Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Qərb Ölkələri Üzre Regionşünasliq Kafedrası

Region olkesinde gender problemleri

Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının

13.09.2024 tarixli iclası (Protokol № 1)  ilə təsdiqlənmişdir.

Kafedra müdiri_______________prof.S.Əliyeva

 

 

 

 

 

 

FənnSillabusu

Fənninadı:

Norveçdə gender problemləri

Akademikyarım il:

I

Fənnəayrılansaatlar:

60

Tədrisforması:

Ənənəvi

Fənninkrediti:

6

Fənnmüəllimi:

 

b/m  Bəyim Abdulla

Dilsəviyyəsi/Fakültə

BM vəRegionşünaslıq

Qrup:

Dərssaatları:

465 A/B

II-IV günlər; 16:20-17:40

Məsləhətsaatları:

I-III günlər, saat 12:00-13:00

 

Fənnüzrəbölmərəhbəri:

XəyaləAğayeva

Fənnmüəlliminin

e-poçtünvanı

b_salahova@yahoo.com

 

Tərtibetdi:

Müəlliminadı, soyadı, ataadı:

 

Bəyim  Nadirqızı Abdulla

İmza:

 

         

Fənnintəsviri

Gender araşdırmaları yeni akademik sahə olaraq, gender identikliyi və gender təmsilçiliyi ətrafında ideyaları tədqiq edir. Ümumiyyətlə, insan anadan olduğu andan gender sisteminin təsir obyekti olur və bu onun həyatı boyunca davam edir. Bu səbəbdən gender araşdırmaları, xüsusilə də tələbələrin ixtisas ölkəsində gender problemləri aktual fənndir.

Norveçdəgender problemlərinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Norveçdə gender problemləri geniş fənlərarası kurs olaraq ölkənin tarixi, sosiologiyası, səhiyyəsi, hüququ və bir çox sahələrini əhatə edir. Bu kurs həmçinin innovasiya və tərəqqi üçün vacib olan intellektual maraq, açıq və yaradıcı düşünmək, problemlərin müəyyən olunmasına tənqidi yanaşmanı təşviq edir. Başqa sözlə, gender araşdırmalarına üstünlük verən tələbələr karyera seçimlərini məhdudlaşdırmırlar. Norveçdəgender problemləri fənni tələbələrin şəxsi həyatlarının əsas elementlərini hədəf götürməklə onların və digərlərinin yaşadıqları sosial və siyasi mühiti əlaqələndirərək, onlara yaşam yollarında bələdçi rolunu oynayır. Verilən materiallarda bərabərsizliyin strukturunun formalaşdırdığı qadının tərbiyə perspektivləri və həyat yolları araşdırılir. Dərs ərzində gender nəzəriyyələrinin və onların sosial əhəmiyyəti haqqında mövzular müzakirə və tənqid edilə-edilə təhlil edilir. Şəxsi tərbiyə, ona uyğun və qeyri-uyğun yollar təhlil edərək, qaranlıq məqamlara aydınlıq gətirilir. Kursu tədris edə-edə cəmiyyətdə qadın və kişilərin bir-birilərini daha yaxşı anlaşma yolları kəşf edilməyə cəhd edilir və nəhayət, sosial dəyişiklik üçün qadın təcrübəsinin rol və əhəmiyyətinin hədəf nöqtələri diqqətə çatdırılır. 

Şərtlər

“Norveçdəgender problemləri” fənninin daha ətraflı öyrənilməsi üçün Azərbaycan, norveç və ingilis dilindəki material və ədəbiyyatlar daha produktiv və məqsədəuyğun şəkildə istifadə edilməlidir.

 

Fənnin məqsədi

Kursun əsas məqsədi tələbələrə Norveçdəgender problemləri haqqında dərin və əsaslı biliklər verməkdən, nəzəri və praktiki əhəmiyyət kəsb edən bacarıq və qabiliyyətlərin onlarda yetişdirilməsindən ibarətdir.

 

Fənnin sonunda tələbə aşağıdakı kompetensiyalara yiyələnməlidir:

 

PK-14-Vaxtın effektiv idarə edilməsini, stres menecmentini, kreativ, tənqidi və analitik düşüncə formalarını bilərək, problem həll etmə və qərarvermə texnikalarına, natiqlik bacarıqlarına sahib olur, eləcə də komanda işinin qurulmasını bilir və liderlik prinsiplərinə yiyələnir;.

PK-15- Layihələrin hazırlanması, idarə edilməsində iştirak etmək və digər çox istifadə olunan proqram təminatlarından istifadəni bacararaq, iş həyatında şifahi və yazılı kommunikasiya vasitələrindən istifadə etməyi bacarır;

PK-16-Media materialları ilə işləyərək, müəyyən mövzular üzrə araşdırmalar apararaq, faktiki materialları toplayaraq, ümumiləşdirmə, nəticə çıxarmağı bacarır;

 

İxtisas proqramının təlim nəticələri:

 

PTN 2. Fiziki və mədəni-coğrafi amillərin daxili və xarici proseslərə təsirini, onlar arasında qarşılıqlı əlaqəni və asılılığı müəyyən edə bilir; bu amillərin mədəni-sosial proseslərin inkişafında rolunu təhlil etməyi bacarır;

PTN 3. Skandinav regionunda və dünyada baş verən hadisə , proses və təzahürləri təhlil edərkən bu sahədə öyrəndiyi tarixi biliklərdən istifadə etməyi bacarır; müasir siyasi proseslərlə bağlı irəli sürdüyü fikirləri arqumentləşdirmək üçün beynəlxalq münasibətlər və region tarixindən mənimsədiyi biliklərdən istifadə etməyi bacarır;

PTN 13. İnformasiya və psixoloji savaş şəraitində müəyyən olunmuş strateji idarəetmə vəzifələrini icra etməyi bacarır; Siyasət, sosial və iqtisadi sahələrdə strateji idarəetməni həyata keçirməyi bacarır.

