətni

16.  Tapşırıq:

 

Venesuela, Kolumbiya və Ekvadorda sosial mediadan istidadəyə dair statistik məlumatları araşdırın.

2/XII

həftə

11. Paraqvay və Uruqvayda KİV-in tarixindən

Ø     Paraqvay və Uruqvayda KİV və qanunvericilik

Ø     Paraqvay və Uruqvayda çap mətbuatının yaranması və inkişafı

Ø     Paraqvay və Uruqvayda yayım mediasının xüsusiyyətləri

Ø     Paraqvay və Uruqvayda yeni media

Ø     Müasir dövrdə Paraqvay və Uruqvayda KİV

 

ü Paraqvay və Uruqvayda KİV-in xüsusiyyətləri müəyyən edir

 

ü Paraqvay və Uruqvayda KİV-i müqayisəli təhlil edir

 

ü Müasir dövrdə Paraqvay və Uruqvayda medianın əhəmiyyətini müəyyən edir

1.                  Understanding media and culture: an introduction to mass communication 2016 //https://www.palomar.edu/users/lpayn/115/GC115-Understanding-Media-and-Culture-An-Introduction-to-Mass-Communication.pdf

2.                  Matos Carolina. Media and politics in Latin America: globalization, democracy and identity. January 2012 // https://www.researchgate.net/publication/276025277_Media_and_Politics_in_Latin_America_GlobalizationDemocracy_and_Identity

3.                   Mühazirə mətni

17.  Tapşırıq:

 

Paraqvay və Uruqvayda sosial media  - müqayisəli təhlil edin (qrup işi)

2/XIII

Həftə

12. Braziliyada KİV-in tarixindən

Ø Braziliyada KİV-in hüquqi normativ bazası tarixi

Ø Braziliyada media və siyasət

Ø Çap mətbuatının Braziliyada yaranması və inkişafı

Ø Braziliyada yayım mediasının yaranması

Ø Braziliyada radionun tarixi və xüsusiyyətləri

Ø  Braziliyada televiziyananın yaranma tarixi, inkişafı və xüsusiyyətləri

Ø Braziliyada film sənayesinin yaranma tarixi

Ø Braziliyada rəqəmsal media və internetin inkişafının xüsusiyyətləri

Ø Müasir dövrdə Braziliyada KİV

ü Braziliyada KİV-in yaranmasına dair biliklər əldə edir

 

ü Braziliyada KİV-in əsas xüsusiyyətlərini müəyyən edir

 

ü Braziliyada KİV-i müqayisəli təhlil edir

1.   Matos C. Media and Democracy in Brazil. Westminster Papers in Communication and Culture, 2011, pp. 1-16

2.   Daros Otavio. History of  Brazilian Journalism. From  Print to Digital. 1st edition,  2024, 125p.

3.   Boas, T. Television and Neopopulism in Latin America: Media Effects in Brazil and Peru in Latin American Research Review, Vol. 40, No. 2, Austin: University of Texas Press, 2005

4.   Mühazirə mətni

18.  Tapşırıq:

 

Braziliyanın aparıcı KİV-ni müəyyən edin və müqayisəli təhlil edin.

2/XIII

Həftə

13. Argentinada KİV-in tarixindən

Ø Argentinada KİV-in hüquqi normativ bazası

Ø Argentinada media və siyasət

Ø Argentinada mətbuatın tarixi  və inkişafı

Ø Argentinada yayım mediasının yaranması

Ø Argentinada televiziyanın yaranması, inkişaf dövrləri və xüsusiyyətləri

Ø Argentinada yeni medianın yaranması

Ø Argentinada rəqəmsal media və internetin inkişafının xüsusiyyətləri

Ø Müasir dövrdə Argentinada KİV

ü Argentinada KİV-in hüquqi-normativ bazasını müəyyən edir

 

ü Argentinada KİV-in yaranması və inkişafını təhlil edir

 

ü Müasir dövrdə Argentinada KİV haqqında sərbəst təhlil apara bilir

1.    Becerra M., Marino S., Mastrini G. Mapping Digital Media: Argentina. Country Report. February 2012, pp. 81-92

2.    Understanding media and culture: an introduction to mass communication 2016 //https://www.palomar.edu/users/lpayn/115/GC115-Understanding-Media-and-Culture-An-Introduction-to-Mass-Communication.pdf

3.    Orchard X., Santamaria S.G., and others. Media and Governance in Latin America. Toward a Plurality of Voices. Textbook, 2020, 274 p.

