Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Qərb Ölkələri Üzre Regionşünasliq Kafedrası

region olkesinde etnoqrafiya

Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının

14.02.2025 tarixli iclası (Protokol № 7)  ilə təsdiqlənmişdir

Kafedra müdiri____________Prof.S.F.Əliyeva

 

                                                                             

Fənn Sillabusu

Fənnin adı:

Mərkəzi və Şərqi Avropa ölkələrinin etnoqrafiyası

Akademik yarım il:

II

Fənnə ayrılan saatlar:

30

Tədris forması:

Əyani

Fənnin krediti:

3

Fənn müəllimi:

Mehparə Tajdehibonab

Fakültə

BM və Regionşünaslıq

Qrup:

Dərs saatları:

184

Məsləhət saatları

III gün 13:00-14:00

V gün 14:40-15:40

Fənn üzrə bölmə rəhbəri:

Mehparə Tajdehibonab

Fənn müəlliminin

elektron ünvanı

 

[email protected]

Tərtib etdi:

Müəllimin adı, soyadı, ata adı :

Mehparə Tajdehibonab Kamil qızı

İmza:

 

 

 

Fənnin təsviri

“Mərkəzi və Şərqi Avropa ölkələrinin etnoqrafiyası” fənni Mərkəzi və Şərqi Avropaşünaslıq üzrə ixtisaslaşan və təhsilin bakalavr səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Kursun həcmi 30 auditoriya saatını əhatə edir.

Etnoqrafiya dünya xalqlarının həyat və məişətindən bəhs edən tarix elmidir. Məişət dedikdə fərdi və ictimai həyatda bərqərar olunmuş ənənəvi formalar başa düşülür. Hər bir xalqın özünəməxsus məişət forması vardır ki, ayrı-ayrı xalqlarda bunlar çox vaxt bir-birindən köklü surətdə fərqlənir. Xalqın məişəti ilə yanaşı etnoqrafiya bir elm kimi xalqın mədəniyyətini də öyrənir. Etnoqrafiya elmi yalnız müasir xalqları öyrənmir; o, həmçinin hazırda siyasi fəaliyyət səhnəsindən çıxmış, yox olmuş xalqları da öyrənir. Bununla etnoqrafiyanın xüsusi bir sahəsi tarixi etnoqrafiya məşğul olur.

Etnoqrafiya bir elm kimi digər humanitar və təbiət elmləri ilə sıx surətdə əlaqədardır. Onun antropologiya, arxeologiya, linqvistika, folkloristika və coğrafiya ilə sıx əlaqəsi mövçuddur. Bu səbəbdən də, regionşünaslıq ixtisasları üzrə tədris prosesində müxtəlif xalqların etnoqrafiyasının tədrisi vacibdir.

Bu fənnin tədrisi zamanı Mərkəzi və Şərqi Avropa ölkələrinin etnoqrafiyası haqqında məlumat verilməsi nəzərdə tutulmuşdur. Mərkəzi və Şərqi Avropa ölkələrinin etnoqrafiyası fənni regionda yaşayan xalqların etnik tarixini, təsərrüfat həyatını, maddi və mənəvi mədəniyyətini, mənşəyini, dilini, ailə məişətini əhatə edir. Kursda region ölkələrində yaşayan xalqlar haqqında dərin etnoqrafik məlumat verilməsi nəzərdə tutlmuşdur. Fənnin tədrisi zamanı izahlı, müqayisəli, dialoq şəkilli diskussiyalar keçirilməsi nəzərdə tutulmuşdur. Fənlə bağlı mövcud ədəbiyyatlardan, monoqrafiyalardan, məqalələrdən, internet saytlarından, foto, video materiallardan və  istifadəsi mümkün olan bütün digər vəsaitlərdən istifadə olunacaqdır.

Şərtlər

“Mərkəzi və Şərqi Avropa ölkələrinin etnoqrafiyası” fəninin daha ətraflı öyrənilməsi üçün Azərbaycan, ingilis və rus dilindəki material və ədəbiyyat daha produktiv və məqsədəuyğun şəkildə istifadə edilməlidir.

 

Fənnin məqsədi

Kursun əsas məqsədi tələbələrə Mərkəzi və Şərqi Avropa ölkələrinin etnoqrafiyası haqqında dərin və əsaslı biliklər verməkdən, nəzəri və praktiki əhəmiyyət kəsb edən bacarıq və qabiliyyətlərin onlarda yetişdirilməsindən ibarətdir.

Kurs tələbələrin Mərkəzi və Şərqi Avropa ölkələrinin etnoqrafiyası haqqında elmi biliklərə, Mərkəzi və Şərqi Avropa ölkələrinin etnoqrafiyası ilə bağlı mənbə və ədəbiyyatı təhlil etmək vərdişlərinə, Mərkəzi və Şərqi Avropa ölkələrinin etnoqrafiyasına aid problemlər ətrafında müzakirə aparmaq bacarığına malik olmalarını istəyir.

 

Fənnin sonunda tələbə aşağıdakı kompetensiyalara yiyələnməlidir:

PK-17. Region xalqlarının etnoqrafiyasına dair deduktiv və induktiv materialları öyrənir; region xalqlarının adət, ənənə, məişət, mədəniyyəti, həyat tərzini müqayisəli şəkildə təhlil edir; region xalqlarının sosial və antropoloji xüsusiyyətlərini nəzərə almaqla etnik, milli, mədəni, dini və irqi kimliyinə dair sistemli biliklərə malik olur; regionda mövcud etnik stereotiplərin, adət-ənənələrin, milli hisslərin, etnik xarakterlərin və etnik münaqişələrin təzahürlərini təhlil etməyi bacarır;

PK-18. Beynəlxalq münasibətlər sistemində milli dövlətlərin və sərhədlərin təşəkkülü haqqında biliklərə sahib olmaq; Təbii sərvətlərin, dövlət sərhədlərinin və etnik, milli, dini kimlik anlayışlarının dünyadakı siyasi-iqtisadi proseslərə təsirini təhlil edə bilmək;

 

İxtisas proqramının təlim nəticələri:

PTN 1. Yüksək yaradıcı və tənqidi təfəkkürə, vətənpərvərliyə, geniş erudisiyaya, sosial-siyasi məsuliyyətə, yazılı və şifahi nitq vərdişlərinə, liderlik qabiliyyətinə yiyələnir, bir neçə xarici dildən sərbəst istifadə etməyi bacarır.