 

“Norveçdəgender problemləri” fənni üzrə təlim nəticələri (FTN)

Kursun sonunda öyrənənlər aşağıdakılara nail olacaqlar:

 FTN 1. Tələbə Norveçdəgender problemləri fənninin pred­meti, məq­səd və vəzifələri, gender tədqiqatlarının tarixi, gender araşdırmalarının paradiqması və gender rollarını analiz etməyi bacarır;

FTN 2. TələbəNorveçdə gender siyasətinin tarixi və hüquqi əsaslarını araşdıraraq təhlil edir;

FTN 3. TələbəNorveçdə siyasət, din, təhsil, səhiyyə, iqtisadiyyatda gender problemləri və gələcəkdə müsbət təcrübəyə dair biliklərin ötürülməsi və tətbiqi haqqında məlumat əldə edir;

FTN 4.TələbəQloballaşmanın Norveçdə gender problemlərinə təsirini müəyyənləşdirir;

FTN 5.Tələbə Norveçdə gender bərabərliyi sahəsində mövcud problemləri praktik situsiyalar üzərində tətbiq edir;

FTN 6.TələbəNorveç və Azərbaycan Respublikasının gender siyasətinin və gender problemlərinin  oxşar və fərqli cəhətlərin müqayisəli təhlil edir.

 

 

Qiymətləndirmə meyarları və mərhələləri

Təhsilalanların imtahana qədər topladığı bal 50 (bal), İmtahanda topladığı bal 50 bal olaraq hesablanır.

                                                            Dərslərdə aktiv iştirak (cari)- 20 bal

                                                            Kollokvium (aralıq qiymət)- 10 bal

Sərbəst iş - 10 bal

Davamiyyət - 10 bal

                                                            İmtahan (yekun qiymətləndirmə) - 50 bal

Fənnin yekun qiyməti tələbənin semestr boyu topladığı bal (cari) ilə imtahan zamanı əldə etdiyi balın toplanılması ilə formalaşır.

 

Qiymətləndirmə sistemi/meyarları

İmtahan (yekun qiymətləndirmə)

İmtan kursun sonunda aparılır. İmtahan yazılı formada təşkil olunur. Hər bilet 5 sualdan ibarət olur. Suallar 10 ballıq qiymətləndirmə əsasında aparılır. Hər suala maksimum 10 bal verilir.Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır.İmtahan yazı işləri ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” təlimatauyğun meyarlar əsasında qiymətləndirilir.

Qeyd: “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” sillabusun sonunda əksini tapıb.

 

Semestr nəticəsinə görə qiymətləndirmə

Tələbənin yekun biliyi maksi­mum 100 balla qiy­mət­lən­di­ri­lir. Bundanmaksimum 50 balıtələbəse­mestrərzində, maksimum 50 balıisəim­tahandatoplayır.

Fənnüzrəsemestrərzindətop­lanmışbalınyekunmiqdarınagö­rətələbəninbiliyiAvropaKredit Transfer Sisteminə (AKTS) görəaşağıdakıkimiqiy­mət­ləndirilir:

 

Ballar

Qiymət

Hərfiişarəsi

0-50

Qeyri-kafi

F

51-60

Qənaətbəxş

E

61-70

Kafi

D

71-80

Yaxşı

C

81-90

Çoxyaxşı

B

91-100

Əla

A

 

Qiymətləndirməninkomponentləri

Cari qiymətləndirmə

Tələbələr tədris zamanı plana uyğun olaraq əvvəlcədən verilmiş materialları oxumalı, müəllimin verdiyi mühazirə və əsas ədəbiyyatdan savayı əlavə mənbələrə müraciət edərək müstəqil araşdırma nəticəsində məşğələlərə aktiv şəkildə hazırlaşmalıdır. Əvvəlki mövzulara aid suallara cavab verməli və tədris müddətində aparılan müzakirələrdə fəal iştirak etməlidirlər.

Cari qiymətləndirmə ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” təlimatauyğun meyarlar əsasında qiymətləndirilir.

Qeyd: “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” sillabusun sonunda əksini tapıb.

 

 

Kollokvium

Kollokvium28 noyabr-5 dekabrtarixlərində, tədris semestrinin VIII həftəsi ərzindəkeçirilir. Qiymətləndirilmə test tapşırıqları, quiz və açıq sual formasında olur. Semestr boyu tələbələr bir kollokvium verir və 10 bal qazanır.

 

Kollokvium mövzuları:

·         Gender münasibətləri, gender anlayışının formalaşması

·         Gender və bioloji cinsin fərqi

·         Cinslərin bərabərliyi uğrunda mübarizənin tarixi

·         Dünya qadın hərəkatının inkişaf mərhələləri.

·         Feminizmin ideya bünövrəsi və formaları

·         Norveçdə gender siyasətinin formalaşma tarixi

·         XIX əsrdə Norveçdə feminizm ideyalarının yayılması

·         Region ölkələrində təhsil sahəsində gender problemləri

 

Davamiyyət gözləntiləri və dərsdə fəal iştirak

Tələbələr tədris prosesinə ciddi yanaşmalı, gecikməməli və üzürsüz səbəbdən dərs buraxmamalıdırlar.  Fənnə ayrılan saatların 25%-dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.