4.    Mühazirə mətni

19.  Tapşırıq:

 

Argentinanın aparıcı KİV müəyyən edin və müqayisəli təhlil edin.

2/XIV

Həftə

14. Peru, Çili və Boliviyada KİV-in tarixindən

Ø   Peruda KİV-in yaranması və inkişafı

Ø   Peruda KİV, qanunvericilik və siyasət

Ø   Çilidə KİV-in inkişafı

Ø   Boliviyada KİV-in yaranması və inkişafı

Ø   Çili və Boliviyada media və siyasət

Ø   Müasir dövrdə Peru, Çili və Boliviyada KİV-in fəaliyyəti

ü Peru, Çili və Boliviyada KİV-in yaranması haqqında biliklər əldə edir

 

ü Peru, Çili və Boliviyada KİV-in inkişafını müqayisəli təhlil edir

 

ü Peru, Çili və Boliviyada KİV-in müaisir dövrdə əhəmiyyətini müəyyən edir

1.              Understanding media and culture: an introduction to mass communication 2016 //https://www.palomar.edu/users/lpayn/115/GC115-Understanding-Media-and-Culture-An-Introduction-to-Mass-Communication.pdf

2.              Matos Carolina. Media and politics in Latin America: globalization, democracy and identity. January 2012 // https://www.researchgate.net/publication/276025277_Media_and_Politics_in_Latin_America_GlobalizationDemocracy_and_Identity

3.              Mitchelstein E., Matassi M., Boczkowski P.J. Minimal effects, maximum panics: social media and democracy in Latin America. Article// https://journals.sagepub.com/doi/pdf/10.1177/2056305120984452

4.              Mühazirə mətni

20.  Tapşırıq:

 

Perunun aparıcı TV kanalını müəyyən edin və araşdırın

Çilinin aparıcı qəzetini müəyyən edin və araşdırın

Boliviyanın aparıcı  KİV-ni müəyyən edin və araşdırın

3/XV

Həftə

15. Amerika və Azərbaycan KİV-nin müqayisəli təhlili

Ø Azərbaycanda KİV-in yaranması və inkişaf tarixi

Ø Azərbaycanda medianın hüquqi-normativ bazası

Ø Amerika ölkələri və Azərbaycan KİV-nin müqayisəli təhlili

Ø Amerika ölkələri və Azərbaycan KİV arasında qarşılıqlı əməkdaşlıq və gələcək inkişaf perspektivləri

ü Azərbaycanda KİV-in yaranması və inkişaf tarixi haqqında əsas biliklər əldə edir

 

ü Amerika ölkələri və Azərbaycanda KİV-nin müqayisəli təhlilini aparır

 

1.     Azərbaycan mətbuat tarixi: Ali məktəb tələbələri üçün dərslik / A. Şahverdiyevin redaktəsi ilə. Bakı: Təhsil, 2006

2.     Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanunu // http://www.e-qanun.az/framework/30

3.     Niyazov X. Azərbaycan dövlətinin informasiya siyasəti və Kütləvi informasiya vasitələri. İnformasiya Cəmiyyəti Problemləri, №1(7), 2013 // https://jpis.az/az/journals/195/

21.  Tapşırıq:

 

Amerika ölkələri mediasında Azərbaycan haqqında xəbərlərin araşdırılması

 

Cəmi:

 

45 saat

 

 

 

 

Qeyd: Hörmətli tələbə, deyilən mühazirə və sizə təqdim olunan uyğun mətnlər ancaq istiqamətverici xarakter daşıyır. Buna görə də siz göstərilən ədəbiyyatdan müstəqil istifadə etməyi bacarmalısınız. Dərs zamanı hər bir tələbənin qeyd dəftərinin olması mütləqdir.

Videodan istifadə və dərsin lentə alınması

Müəllimin icazəsi olmadan tələbənin dərsi lentə alması (və ya şəkil çəkməsi) yolverilməzdir. Dərs müddətində tələbələrin mobil telefonlardan istifadəsi (istisna halları çıxmaq şərtilə) qadağandır!

Müəllif hüquqları

Semestr ərzində tələbələrə çatdırılan bütün materiallar, habelə müəllimin təqdim etdiyi video çıxışlar və təqdimatlar onun əqli mülkiyyəti hesab olunduğundan onun icazəsi olmadan digər tələbələrə, müəllimlərə və təhsil sferasından kənar fiziki və hüquqi şəxslərə ötürülə bilməz.