PTN 10. Öyrənilən regionun mədəni-tarixi, sosiomədəni, etnomədəni və sivilizasiyalı inkişafının      xüsusiyyətlərinə dair informasiyanı təhlil edə bilir, mədəniyyətin və incəsənətin inkişaf      qanunauyğunluqlarını tənqidi təhlil edə və bununla bağlı analitik arayışlar hazırlaya bilir; region      ölkələri ilə Azərbaycanın mədəni əlaqələrinin inkişaf etdirilməsi sahəsində təkliflər verməyi       bacarır.

 

      Fənn üzrə təlim nəticələri      

         Tədris semestrinin sonunda təhsilalanlar aşağıdakılara nail olacaqlar:

 

FTN 1. Mərkəzi və Şərqi Avropa xalqlarının mədəniyyətinin yaranması, inkişafı, əsas nailiyyətləri haqqında sistemli və kompleks biliklərə malik olur.

FTN 2. Mərkəzi və Şərqi Avropa xalqlarının maddi-mənəvi mədəniyyətinin spesifik və fərqli cəhətlərinin müqayisəli təhlilini və tədqiqini bacarır.

FTN 3. Mərkəzi və Şərqi Avropa xalqlarının adət-ənənə, qədim inanc, astral və mifik baxışlar sisteminin müqayisəli təhlilini apara bilir, müasir adət və mərasimlərdə onların rolunu və yerini müəyyən etməyi bacarır.

FTN 4. Mərkəzi və Şərqi Avropa xalqlarının etnoqrafik xüsusiyyətlərinin onların müasir münasibətlərinə təsirini müəyyən edir.

FTN 5. Mərkəzi və Şərqi Avropa xalqlarının sosial və antropoloji xüsusiyyətlərinin onların həyat tərzində, incəsənət və elmində öz əksini tapmasını müəyyən edə bilir.

Qiymətləndirmə mərhələləri və meyarları

Təhsilalanların imtahana qədər topladığı bal 50 (bal), imtahanda topladığı bal 50 bal olaraq hesablanır.

     Qiymətləndirmə mərhələləri:      Dərslərdə aktiv iştirak (cari) - 20 bal

                                                            Kollokvium (aralıq qiymət)- 10 bal

                                                            Sərbəst iş - 10 bal

                                                            Davamiyyət - 10 bal

                                                            İmtahan (yekun qiymətləndirmə) - 50 bal                                                         

 

Fənnin yekun qiyməti tələbənin semestr boyu topladığı bal (cari) ilə imtahan zamanı əldə etdiyi balın toplanılması ilə formalaşır.

 

Qiymətləndirmə sistemi/meyarları

 

İmtahan (yekun qiymətləndirmə) 

İmtahan kursun sonunda aparılır. İmtahan yazılı formada təşkil olunur. Hər bilet 5 sualdan ibarət olur. Suallar 10 ballıq qiymətləndirmə əsasında aparılır. Hər suala maksimum 10 bal verilir. Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. İmtahan yazı işləri ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” təlimata uyğun meyarlar əsasında qiymətləndirilir.

Qeyd: “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” sillabusun sonunda əksini tapıb.

 

Semestr nəticəsinə görə qiymətləndirmə

Tələbənin yekun biliyi maksi­mum 100 balla qiy­mət­lən­di­ri­lir. Bundan maksimum 50 balı tələbə se­mestr ərzində, maksimum 50 balı isə im­tahanda toplayır.

Fənn üzrə semestr ərzində top­lanmış balın yekun miqdarına gö­rə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiy­mət­ləndirilir:

 

 

Ballar

Qiymət

Hərfi işarəsi

0-50

Qeyri-kafi

F

51-60

Qənaətbəxş

E

61-70

Kafi

D

71-80

Yaxşı

C

81-90

Çox yaxşı

B

91-100

Əla

A

 

Qiymətləndirmənin komponentləri

Cari qiymətləndirmə

Tələbələr tədris zamanı plana uyğun olaraq əvvəlcədən verilmiş materialları oxumalı, müəllimin verdiyi mühazirə və əsas ədəbiyyatdan savayı əlavə mənbələrə müraciət edərək müstəqil araşdırma nəticəsində məşğələlərə aktiv şəkildə hazırlaşmalıdır. Əvvəlki mövzulara aid suallara cavab verməli və tədris müddətində aparılan müzakirələrdə fəal iştirak etməlidirlər.

Cari qiymətləndirmə ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” təlimata uyğun meyarlar əsasında qiymətləndirilir.

Qeyd: “Tələbə nailiyyətlərinin qiymətləndirilməsi haqqında” sillabusun sonunda əksini tapıb.

 

Kollokvium

Kollokvium 7-11 aprel tarixlərində, tədris semestrinin VIII həftəsi ərzində keçirilir. Qiymətləndirilmə test tapşırıqları, quiz və açıq sual formasında olur. Semestr boyu tələbələr bir kollokvium verir və 10 bal qazanır.

