Kafedralar

Regionşünaslıq kafedrası haqqında ümumi məlumat

Regionşünaslıq kafedrası  23 fevral  2007 - ci il tarixində 20 № - li əmrə əsasən Regionşünaslıq və Beynəlxalq münasibətlər ixtisasları üzrə tədrisin keyfiyyətinin və  idarə olunmasının daha da yaxşılaşdırılması məqsədi ilə mövcud Qərbşünaslıq və Beynəlxalq münasibətlər kafedralarının bazasında  fəaliyyətə başlamışdır. 

01 iyun 2007 – ci il tarixdən bugünədək  01/61 № - li əmrə əsasən Regionşünaslıq kafedrası yaradılmışdır. 5 sentyabr 2024-cü il tarixində 78 nömrəli qərar ilə Regionşünaslıq kafedrası bazasında iki yeni kafedra yaradıldı(Qərb ölkələri üzrə Regionşünaslıq kafedrası və Şərq ölkələri üzrə Regionşünaslıq kafedrası) və prof. Əliyeva Sevdagül Fazil qızı Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri vəzifəsini icra edir. Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsində tədris prosesini aparan əsas ixtisas kafedralarından biri kimi Regionşünaslıq kafedrası böyük  rol oynayır. Kafedra açılarkən 6 region öyrənilirdi, hal-hazırda isə 9 region üzrə  Azərbaycan, rus və ingilis bölmələrində ixtisaslaşma aparılır. ABŞ, Böyük  Britaniya, Almaniya, Fransa, Skandinaviya, Rusiya, Balkan ölkələri, Cənubi Amerika ölkələri, Mərkəzi və Şərqi Avropa regionları olmaqla 9 region və ya ölkə üzrə müxtəlif fənlər tədris edir. Qeyd edək ki, ABŞ, Böyük Britaniya, MŞA  ixtisasında rus və ingilis bölməsinə aid fənlər də tədris olunur.

Kafedra bakalavriat səviyyəsi üzrə aşağıdakı əsas fənləri tədris edir:

1. Region ölkəsinin etnoqrafiyası,

2. Region ölkəsinin tarixi,

3. Region ölkəsinin siyasi sistemi,

4. Region ölkəsinin xarici siyasəti,

5. Region ölkəsinin mədəniyyət və incəsənəti

 

 Kafedra  bakalavriat səviyyəsi üzrə aşağıdakı seçmə fənləri tədris edir:

1. Region ölkəsinin coğrafiyası

2. Region ölkəsində sosial təhlükəsizlik və sosial müdafiə

/Region ölkəsində sosial işin təşkili

 / Region ölkəsində sosial siyasətin tarixi

3. Region ölkəsində din

/ Region ölkəsində dini tolerantlıq

/ Region ölkəsində dinlərarası münasibətlər,

4. Region ölkəsində media

/ Region ölkəsində informasiya siyasəti

/  Region ölkəsində KİV tarixi

5. Region ölkəsində turizm

/ Region ölkəsində ekoturizmin inkişaf xüsusiyyətləri

/ Region ölkəsində tarixi və rekreasiya turizminin inkişafı,

6. Region ölkəsində gender problemləri

/ Region ölkəsində genderologiyanın tarixi

/ Region ölkəsində genderin davamlı inkişafı

 

 

 

 

Kafedrada magistratura səviyyəsi üzrə aşağıdakı əsas fənlər tədris edilir:

1. Tədqiqat üsulları

2.  Beynəlxalq münasibətlərdə ideologiya və informasiya təhlükəsizliyi,

3. Region ölkəsinin demoqrafik inkişaf problemləri,

4. Region ölkəsində müasir sosial, iqtisadi və siyasi proseslər,

5. Beynəlxalq münasibətlər və regionşünaslığın müasir problemləri,

6. BM və regionda inteqrasiya prosesləri

7. Region ölkəsinin xarici siyasətinin formalaşma mexanizmi

8. Müasir geosiyasi problemlər  

 

  Kafedrada magistratura səviyyəsi üzrə aşağıdakı seçmə fənlər tədris edilir:

1.      Region ölkəsində dövlət qulluğu və kadr siyasəti

     / Region ölkəsində əks mərkəzləşmə siyasəti

    / Region ölkəsində yerli özünü idarəetmə və kadr siyasəti,

2.      Region ölkəsi və Azərbaycan əlaqələri

     / Region ölkəsində dini etnik tolerantlıq

3.       Region ölkəsi və qlobal proseslər

/Region ölkəsində informasiya siyasəti

4.      Region ölkəsinin milli təhlükəsizlik problemləri

 / Region ölkəsi regional sistemdə

 / Region ölkəsi və regional münaqişələr

 