Sərbəst iş

Sərbəst işlər geniş həcmli (10 səhifə) ətraflı araşdırma şəkildə, habelə 8-10 slayd arası (mövzunu əhatə edəcək, geniş) prezentasiya formasında da təqdim edilə bilər. Sərbəst iş mövzularının seçilməsi və ya tapşırıqların yerinə yetirilməsi və təsdiqi müəllimlə tələbənin qarşılıqlı məsləhətləşmələri və razılığı əsasında aparılır. Norveçdəgender problemləri kursunda tələbələrə həmçininOsne Seyerştadın “Kabildə bir kitabçı” əsərinin oxunub təhlil edilməsi məsləhət görülür.Bu əsər qanlı-qadalı Kabildə, dörd kiçik otaqdan ibarət mənzildə iki arvadı, beş uşağı və digər qohumları ilə birgə yaşayan Sultan Xanın ailəsinin portretidir.Tələbələr eləcə də aşağıda adları qeyd edilən və ya fənnə aid digər mövzuları seçməkdə sərbəstdirlər. Sərbəst işlər original olmalıdır. Plagiat yolverilməzdi!!!

Bütün sərbəst işlər 1 dekabr 2024-cü il, saat 17:00-a qədər təhvil verilməli və müəllimlə razılaşdırılan vaxt şifahi cavab verilməlidir. Tələbələr sərbəst işləri dərsdən kənar vaxtlarda, məsləhət saatları vaxtlarında təhvil verirlər.

 

Sərbəst iş üzrə mövzu nümunələri:

1.      Gender və bioloji cinsin müqayisəli təhlili

2.      Feminizm formalarının müqayisəli təhlili

3.      Feminizmin dalğalarının xarakterik xüsusiyyətləri

4.      Milli və beynəlxalq qadın cəmiyyətlərinin fəaliyyət prinsipi

5.      Norveçdə gender siyasətinin hüquqi bazası

6.      Norveçdəgender bərabərliyi və iqtisadi inkişaf

7.      Norveçdə milli inkişaf siyasətində gender bərabərliyi hədəfləri

8.      Norveçdəsəhiyyə sahəsində gender problemləri

9.      Norveçdəümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi

10.  Norveçdəqadın hərəkatının inkişaf mərhələləri

11.  Gender və qloballaşmaya olan yanaşmalar

 

 

 

Tədris və təlim metodları

Analiz, sintez, analogiya və müqayisə metodundan geniş istifadə edilir. Deduktiv metoda istinadən ümumqəbul edilmiş yanaşma və konsepsiyaların konkret hallara tətbiq edib, mühüm əqlinəticələrə nail olmaq lazımdır. İnduktiv metoda istinad edərək retrospektiv bucaqdan empirik müşahidə nəticəsində müəyyən edilmiş faktların ümumiləşdirilərək yeni baxışa çevrilməsi zəruridir. Dərslərin interaktiv, müzakirə və kiçik konfrans formasında keçirilməsi məsləhətlidir. Kursun tədrisi zamanı əsasən interaktiv metodlarla, yanaşı digər metodlardan da istifadə ediləcək və bu metodlardan istifadə etməklə tələbələr tədris olunan materialları daha yaxşı mənimsəyəcəklər. Kursun tədrisi zamanı müxtəlif təqdimatlardan, film və videolardan istifadə ediləcək, müxtəlif oyunlar və yarışlar vasitəsi ilə tələbələrin bilikləri daha da möhkəmləndiriləcək, müxtəlif yazı işləri vasitəsilə onların fərdi düşünmə və ədəbiyyatla müstəqil işləmə bacarıqları inkişaf etdiriləcək.

 

Xüsusi qayğıya  ehtiyacı olan tələbələrlə iş

 

Şəxslərin sosiallaşması və cəmiyyətə uğurlu inteqrasiyasını həyata keçirmək üçün müvafiq metodlar seçir;

Ø Ətrafdakılarla əlverişli sosial əlaqələrin qurulmasına dəstək verir;

Ø Fərdi proqramı reallaşdırmaq üçün yeni təlim metodlarından müvafiq şəkildə istifadə edir;

Ø Dərs materiallarının daha sadə və asan anlaşılan şəkildə təqdim edilir;

Ø Xüsusi qayğıya ehtiyacı olan tələblərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmalar tətbiq edir;

Ø Yüksək akademik göstəriciləri olan tələbələrə onların öz təşəbbüsləri əsasında əlavə məsləhət saatları təyin edir.

 

İstifadəolunacaqresurslar (Elektron/Yükləmələr/Əlavəmateriallar)

Semestr ərzində keçirilən mövzuların planları, təqdim ediləcək prezentasiyalar, əsas və əlavə ədəbiyyat siyahısı tələbələrə e-mail vasitəsilə ötürüləcək.

 

Kursun qiymətləndirilməsi/Tələbə rəyləri

Kursun əvvəlində və sonunda təşkil ediləcək sorğu tələbələrin fənn və tədrisə münasibətini müəyyən etməyə yönəlmişdir. Tələbələrin tədris ilə bağlı rəyləri vacib əhəmiyyət kəsb edir, məsələyə aşağıdan baxış fokusunu təşkil edir və növbəti illərdə buraxılan səhvlərin təkrarlanmamasına, yeni innovativ ideyaların tətbiq edilməsinə şərait yaradır.

 

Ədəbiyyat siyahısı:

 

1.      R. Mirzəzadə, Multikulturalizm siyasəti: din və gender dialoqunda. AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, Bakı-2013

2.      Elizabeth H. Gorman University of Virginia, Julie A.KMEC Washington State University, Gender and Society. Vol. 21 No. 6, December 2023

3.      Kari Melby, Anna-BirteRavn and Christina Carlsson Wetterberg,  Gender equality and welfare politics in Scandinavia, 2011

4.      Ağayeva K., “Skandinaviya ölkələrində gender məsələləri”, Bakı, Elm və Təhsil, 2020

5.      Ağayeva K. Azərbaycanda gender problemləri. Qərb Universiteti, Bakı-2014

 

 

Saat

Həftə

Modul/Bölmə/Fəsil

Təlimnəticələri

Oxumaterialı

Tədrisforması

2

I

Mövzu I "Norveçdəgender problemləri" fənninin predmeti, məqsəd və vəzifələri

-Fənnin mahiyyəti haqqında ümumi məlumat

-Fənnin predmeti və obyekti, məqsəd və vəzifələri

-Fənnin paradiqması

-Gender araşdırmalarına giriş

-Qadınlara olan tarixi münasibət

-Genderlə bağlı terminlər və genderin mahiyyəti

-Gender sosial konstruksiya kimi

-Gender rolları və gender stereotipləri

 

Fənnin öyrənilməsinin zərurəti və əhəmiyyətini qavrayır;

Gender terminləri haqqında məlumat əldə edir.