Kollokvium mövzuları:

1.      Mərkəzi və Şərqi Avropa ölkələrinin etnoqrafiyası fənninin predmeti

2.      Etnoqrafiya və etnologiyanın müqayisəli təhlili

3.      Etnoqrafiyanın tədqiqat üsulları

4.      Etnoqrafiya humanitar fənlər sistemində

5.      Etnosun müasir əlamətləri

6.      Müasir dövrdə etnoqrafiya elminin problem və vəzifələri

7.      Dünya xalqlarının təsnifat növləri

8.      Coğrafi təsnifatın regional əsası

9.      Tarixi-etnoqrafik vilayətlər anlayışı

10.  Təsərrüfat mədəniyyəti tiplərinə görə təsnifat

 

Davamiyyət gözləntiləri və dərsdə fəal iştirak

Tələbələr tədris prosesinə ciddi yanaşmalı, gecikməməli və üzürsüz səbəbdən dərs buraxmamalıdırlar.  Fənnə ayrılan saatların 25%-dən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.

Sərbəst iş

Sərbəst işlər geniş həcmli (10 səhifə) ətraflı araşdırma şəkildə, habelə 8-10 slayd arası (mövzunu əhatə edəcək, geniş) prezentasiya formasında da təqdim edilə bilər. Sərbəst iş mövzularının seçilməsi və ya tapşırıqların yerinə yetirilməsi və təsdiqi müəllimlə tələbənin qarşılıqlı məsləhətləşmələri və razılığı əsasında aparılır. Tələbələr istəklərinə uyğun olaraq təqdimat hazırlaya bilər. Tələbələr eləcə də aşağıda adları qeyd edilən və ya fənnə aid digər mövzuları seçməkdə sərbəstdirlər. Sərbəst işlər original olmalıdır. Plagiat yolverilməzdi!!!

Bütün sərbəst işlər 1 may 2025-ci il, saat 17:00-a qədər təhvil verilməli və müəllimlə razılaşdırılan vaxt şifahi cavab verilməlidir. Tələbələr sərbəst işləri dərsdən kənar vaxtlarda, məsləhət saatları vaxtlarında təhvil verirlər.

 

Sərbəst iş üzrə mövzu nümunələri:

1.      Qərb slavyanlarının ənənəvi geyimləri

2.      Polyak xalqının milli mətbəxi

3.      Çex xalqının milli mətbəxi

4.      Belarus və ukraynalıların yaşayış məskənləri və evləri

5.      Rusların milli mətbəxi və adət-ənənələri

6.      Rumınların etnik mənşəyi və etnolinqvistikası

7.      Moldovanların milli geyimləri

8.      Latış və litvalıların təsərrüfatı və məşğuliyyəti

9.      Macarların etnik xüsusiyyətləri

10.  Estonların adət-ənənələri və ailə məişət məsələləri

 

 

Tədris və təlim metodları

Analiz, sintez, analogiya və müqayisə metodundan geniş istifadə edilməlidir. Deduktiv metoda istinadən ümumqəbul edilmiş yanaşma və konsepsiyaların konkret hallara tətbiq edib, mühüm əqlinəticələrə nail olmaq lazımdır. İnduktiv metoda istinad edərək retrospektiv bucaqdan empirik müşahidə nəticəsində müəyyən edilmiş faktların ümumiləşdirilərək yeni baxışa çevrilməsi zəruridir. Dərslərin interaktiv, müzakirə və kiçik konfrans formasında keçirilməsi məsləhətlidir. Kursun tədrisi zamanı əsasən interaktiv metodlarla, yanaşı digər metodlardan da istifadə ediləcək və bu metodlardan istifadə etməklə tələbələr tədris olunan materialları daha yaxşı mənimsəyəcəklər. Kursun tədrisi zamanı müxtəlif təqdimatlardan, film və videolardan istifadə ediləcək, müxtəlif oyunlar və yarışlar vasitəsi ilə tələbələrin bilikləri daha da möhkəmləndiriləcək, müxtəlif yazı işləri vasitəsilə onların fərdi düşünmə və ədəbiyyatla müstəqil işləmə bacarıqları inkişaf etdiriləcək.

 

 

Xüsusi qayğıya ehtiyacı olan tələbələrlə iş

Şəxslərin sosiallaşması və cəmiyyətə uğurlu inteqrasiyasını həyata keçirmək üçün müvafiq metodlar seçir;

Ø Ətrafdakılarla əlverişli sosial əlaqələrin qurulmasına dəstək verir;

Ø Fərdi proqramı reallaşdırmaq üçün yeni təlim metodlarından müvafiq şəkildə istifadə edir;

Ø Dərs materiallarının daha sadə və asan anlaşılan şəkildə təqdim edilir;

Ø Xüsusi qayğıya ehtiyacı olan tələblərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmalar tətbiq edir;

Ø Yüksək akademik göstəriciləri olan tələbələrə onların öz təşəbbüsləri əsasında əlavə məsləhət saatları təyin edir.

İstifadə olunacaq resurslar (Elektron/Yükləmələr/Əlavə materiallar)

Semestr ərzində keçirilən mühazirələr, təqdim ediləcək prezentasiyalar, əsas və əlavə ədəbiyyat siyahısı tələbələrə e-mail vasitəsilə ötürüləcək.

 

Kursun qiymətləndirilməsi/Tələbə rəyləri

Kursun əvvəlində və sonunda təşkil ediləcək sorğu tələbələrin fənn və tədrisə münasibətini müəyyən etməyə yönəlmişdir. Tələbələrin tədris ilə bağlı rəyləri vacib əhəmiyyət kəsb edir, məsələyə aşağıdan baxış fokusunu təşkil edir və növbəti illərdə buraxılan səhvlərin təkrarlanmamasına, yeni innovativ ideyaların tətbiq edilməsinə şərait yaradır.