 

TƏLƏBƏ NAİLİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ HAQQINDA TƏLİMAT

 

ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli

qərarı ilə təsdiq edilmişdir.

 

Semestr ərzində tələbə nailiyyətinin qiymətləndirilməsi

 

−     0 bal - mövzu ilə bağlı heç bir bilik və fəaliyyət yoxdur;

−     1 bal - tələbə keçirilmiş materialı yalnız xatırlayır;

−     2 bal - tələbə keçirilmiş materialı xatırlayır və müəllimin müdaxiləsi ilə bir və ya iki sözlə cavablandırır;

−     3 bal - tələbə keçirilmiş materialı tanış əlamətlərə görə qismən izah edir;

−     4 bal - tələbə keçirilmiş və qismən mənimsədiyi materialdan istifadə edərək məlum yollarla və ya müəllimin verdiyi təlimatlara əsasən yazılı və şifahi tapşırıqları qismən həll edir;

−     5 bal – tələbə keçirilmiş və mənimsədiyi materialdan istifadə edərək müstəqil şəkildə hazırlanmış qaydalara əsasən şifahi və yazılı tapşırıqları orta səviyyədə həll edir;

−     6 bal - tələbə verilən məlumatla öz düşüncələri arasında əlaqə yaradır, cütlərlə və qruplarla iş zamanı yazılı və şifahi ünsiyyət quraraq materialın şərhini verir;

−     7 bal - tələbə keçirilmiş materialın xarekterik əlamətlərini təyin edir, fərqləndirir, mövzunun analitik təhlilini aparır;

−     8 bal - tələbə cavabını planlaşdırıb təşkil edir, cavabını təsdiq etmək üçün fərziyyə irəli sürür, audio-vizual materiallarla keçirilmiş mövzunun strukturunu dəyişir, öyrənmə strategiyalarını və öyrənmə hədəflərini müəyyənləşdirir;

−     9 bal - tələbə keçirilmiş materialla əlaqədar qərarları, yanaşmanı, problemi dəyərləndirir, üstünlükləri və çatışmazlıqlara müstəqil fikir bildirir, İKT-dən istifadə edərək müstəqil öyrənmə modelini təyin edir;

−     10 bal - tələbə keçirilmiş materialla əlaqədar mühakimə xarakterli və tənqidi fikir yürütməklə öz mövqeyini əsaslandırır, innovativ və yaradıcı düşünmə bacarıqlarını İKT-dən yararlanmaqla tətbiq edir, auditoriyadaxili və auditoriyadankənar fəaliyyətlər üzrə öyrənmə hədəflərini əsaslandırır.

 

Yekun imtahanda qiymətləndirmə meyarı üzrə balların hesablanması qaydası

−     0 bal - Suala cavab verməyib.

−     1 bal – Ciddi səhvlərə yol verərək sualı səthi cavablandırıb (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−     2 bal – Cavabında catışmazlıqlar var, yalnız mövzu ilə bağlı terminləri, anlayışları qeyd edib (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−     3 bal – Sualı cavablandıran zaman yalnız mövzunun məzmunu ilə bağlı ümumi xarakterli məlumatlar verir (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−     4 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə qismən təsvir edir (anlamaq - məntiqi təfəkkür).

−     5 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə tam təsvir edir (anlamaq - məntiqi təfəkkür).

−     6 bal – Mövzunun mahiyyətini açıqlayır və müəyyən nəticələr əldə etmək üçün məzmunla bağlı biliklərini praktik tətbiq edir, qoyulmuş problemin həlli yollarını müəyyənləşdirir (tətbiq etmək - məntiqi təfəkkür).

−     7 bal – Mövzunun mahiyyətini açır və qoyulmuş problemin həlli zamanı ümumi xarakterli səhvlərə yol verir (təhlil etmək - məntiqi təfəkkür)

−     8 bal - Mövzunun mahiyyətini  açır, qoyulmuş problemin əhatəli təhlilini verir (təhlil etmək - məntiqi təfəkkür)

−     9 bal - Mövzunun mahiyyətini geniş şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, məsələyə münasibət bildirir və öz mövqeyini hərtərəfli şəkildə əsaslandırır (dəyərləndirmək - tənqidi təfəkkür)

−     10 bal - Mövzunun mahiyyətini dəqiq və hərtərəfli şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, mühakimə xarakterli fikirlər irəli sürür, öz mövqeyini hərtərəfli şəkildə əsaslandır və kreativ yanaşma nümayiş etdirir. (yaratmaq - yaradıcı təfəkkür)