1.Ağayeva K., “Skandinaviya ölkələrində gender məsələləri”, Bakı, Elm və Təhsil, 2020

3.Renzetti, “Claire M. Women, Men, and Society”, 2016, pp. 1-16

3.UiO. Det Samfunnsvitenskapeligefakultet. Gender equality in the Nordic countries. Kopisamling 1 and 2 parts, 2008

Tapşırıq:Fənnin predmeti, öyrənilməsinin məqsəd və vəzifələrini analiz etmək.

4

I-II

 

Mövzu II. Gender elminə giriş

-       Gender probleminin obyekti və predmeti.

-       Gender münasibətləri, gender anlayışının formalaşması.

-       Cins insanın anatomik bioloji xüsusyiyyətlərindən biri kimi.

-       Gender elminə tarixi yanaşmalar.

-       Gender tədqiqatlarının inkişaf fazaları.

Gender probleminin obyekt və predmetinin müəyyənləşdirir:

Bioloji və sosioloji cins anlayışlarını müqayisəli təhlil edir.

1.Gender elminə giriş. I cild.Bakı 2005

2. Ağayeva K. Azərbaycanda gender problemləri. Qərb Universiteti, Bakı-2014

3.Gender elminə giriş. Müəllif kollektivi. Bakı: 2005

4. Gender İnequality İndex Retrieved from http://hdr.undp.org/en/content/gender-inequalityindex-gii

Tapşırıq:Yeni dövr və feminist hərəkatları haqqında məlumatların toplanılması və təqdimat edilməsi.

4

II-III

Mövzu III. Gender bərabərliyi və media

 

 

-       KİV qanunvericiliyi və gender bərabərliyi.

-       Media sektorunda qərarvermə və idarə etmə səviyyələrində qadınların iştirakı.

-       Medianın funksional fəaliyyətində gender bərabərliyi məsələsi.

 

Media qanunvericiliyi və gender bərabərliyi əlaqələrini təhlil edir;

 

KİV-in funksional fəaliyyətində gender problemlərini araşdırır.

1. Ağayeva K., “Skandinaviya ölkələrində gender məsələləri”, Bakı, Elm və Təhsil, 2020

2. Renzetti, Claire M., “Women, Men, and Society”, 2016, pp. 42-55, 62-63

3.Kari Melby, Anna-BirteRavn and Christina Carlsson Wetterberg,  Gender equality and welfare politics in Scandinavia, 2011

4.UiO. Det Samfunnsvitenskapeligefakultet. Gender equality in the Nordic countries. Kopisamling 1 and 2 parts, 2008

 

Tapşırıq:Televiziyadavəfilmlərdəqadınvəkişixarakterlərininnecətəsvirolunduğunuanalizedin.

Tapşırıq:"Reklamlarvasitəsilə gender bərabərliyivə gender stereotiplərinecənümayişetdirildiyininümunələrüzərindəanalizedin.

4

III-IV

 

Mövzu IV. Gender bərabərliyi uğrunda hərəkatın başlaması və feminizmin inkişaf tarixi

 

 

- Siyasi bərabərlik uğrunda mübarizə

- Feminizmin I, II  və III dalğası

- Feminizm və onun qolları (liberal feminizm, marksist feminizm, sosialist feminizm, radikal feminizm, kultural feminizm)

-Feminizmin vəd etdiyi imtiyazlar

Feminizmin ilk dalğasının yaranması haqqında məlumat əldə edir;

Feminzmin formaları və onların mahiyyəti haqqında araşdırma və müqayisə edir.

 

1. Ağayeva K, “Skandinaviya ölkələrində gender məsələləri”, Bakı, Elm və Təhsil, 2020

2.Oakley A., Sex, Gender and Society. London, Gower, 1985

3.Renzetti, “Claire M. Women, Men, and Society”, 2016, pp. 1-16

3.UiO. Det Samfunnsvitenskapeligefakultet. Gender equality in the Nordic countries. Kopisamling 1 and 2 parts, 2008

4.Wotistonecraft M., “Vindication of the Rights of Women // Feminism: The Essential Historical Writings”, N.Y., 1994

Tapşırıq: "Feminizmin ilk dalğası və gender bərabərliyi uğrunda hərəkatın başlanğıcını araşdırın.

 

Tapşırıq:"Bugünkü feminizmin vəziyyətini və gender bərabərliyi uğrunda mübarizənin çağdaş dövrdə necə davam etdiyini araşdırın.

4

IV-V

 

Mövzu V. Norveçdə gender siyasətinin tarixi və hüquqi əsasları

- Genderin qərbsayağı konstruksiyası təkamül perspektivindən

- Feminist alimlərın istifadə etdikləri qaynaqlar

- Norveçdəgender siyasətinin formalaşması tarixi

- Norveçdətarixən qadınları mövqeyi və onlara münasibət

- Norveçdə gender bərabərliyini dəstəkləyən qanun və aktlar

 

Norveçdəgender siyasətinin formalaşmasını tədqiq edir;

 

 

Norveçdə gender siyasətinin hüquqi əsaslarını araşdırır.