 

Ədəbiyyat siyahısı

 

1.      H.A.Həvilov. Dünya xalqlarının etnoqrafiyası. Bakı – 2009

2.      Nərgiz Quliyeva, Etnoqrafiya və etnologiya (dərs vəsaiti), Bakı, 2009

3.      R. Məmmədcan oğlu Hacı. “Rusiyanın etnoqrafiyası”. Bakı, 2015

4.      Брук С.И. Население мира, М., 2018

5.      Портреты народов мира. “Белый город”, M., 2011

6.      Зеленин Д. К. - Восточнославянская этнография. М., Наука, 1991

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Saat

Həftə

Modul/Bölmə/Fəsil

Təlim nəticələri

Oxu materialı

Tapşırıq

2 s

I həftə

 

 

Mövzu 1. “Mərkəzi və Şərqi Avropa ölkələrinin etnoqrafiyası” fənninə giriş. Etnoqrafiyanın bir elm kimi formalaşması

        Fənnin predmeti, obyekti.

        Fənn haqqında ümumi məlumat, fənnin anlayışı və mahiyyəti

        Fənnin məqsəd və vəzifələri, öyrənilmə zərurəti və əhəmiyyəti. Fənnin prinsipləri və mənbələri (tarixilik, xronoloji ardıcıllıq, obyektivlik, elmi və yaradıcı yanaşma).

        Etnoqrafiya anlayışı. Etnoqrafiya elminin tədqiqat obyekti. Etnoqrafiya və ya etnologiya. Etnoqrafik mənbələr. Etnos anlayışı, etnos haqqında müxtəlif alimlərin fikirləri. Etnoqrafiyanın tədqiqat üsulları.

        Etnoqrafiya humanitar fənlər sistemində.

 

a. Etnoqrafiya anlayışı,  etnoqrafiya elminin tədqiqat obyekti və inkişaf tarixi haqqında məlumatları əldə edir, termin və anlayışları mənimsəyir

 

 

 

b.Fənn haqqında ümumi biliklər əldə edir

 

 

 

 

 

 

 

1.H.A.Həvilov. Dünya xalqlarının etnoqrafiyası. Bakı – 2009. Səh.3-14, 56-63 

 2.Nərgiz Quliyeva, Etnoqrafiya və etnologiya (dərs vəsaiti), Bakı, 2009

 

3.Портреты народов мира. “Белый город”, M., 2011

4.Брук С.И. Население мира, М., 2018

 

5.Энциклопедия стран мира. Москва -1980

Tapşırıq: Etnoqrafiya anlayışı, etnoqrafiya elminin tədqiqat obyekti, etnoqrafik mənbələr, etnos anlayışı, etnos haqqında müxtəlif alimlərin fikirləri haqqında debat keçirmək

 

 

 

 

 

 

 

 

2 s

II həftə

 

Mövzu 2. Dünya xalqlarının təsnifatı

Dünya xalqlarının təsnifat parametrləri. Coğrafi təsnifat və onun xüsusiyyətləri. Linqvistik təsnifatın morfoloji və geneoloji üsulları. Antropoloji təsnifat və onun xüsusiyyətləri. Böyük irqlər və onların xarakterik xüsusiyyətləri. Mədəni-təsərrüfat tiplərə görə təsnifat.

 

 

 

a. Dünya xalqlarının təsnifat parametrləri  haqqında biliklər əldə edir

b. Coğrafi təsnifat və onun xüsusiyyətləri haqqında biliklər əldə edir

 

 

 

1.H.A.Həvilov. Dünya xalqlarının etnoqrafiyası. Bakı – 2009. Səh. 38-56

2.Nərgiz Quliyeva, Etnoqrafiya və etnologiya (dərs vəsaiti), Bakı, 2009

3.Портреты народов мира. “Белый город”, M., 2011

4. Брук С.И. Население мира, М., 2018

 

Tapşırıq: Dünya xalqlarının təsnifat parametrləri,  coğrafi təsnifat, mədəni-təsərrüfat tiplərə görə təsnifat, linqvistik təsnifatın xüsusiyyətlərinin müzakirə edilməsi

 

 

 

2 s

III həftə

 

Mövzu 3. Avropa regionunun ümumi xarakteristikası

Avropa regionunun coğrafi mövqeyi, təbii şəraiti. Avropanın əhalisi haqqında ümumi məlumat. Avropa əhalisinin antropologiyası. Avropanın müasir etnik tərkibi. Avropada irqi əlamətlərin dəyişikliyi. Böyük irqlər, qarışıq antropoloji tiplər. Avropa əhalisinin dil tərkibi. Hind-Avropa dil ailəsinin slavyan, alman, roman, kelt dilləri. Ural dil ailəsinin fin-uqor dilləri.

a. Avropanın əhalisi haqqında məlumatlar əldə edir

 

b. Avropa əhalisinin dil tərkibi haqqında biliklər əldə edir

1.H.A.Həvilov. Dünya xalqlarının etnoqrafiyası. Bakı – 2009. Səh. 443-445

2.Nərgiz Quliyeva, Etnoqrafiya və etnologiya (dərs vəsaiti), Bakı, 2009

 

3.Портреты народов мира. “Белый город”, M., 2011

4. Брук С.И. Население мира, М., 2018

 

 

Tapşırıq: Avropa regionunun ümumi xarakteristikası, Avropada irqi əlamətlərin dəyişikliyi əlavə material hazırlamaq

 

 

 

 

 

 

2 s

IV həftə

 

Mövzu 4. Mərkəzi və Şərqi Avropanın ərazisi və xalqları haqqında ümumi məlumat və xalqlarının təsnifatı

    Mərkəzi və Şərqi Avropanın coğrafi mövqeyi, təbii şəraiti. Mərkəzi və Şərqi Avropanın əhalisi haqqında ümumi məlumat. Regionun irqi və linqvistik xarakteristikası. Regionun dini xarakteristikası, ənənəvi dini etiqadlar. 