1.K.C.Ağayeva, “Skandinaviya ölkələrində gender məsələləri”, Bakı, Elm və Təhsil, 2020

2.Renzetti, “Claire M. Women, Men, and Society”, 2016, pp. 1-16

3.UiO.Det Samfunnsvitenskapeligefakultet. Gender equality in the Nordic countries. Kopisamling 1 and 2 parts, 2008

4.Women's History Review, University of Oslo, 11:3, 417-429

Tapşırıq:Qadın hüquqları və sosial siyasətlə bağlı case study;

 

Tapşırıq:Norveçdə gender bərabərliyi sahəsindəki hüquqi çərçivəni təhlil etmək

 

4

V-VI

Mövzu VI. Norveçdəcəmiyyətdə və ailədə mənəvi tərbiyə

- Ailə sosial qurum kimi

- Ailə: gender aspektləri

- Müasir dövrdə mövcud olan 3 ailə növü

- Norveç cəmiyyətində mənəvi tərbiyə və sosial adaptasiya

- Norveç ailələrində uşaqların mənəvi tərbiyəsi

- Ailədə gender rolları və Norveç ailələrində gender bərabərliyi məsələsi

- Norveç ənənəvi ailə quruluşunun  dəyişməsi və gender

- KİV-in gender rollarına təsiri

Norveç ailələrində gender bərabərliyi məsələsinin müqayisəli təhlil edir;

 

Norveçdə ənənəvi ailə quruluşunun dəyişməsinin səbəblərinin araşdırır.

1.Anderson, D.A., Hamilton, M.Gender role stereotyping of parents in children’s picture books: The invisible father. Sex Roles, 2005

2.Ağayeva K, “Skandinaviyaölkələrindəgenderməsələləri”, Bakı, ElmvəTəhsil, 2020

3.UiO. Det Samfunnsvitenskapeligefakultet. Gender equality in the Nordic countries. Kopisamling 1 and 2 parts, 2008

Tapşırıq:Norveç cəmiyyətində mənəvi dəyərlərin roluna təsir edən amilləri araşdıraraq təqdimatın hazırlanması.

 

 

4

VI-VII

 

Mövzu VII. Norveçdəgender və təhsil

- Norveçdə təhsil və gender

-Norveçdə təhsil tarixi perspektivdən

- XX-XXI əsrdə Norveçdəqadın və kişilər təhsildə

- Təhsildə qız və oğlanlar: məktəblər

- Qadınlar təhsildə: kollec və universitetlər

- Norveçdətəhsilin bütün pillələrində qadın və kişilərin təhsil təcrübəsi, onların üzləşdikləri bərabərsizliklər

-Təhsil idarəçilik strukturunda qadınların yeri və rolu

- Təhsildə xoşagəlməz mühit - seksual  təngəgətirmə

Norveçdətəhsildə gender boşluğunun səbəblərini müəyyən edir;

 

XXI əsrdə Norveç təhsilində qadın və kişilərin iştirakını müqayisəli təhlil edir.

1.Ağayeva K., “Skandinaviya ölkələrində gender məsələləri”, Bakı, Elm və Təhsil, 2020

2.Renzetti, “Claire M. Women, Men, and Society”, 2016, pp. 1-16

3.Rihmond-Abbot M., Mas­cu­line and Feminine, Sex Roles over the life Cycle, Eastern Michigan University, 1983.

4.UiO. Det Samfunnsvitenskapeligefakultet. Gender equality in the Nordic countries. Kopisamling 1 and 2 parts, 2008

Tapşırıq:Norveçdə gender və təhsil: gender bərabərliyinin təhsil sahəsində təsirini nümunələrlə araşdırmaq

 

4

VII-VIII

 

Mövzu VIII.Norveçdə gender və siyasət

 

- Norveçdəqadınların iqtisadi və siyasi sahələrdə bərabərhüquqlu iştirakının təminatı mexanizmi

- Norveç dövlətinin 3 hakimiyyət orqanında qadınların mövqeyi

- Norveçdəqadınların mövqeyi

- Siyasi namizəd kimi qadınların və kişilərin seçkilərdə iştirakı

- Siyasi partiyalarda qadınların fəaliyyəti

Kollokvium

Norveçdəqadınların siyasətdə rolunu tədqiq edir;

 

Müasir dövrdə Norveçdəqadınların mövqeyini müqayisə edir.

 

1. Gro Hagemann, “Citizenship and social order: gender politics in twentieth-century Norway and Sweden” 2002

2. Ağayeva K., “Skandinaviyaölkələrində gender məsələləri”, Bakı, Elm vəTəhsil, 2020

3. Kari Melby, Anna-BirteRavn and Christina Carlsson Wetterberg,  Gender equality and welfare politics in Scandinavia, 2011 (book) pp.149-168

4.Kvinnermedmakthttps://www.ssb.no/befolkning/artikler-og-publikasjoner/kvinner-med-makt

Tapşırıq:“Gender bərabərliyi və iş həyatı: Norveçin iqtisadi və sosial modeli”haqqında qısa məruzə hazırlamaq

 

Tapşırıq:Norveçin Beynəlxalq platformada gender bərabərliyi üzrə rolu haqqında təqdimat hazırlamaq.

4

VIII-IX

 

Mövzu IX. Norveçdə gender və iqtisadiyyat. Qadınların iş həyatı və məzuniyyət hüquqları

 

 - Qadınlar tarixi perspektivdən və Norveç cəmiyyətində onların təmsili

-Norveçdəqadınixtisaslarınatarixibaxış

-Qadınlarakaryeralarındairəliləmələrinə mane olanbaryerlər

-Gender diskriminasiyası və iş yerlərində seksual təngəgətirmə

-İş yerlərində gender stereotipləri və gender seqraqasiyası

Norveçdə qadınixtisaslarına və onların cəmiyyətdə təmsilinə dair ətraflı bilikləri əldə edir;

 

İş yerlərində gender stereotiplərini müəyyənləşdirir;

 

İş yerlərində gender ayrı-seçkiliyinin aradan qaldırılması yollarının təhlil edir.