 

a. Mərkəzi və Şərqi Avropanın əhalisi haqqında ümumi məlumat əldə edir

 

 

b. Regionun dini xarakteristikası, ənənəvi dini etiqadları araşdırır

 

 

1.H.A.Həvilov. Dünya xalqlarının etnoqrafiyası. Bakı – 2009. Səh. 445-462, 475-488, 490-492, 495-498

2.Nərgiz Quliyeva, Etnoqrafiya və etnologiya (dərs vəsaiti), Bakı, 2009

3.Портреты народов мира. “Белый город”, M., 2011

4.Страны и народы. Москва -1980

Tapşırıq: Mərkəzi və Şərqi Avropanın ərazisi və xalqları haqqında ümumi məlumat toplamaq

 

 

 

 

 

 

2 s

V həftə

 

Mövzu 5. Slavyan xalqlarının təsnifatı

         Slavyanların yaşadığı ərazi, təsərrüfat və məşğuliyyətləri. Slavyanların şərq, qərb və cənub qruplarına ilkin bölgüsü. Slavyanların köç prosesi. Slavyanların Şərqi Avropanın mərkəzi və şimal zonalarına intensiv köç prosesi. IX-X əsrlərdə slavyan yerləşdirməsinin geniş arealı. Venedlər, antlar və sklavinlər.

        

a. Slavyanların yaşadığı ərazi, təsərrüfat və məşğuliyyətləri haqqında biliklər əldə edir

 

b. Slavyan xalqlarının etnik xüsusiyyətlərini müqayisəli təhlil edir

1.H.A.Həvilov. Dünya xalqlarının etnoqrafiyası. Bakı – 2009. Səh. 445-462

2.Nərgiz Quliyeva, Etnoqrafiya və etnologiya (dərs vəsaiti), Bakı, 2009

3. Портреты народов мира. “Белый город”, M., 2011

4.Зеленин Д. К. - Восточнославянская этнография. М., Наука, 1991

Tapşırıq: slavyanların yaşadığı ərazi, təsərrüfat və məşğuliyyətləri haqqında təqdimat hazırlamaq (qrup işi)

 

 

 

 

2 s

VI həftə

 

Mövzu 6. Qərb slavyanlarının (polyaklar, çexlər, slovaklar, Luqovitsa serbləri) etnik xüsusiyyətləri        

Polşa ərazisi və xalqı haqqında ümumi məlumat. Polyakların etnik mənşəyi və etnolinqvistikası. Çexiya ərazisi və xalqı haqqında ümumi məlumat. Çexlərin etnik mənşəyi və etnolinqvistikası. Çexiyada etnoqrafik qrup – xodlar.

        Slovakiya ərazisi və xalqı haqqında ümumi məlumat. Slovakların etnik mənşəyi. Slovakların etnolinqvistikası – qərbi, orta və şərqi slovak dialektləri. Luqovitsa serblərinin yaşadığı ərazilər-Yuxari Lujitsa, Aşağı Lujitsa. Qərb slavyanlarının təsərrüfatı, məşğuliyyəti, yaşayış məskənləri və evləri. Qərb slavyanlarının ənənəvi geyimləri, milli mətbəxi və ailə-məişət məsələləri. Bayramları və ənənəvi mərasimləri. Qərb slavyanlarının mənəvi həyatında din.

a. Qərb slavyanlarının etnik xüsusiyyətləri haqqında məlumatlar əldə edir     

 

 

 

b.Qərb slavyanlarının etnik xüsusiyyətlərinin         oxşar və fərqli cəhətlərini müəyyən edir

 

 

 

1.H.A.Həvilov. Dünya xalqlarının etnoqrafiyası. Bakı – 2009. Səh. 446-450

2.Nərgiz Quliyeva, Etnoqrafiya və etnologiya (dərs vəsaiti), Bakı, 2009

3.Портреты народов мира. “Белый город”, M., 2011

4. Брук С.И. Население мира,  М., 2018

 

5.Зеленин Д. К. - Восточнославянская этнография. М., Наука, 1991

 

6.Энциклопедия стран мира. Москва -1980

Tapşırıq: Qərb slavyanlarının etnik xüsusiyyətlərinin         oxşar və fərqli cəhətlərini müqayisə etmək

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

4 s

VII-VIII həftə

 

Mövzu 7. Cənub slavyanlarının (bolqarlar, serblər, xorvatlar, makedoniyalılar, monteneqrolular, bosniyalılar, sloveniyalılar) etnik xüsusiyyətləri

         Bolqarıstan ərazisi və xalqı haqqında ümumi məlumat. Bolqarların etnik mənşəyi və etnolinqvistikası. Serb, xorvat, makedoniya, monteneqro, bosniya və sloveniya xalqlarının yaşadığı ərazilər və xalqları haqqında ümumi məlumat. Cənub slavyanlarının təsərrüfatı, məşğuliyyəti, yaşayış məskənləri (pərakəndə və yiğcam) və evləri. Cənub slavyanlarının ənənəvi geyimləri, milli mətbəxi və ailə-məişət məsələləri. Bayramları və ənənəvi mərasimləri. Cənub slavyanlarının mənəvi həyatında din.

KOLLOKVIUM (Aralıq qiymət)

 

a.Cənub slavyanlarının etnik xüsusiyyətləri haqqında məlumatlar əldə edir     

 

 

 

b.Cənub slavyanlarının etnik xüsusiyyətlərinin         oxşar və fərqli cəhətlərini müəyyən edir

 

1.H.A.Həvilov. Dünya xalqlarının etnoqrafiyası. Bakı – 2009. Səh. 456-462

2.Nərgiz Quliyeva, Etnoqrafiya və etnologiya (dərs vəsaiti), Bakı, 2009

3.Портреты народов мира. “Белый город”, M., 2011

4. Брук С.И. Население мира, М., 2018

5.Зеленин Д. К. - Восточнославянская этнография. М., Наука, 1991

 

6.Энциклопедия стран мира. Москва -1980

Tapşırıq: Cənub slavyanlarının etnik xüsusiyyətlərinin         oxşar və fərqli cəhətlərini müqayisə etmək

 

 

 

 

 

2 s

IX həftə

 

8. Şərq slavyanlarının (belaruslar, ukraynalılar) etnik xüsusiyyətləri

         Şərqi slavyan qrupu xalqlarının yaşadığı ərazilər və xalqları haqqında ümumi məlumat. Belaruslar və ukraynalıların etnik mənşəyi və etnolinqvistikası.          Dnepryanı ərazi – ukrayna xalqının formalaşması. Ukraynalıların etnik xüsusiyyətləri.

          XIII-XIV əsrlərdən sosial və etnik müstəqillik uğrunda mübarizə ilə müşayiət olunan yeni şərqi slavyan xalqının -  belarusların formalaşma prosesi.   

          Belaruslar və ukraynalıların təsərrüfatı, məşğuliyyəti, yaşayış məskənləri və evləri. Belaruslar və ukraynalıların əsas geyim tipi. Milli mətbəxi və adət ənənələri. Qədim bütpərəstlik ənənələri olan bayramlar – İvan Kupala, maslenitsa, troitsa, soçelnik. Pravoslav kilsəsi, dini mərasimlər

 

a.Şərq slavyanlarının etnik xüsusiyyətləri haqqında məlumatlar əldə edir    

 

 

 

b.Şərq slavyanlarının etnik xüsusiyyətlərinin         oxşar və fərqli cəhətlərini müəyyən edir

 

 

 

 

 

 

1.H.A.Həvilov. Dünya xalqlarının etnoqrafiyası. Bakı – 2009. Səh. 456-462

2.Nərgiz Quliyeva, Etnoqrafiya və etnologiya (dərs vəsaiti), Bakı, 2009

3.Портреты народов мира. “Белый город”, M., 2011

4. Брук С.И. Население мира, М., 2018

5.Зеленин Д. К. - Восточнославянская этнография. М., Наука, 1991

6.Энциклопедия стран мира. Москва -1980

Tapşırıq: Şərb slavyanlarının etnik xüsusiyyətlərinin         oxşar və fərqli cəhətlərini müqayisə etmək

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2 s

X həftə

 

Mövzu 9. Şərq slavyanlarının (ruslar) etnik xüsusiyyətləri

       Rusların etnik mənşəyi və etnolinqvistikası. Tayfa ittifaqları.  Rusların etnik ərazisi -  Vladimir – Suzdal, Novqorod, Smolensk, Ryazan torpaqları. İqtisadi və siyasi cəhətdən möhkəmlənmiş Moskva. Rus əhalisinin müxtəlif qrupları – kazaklar, pomorlar, köhnə mərasimçilər.  

        Rusların təsərrüfatı, məşğuliyyəti, yaşayış məskənləri və evləri. Rusların əsas geyim tipi – köynəklər. Qadın baş örtüyü – çələng. Şərq slavyanlarının dil yaxınlığı. Milli mətbəxi və adət ənənələri. Qədim bütpərəstlik ənənələri olan bayramlar. Rus pravoslav kilsəsi, dini mərasimlər

a. Rus əhalisinin müxtəlif qrupları – kazaklar, pomorlar, köhnə mərasimçilər haqqında məlumatlar əldə edir

 

b.Rusların etnik xüsusiyyətləri haqqında məlumatlar əldə edir  

 

 

 

 

1. R. Məmmədcan oğlu Hacı. “Rusiyanın etnoqrafiyası”. Bakı, 2015. Səh. 7-14, 19-78

2. H.A.Həvilov. Dünya xalqlarının etnoqrafiyası. Bakı – 2009. Səh. 456-462

3.Nərgiz Quliyeva, Etnoqrafiya və etnologiya (dərs vəsaiti), Bakı, 2009

4.Зеленин Д. К. - Восточнославянская этнография. М., Наука, 1991

5.Портреты народов мира. “Белый город”, M., 2011

Tapşırıq:

 Rusların milli mətbəxi və adət ənənələrini araşdıraraq təqdimatın hazırlanması

 

 

 

 

 

 

 

 

 

2 s

XI həftə

 

Mövzu 10. Roman xalqları qrupunun (rumınlar, moldovanlar) etnik xüsusiyyətləri

       Roman qrupu xalqlarının yaşadığı ərazilər və xalqları haqqında ümumi məlumat. Rumınlar və moldovanların etnik mənşəyi və etnolinqvistikası. Rumıniyanın qədim əhalisi – geto-dakiya tayfaları. Moldav xalqının formalaşmasında əsas komponent təşkil edən slavyan tayfaları – tiversevlər və uliçlər. Rumın və moldovanların təsərrüfatı, məşğuliyyəti, yaşayış məskənləri və evləri. Rumın və moldovanların milli geyimləri, milli mətbəxi və ailə-məişət məsələləri, adət-ənənələri. Kənd təsərrüfatı işləri ilə bağlı olan təqvim bayramları. Din və dini mərasimlər.

a. Roman qrupu xalqlarının yaşadığı ərazilər və xalqları haqqında ümumi məlumatlar əldə edir

 

 

 

b. Rumınlar və moldovanların etnik xüsusiyyətləri haqqında məlumatlar əldə edir

1.H.A.Həvilov. Dünya xalqlarının etnoqrafiyası. Bakı – 2009. Səh. 475-488

2.Nərgiz Quliyeva, Etnoqrafiya və etnologiya (dərs vəsaiti), Bakı, 2009

3.Портреты народов мира. “Белый город”, M., 2011

4. Брук С.И. Население мира, М., 2018

5.Страны и народы. Москва -1984

 

 

Tapşırıq: Kənd təsərrüfatı işləri ilə bağlı olan təqvim bayramları haqqında araşdırma aparılması

 

 

 

 

 

 

 

 

 

 

 

2 s

XII həftə

 

Mövzu 11. Baltikyanı xalqlar qrupunun (latışlar, litvalılar) etnik xüsusiyyətləri