1.“Gender Pay Differences: Progress Made, but Women Remain Overrepresented among Low-Wage Workers”. GAO. 2011. Washington, D.C.

2.Gro Hagemann, “Citizenship and social order: gender politics in twentieth-century Norway and Sweden” 2002

3.K.C.Ağayeva, “Skandinaviyaölkələrində gender məsələləri”, Bakı, Elm vəTəhsil, 2020

TapşırıqNorveçin gender və iqtisadiyyat mövzusunda müvafiq mənbələrdən (kitablar, məqalələr, rəsmi sənədlər və vebsaytlar) istifadə edərək təqdimat hazırlamaq;

Tapşırıq: Norveçdə iş həyatında və əmək bazarında qadınların rolu mövzusunda qrup işi

4

IX-X

 

Mövzu X. Norveçdə gender problemləri və media

 

-  Kişilərin və qadınların televiziyada sayı

-  Qadınların və kişilərin fəaliyyət sahələri.

-  Qadın və kişilərin  rollarının streotipik təqdimatı.

-  Ümumi elanlar.

-  Uşaqlar üçün reklam.

-  Uşaq proqramları.Uşaqlar televiziyada.

-  Gender və janr. Seriallar.

Norveçdə mediada çalışanları arasında gender bərabərsizliyini araşdırır;

 

Mediada gender davranışı və gender rollarını müqayisəli təhlil edir.

1. Ağayeva K.C., “Skandinaviya ölkələrində gender məsələləri”, Bakı, Elm və Təhsil, 2020

2. Renzetti, Claire M., “Women, Men, and Society”, 2016, pp. 42-55, 62-63

3.Kari Melby, Anna-BirteRavn and Christina Carlsson Wetterberg,  Gender equality and welfare politics in Scandinavia, 2011 (book)

4.UiO. Det Samfunnsvitenskapeligefakultet. Gender equality in the Nordic countries. Kopisamling 1 and 2 parts, 2008

Qrup İşləri: Gender Problemlərinin Media Təsvirləri// Norveçdə qadınların media sahəsində təmsilçiliyi və liderlik mövqelərindəki mövqeləri //Norveçdəki media orqanlarınıngender bərabərliyi mövzusunda həyata keçirdiyi təşəbbüsləri

4

X-XI

 

Mövzu XI. Norveçdə gender və zorakılıq

- Norveçdə qadınlara qarşı zorakılıq və şiddətin səbəbləri və növləri

- Norveçdə qadınların cinsi və fiziki istismara məruz qalması

- Məişət zorakılığı və ona qarşı mübarizə

- Norveçdə insan alveri (əsasən qadın) və ona qarşı mübarizə formaları

- Norveçdə gender əsaslı zorakılığın aradan qaldırılması uğrunda mübarizə

 

Norveç qadınlarına qarşı zorakılığın səbəbləri və növlərini müəyyənləşdirir;

 

Məişət zorakılığı və ona qarşı mübarizəni təhlil edir;

 

Norveçdə gender əsaslı zorakılığın aradan qaldırılması uğrunda mübarizəni araşdırır.

1. Ağayeva K.C., “Skandinaviya ölkələrində gender məsələləri”, Bakı, Elm və Təhsil, 2020

2.UiO. DetSamfunnsvitenskapeligefakultet. Genderequality in theNordiccountries. Kopisamling 1 and 2 parts, 2008

3. Gender and Gender-basedviolence // https://www.state.gov/other-policy-issues/gender-and-gender-based-violence/

Qrup işləri: Norveçdə gender əsaslı zorakılığın hüquqi yanaşmaları və qəbul edilən tədbirlər/ Norveç mediasının gender əsaslı zorakılıqla bağlı məlumatlandırma rolu və təsiri/Gender əsaslı zorakılıqdan qaçan qadınlara sosial dəstək və xidmətlər

4

XI-XII

 

Mövzu XII. Norveçdəgendervə din

 

- Norveçdə din vəgender

-Norveçdə din vəgendertarixiperspektivdən

-Dindəgenderaspektləri

- Feministteologiya

-Müxtəlifdinlərdəgenderaspektləri (Xristianlıq, İslam, Buddizmvə s.)

- Katolik kilsəsində qadın və kişi rolları haqqında

-Norveçdə yaşayan müsəlman qadınların üzləşdikləri maneələr

 

 

 

 

 

Norveçdə yayılmış dinlərdə qadın və kişi rollarının müəyyənləşdirir;

 

Norveçdə yaşayan müsəlman qadınların üzləşdikləri problemləri təhlil edir.

1.Gro Hagemann, “Citizenship and social order: gender politics in twentieth-century Norway and Sweden” 2002

2.UiO. Det Samfunnsvitenskapeligefakultet. Gender equality in the Nordic countries. Kopisamling 1 and 2 parts, 2008

3.Stark, Rodney, “Physiology and Faith: Addressing the ‘Universal’ Gender Difference in Religious Commitment”, Journal for the Scientific Study of Religion, 2002

4.Living conditions of youth of immigrant origin. https://www.ssb.no/sosiale-forhold-og-kriminalitet/artikler-og-publikasjoner/living-conditions-of-youth-of-immigrant-origin

Tapşırıq:Norveçdəki Müsəlman və Xristian icmalarında gender rolları və dinin təsiri mövzusunda araşdırma

 

4

XII-XIII

 

Mövzu XIII. Norveçdə gender və səhiyyə

 - Norveçdə tibb və gender: cinsi diferensiasiya

- Cinsi diferensiasiya barədə yığcam məlumat (Cins xromosomları və cinsi diferensasiya)

- Prenatal xətalar və gender rolları

- Qadın beyni, kişi beyni və gender davranışı. Postpartum depressiya sindromu (PDS) və gender rolları

-Norveçdə qadınların səhiyyə təminatı

- Gender bərabərsizliyinin qadın sağlamlığına təsiri

Səhiyyə sisteminin gender strukturunu müəyyənləşdirir;

 

Gender davranışı və gender rollarını müqayisəli təhlil edir;

 

Gender bərabərsizliyinin qadın sağlamlığına təsirləri və həlli yollarını müəyyənləşdirir.

1. Ağayeva K.C., “Skandinaviya ölkələrində gender məsələləri”, Bakı, Elm və Təhsil, 2020

2. Kari Melby, Anna-BirteRavn and Christina Carlsson Wetterberg,  Gender equality and welfare politics in Scandinavia, 2011 (book) pp.149-168

3.UiO. Det Samfunnsvitenskapeligefakultet. Gender equality in the Nordic countries. Kopisamling 1 and 2 parts, 2008

Tapşırıq:Norveç və region ölkələrində gender bərabərliyi ilə bağlı səhiyyə xidmətlərinə dair dövlət siyasətlərini araşdıraraq müqayisəli təqdimatın hazırlanması

 

4

XIII-XIV

 

Mövzu XIV. Norveçdə gender və multikultural dəyərlər

- Norveçdə

 multikulturalizmin gender münasibətlərinə təsiri.

-Multikulturalizmin modelləri

- Norveçdə multikultural cəmiyyət və miqrant qadınların üzləşdiyi problemlər

-Müasir Norveç cəmiyyətində miqrant müsəlman qadınlar

-Norveçdəyəhudimiqrasiyasındagenderaspektləri

 

 

 

 

 

 

Norveçdə multikulturalizmin genderə təsirinin müəyyənləşdir;

 

Qadınların və etnik azlıqların rəqabətdə olması və müxtəlif xalqların mövcud olduğu cəmiyyətlərdə birgə yaşamağın modelləri haqqında məlumat əldə edir.

1.Gro Hagemann, “Citizenship and social order: gender politics in twentieth-century Norway and Sweden” 2002

2.UiO. Det Samfunnsvitenskapeligefakultet. Gender equality in the Nordic countries. Kopisamling 1 and 2 parts, 2008

3.Stark, Rodney, “Physiology and Faith: Addressing the ‘Universal’ Gender Difference in Religious Commitment”, Journal for the Scientific Study of Religion, 2002

4.Living conditions of youth of immigrant origin. https://www.ssb.no/sosiale-forhold-og-kriminalitet/artikler-og-publikasjoner/living-conditions-of-youth-of-immigrant-origin

Tapşırıq:Norveçdəki multikulturalizmanlayışını və müxtəlif etnik qrupların cəmiyyətdəki rolu barədə araşdırma

Tapşırıq:Norveçdəki mühacir qadınlarının hüquqları və gender bərabərliyinin müxtəlif etnik qrupların nümunəsində araşdırılaraq təqdim edilməsi

 

2

XIV
 

Mövzu XV. Qloballaşma və gender problemləri

 

- XXI əsr dünya məkanının yenidən nizamı

- Müxtəlif mədəniyyətlərin oxşar və fərqliliyi.

- Gender və qloballaşmaya olan yanaşmalar

- Qloballaşmanın gender bərabərliyinə təsiri

- Etika və qloballaşma

- Demokratik prinsiplərə əməl olunmasının etik-gender müstəvisində əksi

Gender və qloballaşmaya olan yanaşmaları müəyyənləşdirir;

Etika və qloballaşma haqqında ümumi biliklər əldə edir.

1.    Ağayeva K.C., “Skandinaviya ölkələrində gender məsələləri”, Bakı, Elm və Təhsil, 2020

2.    Ağayeva K.C., Norveş və İsveşdə media xəbərləri və gender streotipləri//Elmi Xəbərlər, Qərbi Kaspi, №3, 2018. S. 79-95

3.    Əsgərov Ə., Hüseynov E., Hüseynov S., Davamlı insan inkişafı, dərs vəsaiti, Bakı-2009

4.    Gro Hagemann, “Citizenship and social order: gender politics in twentieth-century Norway and Sweden” 2002

Tapşırıq: Qloballaşmanınqadınların iş həyatına və sosial mövqeyinə necə təsir etdiyini araşdırmaq

 

4

XV

 

Mövzu XVI. Norveç və Azərbaycanda gender siyasətinin müqayisəli təhlili

 

 

- Azərbaycanda gender siyasəti

- Azərbaycanın gender siyasətinin konstitusion-hüquqi əsasları

-AR-nın gender siyasəti sahəsində qoşulduğu beynəlxalq təşkilatlar və ratifikasiya etdiyi beynəlxalq konvensiyalar.

- Azərbaycanda gender təhlükəsizliyi və onun əsas prinsipləri

- Norveç Krallığı və Azərbaycan Respublikasının gender siyasətində oxşar və fərqli cəhətlərin müqayisəli təhlili

Azərbaycanda gender siyasətinin tarixi və  Azərbaycanın gender siyasətinin konstitusion-hüquqi əsaslarını araşdırır  və təhlil edir;

Norveç və Azərbaycan Respublikasının gender siyasətlərinin müqayisə edərək nəticə çıxarır.