        Baltik qrupu xalqlarının yaşadığı ərazilər və xalqları haqqında ümumi məlumat. Latışlar və litvalıların etnik mənşəyi və etnolinqvistikası. Baltik tayfaları haqqında ilk məlumat. Let-litva tayfa qrupları. Latış xalqının formalaşması. Müxtəlif etnosların ərazi qrupları. Latış və litvalıların təsərrüfatı, məşğuliyyəti, yaşayış məskənləri və evləri. Latış və litvalıların milli geyimləri, milli mətbəxi və ailə-məişət məsələləri. Latış və litvalıların milli bayramları, adət-ənənələri. Din və dini mərasimləri.

 a. Baltik qrupu xalqlarının yaşadığı ərazilər və xalqları haqqında ümumi məlumatlar əldə edir

 

 

 

b. latışlar, litvalıların etnik xüsusiyyətləri haqqında məlumatlar əldə edir

1.H.A.Həvilov. Dünya xalqlarının etnoqrafiyası. Bakı – 2009. Səh. 490-492

2.Nərgiz Quliyeva, Etnoqrafiya və etnologiya (dərs vəsaiti), Bakı, 2009

3.Портреты народов мира. “Белый город”, M., 2011

4. Брук С.И. Население мира, М., 2018

 

5.Энциклопедия стран мира. Москва -1980

 

Tapşırıq: Latışlar və litvalıların etnik mənşəyi və etnolinqvistikası haqqında yazılı təqdimatın hazırlanması

 

 

 

 

 

 

 

 

 

2 s

XIII həftə

 

Mövzu 12. Fin-Uqor xalqlarının (macarlar, estonlar) etnik xüsusiyyətləri

       Fin-Uqor qrupu xalqlarının yaşadığı ərazilər və xalqları haqqında ümumi məlumat. Macar və estonların etnik mənşəyi və etnolinqvistikası. Macar dini bayramlarında bütpərəst adətlər. Qış gündönümünə həsr olunmuş qədim bayram mərasimləri. Estonların əcdadları – estlasedlər. Eston etnosunun formalaşması. Macar və estonların təsərrüfatı, məşğuliyyəti, yaşayış məskənləri və evləri. Macar və estonların milli geyimləri, milli mətbəxi, adət-ənənələri və ailə-məişət məsələləri.

a. Fin-Uqor qrupu xalqlarının yaşadığı ərazilər və xalqları haqqında ümumi məlumat əldə edir

 

b. Macar və estonların etnik xüsusiyyətlərini müqayisəli təhlil edir

 

 

 

1.H.A.Həvilov. Dünya xalqlarının etnoqrafiyası. Bakı – 2009. Səh. 497-500

2.Nərgiz Quliyeva, Etnoqrafiya və etnologiya (dərs vəsaiti), Bakı, 2009

3.Портреты народов мира. “Белый город”, M., 2011

4. Брук С.И. Население мира, М., 2018

5.Страны и народы. Москва -1984

 

Tapşırıq: Macarlar və estonların etnik xüsusiyyətlərinin müqayisəli təhlil edilməsi

 

 

 

 

 

 

 

 

 

 

2 s

XIV həftə

 

Mövzu 13. Albanların etnik xüsusiyyətləri

Albaniya ərazisi və xalqı haqqında ümumi məlumat. Albanların etnik mənşəyi və etnolinqvistikası. Albanların əcdadları – illiriyalılar və ya frakiyalılar. XI əsrdən tayfaların birləşməsi, etnik birlik və alban xalqının formalaşması. Albanların təsərrüfatı, məşğuliyyəti, yaşayış məskənləri və evləri. Albanların milli geyimləri, milli mətbəxi, adət-ənənələri və ailə-məişət məsələləri. Albanların ənənəvi bayram və mərasimlərində  günəşə pərəstiş.

a. Albaniya ərazisi və xalqı haqqında biliklər əldə edir

 

 

b. Albanların etnik xüsusiyyətləri haqqında məlumatlar əldə edir

1.H.A.Həvilov. Dünya xalqlarının etnoqrafiyası. Bakı – 2009. Səh. 495-497

2.Nərgiz Quliyeva, Etnoqrafiya və etnologiya (dərs vəsaiti), Bakı, 2009

3.Портреты народов мира. “Белый город”, M., 2011

4. Брук С.И. Население мира, М., 2018

 

Tapşırıq: Albanların etnik xüsusiyyətləri haqqında təqdimatın hazırlanması (qrup işi)

 

 

 

 

 

 

 

 

 

2 s

XV həftə

 

Mövzu 14. Mərkəzi və Şərqi Avropa ölkələrində müasir etnomədəni, etnososial və etnosiyası  proseslər

         Mərkəzi və Şərqi Avropa ölkələrində əhalinin məişəti və mədəniyyəti, çoxmillətli şəhərlərdə etnoslararası qarşılıqlı münasibətlərin inkişaf prosesləri. Etnoslararası əlaqələrin inkişafına istehsalat, sosial, mədəni-məişət mühitindəki xüsusiyyətlərinin təsiri, yeni şəhərlərdəki etnomədəni mühitin dəyişməsinə, həmçinin, şəhər əhalisinin müxtəlif sosial-peşəkar qruplarının etnik xüsusiyyətlərinə miqrasiyaların təsiri problemləri.

a. Mərkəzi və Şərqi Avropa ölkələrində əhalinin məişəti və mədəniyyəti, çoxmillətli şəhərlərdə etnoslararası qarşılıqlı münasibətlərin inkişaf prosesləri haqqında əsaslı nəticələr əldə edir

 

1.Parekh B., Rethinking Multiculturalism: Cultural Diversity and Political Theory (London: Macmillan, 2000).

2. Wieviorka M., (1998) “İs Multikulturalism a Solution?” , Ethnic and Racial Studies 21(5).

3.Портреты народов мира. “Белый город”, M., 2011

4. Брук С.И. Население мира, М., 2018

Tapşırıq: Mərkəzi və Şərqi Avropa ölkələrində etnoslararası əlaqələrin inkişafına istehsalat, sosial, mədəni-məişət mühitindəki xüsusiyyətlərinin təsirini araşdırıb təhlil etmək

 

 

 

 

 

 

Cəmi:                                                                                                                                                        

30saat

           

 

 

 

Qeyd: Hörmətli tələbə, deyilən mühazirə və sizə təqdim olunan uyğun mətnlər ancaq istiqamətverici xarakter daşıyır. Buna görə də siz göstərilən ədəbiyyatlardan müstəqil istifadə etməyi bacarmalısınız.

 

Müəllif hüquqları

 

Semestr ərzində tələbələrə çatdırılan bütün materiallar onun əqli mülkiyyəti hesab olunduğundan onun icazəsi olmadan digər tələbələrə, müəllimlərə və təhsil sferasından kənar fiziki və hüquqi şəxslərə ötürülə bilməz.

 

 

 

 

 

 

               

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

TƏLƏBƏ NAİLİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ HAQQINDA TƏLİMAT

 

ADU-nun Elmi şurasının 28 fevral 2024-cü il tarixli

qərarı ilə təsdiq edilmişdir.

 

Semestr ərzində tələbə nailiyyətinin qiymətləndirilməsi

 

−     0 bal - mövzu ilə bağlı heç bir bilik və fəaliyyət yoxdur;

−     1 bal - tələbə keçirilmiş materialı yalnız xatırlayır;

−     2 bal - tələbə keçirilmiş materialı xatırlayır və müəllimin müdaxiləsi ilə bir və ya iki sözlə cavablandırır;

−     3 bal - tələbə keçirilmiş materialı tanış əlamətlərə görə qismən izah edir;

−     4 bal - tələbə keçirilmiş və qismən mənimsədiyi materialdan istifadə edərək məlum yollarla və ya müəllimin verdiyi təlimatlara əsasən yazılı və şifahi tapşırıqları qismən həll edir;

−     5 bal – tələbə keçirilmiş və mənimsədiyi materialdan istifadə edərək müstəqil şəkildə hazırlanmış qaydalara əsasən şifahi və yazılı tapşırıqları orta səviyyədə həll edir;

−     6 bal - tələbə verilən məlumatla öz düşüncələri arasında əlaqə yaradır, cütlərlə və qruplarla iş zamanı yazılı və şifahi ünsiyyət quraraq materialın şərhini verir;

−     7 bal - tələbə keçirilmiş materialın xarekterik əlamətlərini təyin edir, fərqləndirir, mövzunun analitik təhlilini aparır;

−     8 bal - tələbə cavabını planlaşdırıb təşkil edir, cavabını təsdiq etmək üçün fərziyyə irəli sürür, audio-vizual materiallarla keçirilmiş mövzunun strukturunu dəyişir, öyrənmə strategiyalarını və öyrənmə hədəflərini müəyyənləşdirir;

−     9 bal - tələbə keçirilmiş materialla əlaqədar qərarları, yanaşmanı, problemi dəyərləndirir, üstünlükləri və çatışmazlıqlara müstəqil fikir bildirir, İKT-dən istifadə edərək müstəqil öyrənmə modelini təyin edir;

−     10 bal - tələbə keçirilmiş materialla əlaqədar mühakimə xarakterli və tənqidi fikir yürütməklə öz mövqeyini əsaslandırır, innovativ və yaradıcı düşünmə bacarıqlarını İKT-dən yararlanmaqla tətbiq edir, auditoriyadaxili və auditoriyadankənar fəaliyyətlər üzrə öyrənmə hədəflərini əsaslandırır.

 

Yekun imtahanda qiymətləndirmə meyarı üzrə balların hesablanması qaydası

−     0 bal - Suala cavab verməyib.

−     1 bal – Ciddi səhvlərə yol verərək sualı səthi cavablandırıb (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−     2 bal – Cavabında catışmazlıqlar var, yalnız mövzu ilə bağlı terminləri, anlayışları qeyd edib (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−     3 bal – Sualı cavablandıran zaman yalnız mövzunun məzmunu ilə bağlı ümumi xarakterli məlumatlar verir (yadda saxlamaq (bilik) - hafizəyönümlü).

−     4 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə qismən təsvir edir (anlamaq - məntiqi təfəkkür).

−     5 bal - Sualı cavablandıran zaman əlavə nümunələr göstərməklə mövzunun məzmununu öz sözləri ilə tam təsvir edir (anlamaq - məntiqi təfəkkür).

−     6 bal – Mövzunun mahiyyətini açıqlayır və müəyyən nəticələr əldə etmək üçün məzmunla bağlı biliklərini praktik tətbiq edir, qoyulmuş problemin həlli yollarını müəyyənləşdirir (tətbiq etmək - məntiqi təfəkkür).

−     7 bal – Mövzunun mahiyyətini açır və qoyulmuş problemin həlli zamanı ümumi xarakterli səhvlərə yol verir (təhlil etmək - məntiqi təfəkkür)

−     8 bal - Mövzunun mahiyyətini  açır, qoyulmuş problemin əhatəli təhlilini verir (təhlil etmək - məntiqi təfəkkür)

−     9 bal - Mövzunun mahiyyətini geniş şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, məsələyə münasibət bildirir və öz mövqeyini hərtərəfli şəkildə əsaslandırır (dəyərləndirmək - tənqidi təfəkkür)

−     10 bal - Mövzunun mahiyyətini dəqiq və hərtərəfli şəkildə açır, qoyulmuş problem haqqında mühüm qərarlar verir, mühakimə xarakterli fikirlər irəli sürür, öz mövqeyini hərtərəfli şəkildə əsaslandır və kreativ yanaşma nümayiş etdirir. (yaratmaq - yaradıcı təfəkkür)