1.     Ağayeva K., Azərbaycanda gender məsələləri, 2014

2.     Ağayeva K.C., “Skandinaviya ölkələrində gender məsələləri”, Bakı, Elm və Təhsil, 2020

3.     Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar. Bakı, 2018  // https://azerbaijan.unfpa.org/sites/default/files/pub-pdf/gender%20equality-az_0.pdf

4.     Gender göstəriciləri. Azərbaycanda qadınlar və kişilər. 13.09.2019 // https://www.stat.gov.az/source/gender/

Qrup İşi:Gender siyasətləri və əmək bazarı: Norveç və Azərbaycanın Müqayisəsi/ Gender siyasəti və təhsil: Norveç və Azərbaycanda genderin təhsildəki yeri/ Gender zorakılığına qarşı mübarizə: Norveç və Azərbaycanda hüquqi mexanizmlər

Qeyd: Hörmətli tələbə, deyilən mühazirə və sizə təqdim edilən uyğun mətnlər ancaq istiqamətverici xarakter daşıyır. Buna görə də siz göstərilən ədəbiyyatdan müstəqil istifadə etməyi bacarmalısınız.

Müəllif hüquqları

Semestr ərzində tələbələrə çatdırılan bütün materiallar onun əqli mülkiyyəti hesab olunduğundan onun icazəsi olmadan digər tələbələrə, müəllimlərə və təhsil sferasından kənar fiziki və hüquqi şəxslərə ötürülə bilməz.

 

 

TƏLƏBƏ NAİLİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ HAQQINDA TƏLİMAT

 

ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli

qərarı ilə təsdiq edilmişdir.

 

Semestr ərzində tələbə nailiyyətinin qiymətləndirilməsi

 

−     0 bal - mövzu ilə bağlı heç bir bilik və fəaliyyət yoxdur;

−     1 bal - tələbə keçirilmiş materialı yalnız xatırlayır;

−     2 bal - tələbə keçirilmiş materialı xatırlayır və müəllimin müdaxiləsi ilə bir və ya iki sözlə cavablandırır;

−     3 bal - tələbə keçirilmiş materialı tanış əlamətlərə görə qismən izah edir;

−     4 bal - tələbə keçirilmiş və qismən mənimsədiyi materialdan istifadə edərək məlum yollarla və ya müəllimin verdiyi təlimatlara əsasən yazılı və şifahi tapşırıqları qismən həll edir;

−     5 bal – tələbə keçirilmiş və mənimsədiyi materialdan istifadə edərək müstəqil şəkildə hazırlanmış qaydalara əsasən şifahi və yazılı tapşırıqları orta səviyyədə həll edir;

−     6 bal - tələbə verilən məlumatla öz düşüncələri arasında əlaqə yaradır, cütlərlə və qruplarla iş zamanı yazılı və şifahi ünsiyyət quraraq materialın şərhini verir;

−     7 bal - tələbə keçirilmiş materialın xarekterik əlamətlərini təyin edir, fərqləndirir, mövzunun analitik təhlilini aparır;

−     8 bal - tələbə cavabını planlaşdırıb təşkil edir, cavabını təsdiq etmək üçün fərziyyə irəli sürür, audio-vizual materiallarla keçirilmiş mövzunun strukturunu dəyişir, öyrənmə strategiyalarını və öyrənmə hədəflərini müəyyənləşdirir;

−     9 bal - tələbə keçirilmiş materialla əlaqədar qərarları, yanaşmanı, problemi dəyərləndirir, üstünlükləri və çatışmazlıqlara müstəqil fikir bildirir, İKT-dən istifadə edərək müstəqil öyrənmə modelini təyin edir;

−     10 bal - tələbə keçirilmiş materialla əlaqədar mühakimə xarakterli və tənqidi fikir yürütməklə öz mövqeyini əsaslandırır, innovativ və yaradıcı düşünmə bacarıqlarını İKT-dən yararlanmaqla tətbiq edir, auditoriyadaxili və auditoriyadankənar fəaliyyətlər üzrə öyrənmə hədəflərini əsaslandırır.

 

 

Yekun imtahanda qiymətləndirmə meyarı üzrə balların hesablanması qaydası

−     0 bal - Suala cavab verməyib.

−     1 bal – Ciddi səhvlərə yol verərək sualı səthi cavablandırıb (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−     2 bal – Cavabında catışmazlıqlar var, yalnız mövzu ilə bağlı terminləri, anlayışları qeyd edib (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−     3 bal – Sualı cavablandıran zaman yalnız mövzunun məzmunu ilə bağlı ümumi xarakterli məlumatlar verir (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−     4 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə qismən təsvir edir (anlamaq - məntiqi təfəkkür).

−     5 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə tam təsvir edir (anlamaq - məntiqi təfəkkür).

−     6 bal – Mövzunun mahiyyətini açıqlayır və müəyyən nəticələr əldə etmək üçün məzmunla bağlı biliklərini praktik tətbiq edir, qoyulmuş problemin həlli yollarını müəyyənləşdirir (tətbiq etmək - məntiqi təfəkkür).

−     7 bal – Mövzunun mahiyyətini açır və qoyulmuş problemin həlli zamanı ümumi xarakterli səhvlərə yol verir (təhlil etmək - məntiqi təfəkkür)

−     8 bal - Mövzunun mahiyyətini  açır, qoyulmuş problemin əhatəli təhlilini verir (təhlil etmək - məntiqi təfəkkür)

−     9 bal - Mövzunun mahiyyətini geniş şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, məsələyə münasibət bildirir və öz mövqeyini hərtərəfli şəkildə əsaslandırır (dəyərləndirmək - tənqidi təfəkkür)

−     10 bal - Mövzunun mahiyyətini dəqiq və hərtərəfli şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, mühakimə xarakterli fikirlər irəli sürür, öz mövqeyini hərtərəfli şəkildə əsaslandır və kreativ yanaşma nümayiş etdirir. (yaratmaq - yaradıcı təfəkkür)