Ümumilikdə kafedrada 30 əməkdaş fəaliyyət göstərir.  2 professor, 5 dosent, 6 fəlsəfə doktoru baş müəllim, 7 baş müəllim, 11 nəfər  müəllim vəzifəsində çalışır. Bundan başqa, kafedranın əməkdaşlarından 1 baş laborant, 2 laborant, 7 nəfər isə  saathesabı müəllim kimi fəaliyyət göstərir. Kafedra müəllimlərindən  22 nəfəri  dissertant və  doktorantdır.

1.     prof.Sevdagül Fazil qızı Əliyeva – 0,5 ştat

2.     dos. Aqil Şövkət oğlu Şahmuradov – 1,5 ştat

3.     dos.Nigar Əkrəm qızı Hüseynova – 1 ştat

4.     p.ü.f.d.b/m.Günay Kamil qızı Məmmədova – 1 ştat

5.     t.ü.f.d.b/m.Vüsalə Elşad qızı Əfəndiyeva - 1 ştat

6.     t.ü.f.d.b/m.Firuzə Akif qızı Həyatova – 1 ştat

7.     b/m.Şəfa Rasim qızı Əbdürrəhimova – 1 ştat

8.     t.ü.f.d.b/m.Bəyim Nadir qızı Abdulla – 1 ştat

9.     b/m.Bədirə Telman qızı – 1ştat

10. b/m.Ülviyyə Yadulla Hüseynova – 1 ştat

11. b/m.Xəyalə Rafael Ağayeva – 1 ştat

12. b/m.Sevinc Əşrəf Qurbanova – 1 ştat

13. m.Mehparə Kamil qızı Tajdehibonab – 1 ştat

14. m.Elşən Elman oğlu İsayev – 1,5 ştat

15. m.Səbinə İlham qızı Muradova – 1 ştat

16. m.Lalə Seyidağa qızı Xanseyidova – 1,5 ştat

17. m.Sara Tahir Ələsərova – 1 ştat

18. b/m.Hökümə Fərzux qızı Abbasova – 1 ştat

19. b/m.Diana Nikolayevna  Hüseynzadə - 0,5 ştat

20. dos.Nigar Nizami qızı Əsgərova – 0,5 ştat

21. prof.Əli Səyyad Məmmədov – 0,5 ştat

22. dos.Bəhmən Fazil oğlu Əliyev – 0,5 ştat

23. dos.Günəş Rafiq qızı Ağakişiyeva – 0,5 ştat

24. m.Zarina Albertovna Kiçibəyova – 0,5 ştat

25. m.Rübabə Əbülfət qızı Əliyeva – 0,5 ştat

26. m.Orxan Akif oğlu Nəbiyev – 0,5 ştat

27. m.Aytac Zaur qızı Bağırlı – 0,5 ştat

28. m.Əminə Ənvər qızı İmanzadə - 0,5 ştat

29. m.Tamilla Vaqif qızı Nayıbova- 0,5 ştat

30. m.Yaşarlı Ülviyyə Poladxan – 0,5ştat

 

 

Saathesabı  müəllimlər:

  1. dos.Ağayeva Kifayət Cəbi
  2. Seyidova Aygün Sərhəd
  3. Müridov Nicat İdris
  4. Hacıyeva Şirvan Şəmsi
  5. Məcidov Elşən Nazim
  6. Zamanova Gülnar Çingiz
  7. Əmənova Sevda

 

Kafedranın laborantları:

1.      b/lab. Babayeva Mahnur Əlisaab                                       1.0 ştat        

2.      lab. Seyidova Aygün Sərhəd                                              1.0 ştat   

3.      lab. Məmmədova Bahar Eldəniz                                        1.0 ştat

 

Regionşünaslıq kafedrasında müəllimlərin fəaliyyəti müxtəlif meyarlar üzrə qiymətləndirilir. Cari hesabat ilinə müvafiq olaraq kafedra müəllimlərinin çap olunmuş elmi əsərlərinin sayı, dərs vəsiti, dərslik və ya fənn proqramının sayı, beynəlxalq tədbirlərdə, konfranslarda və disbutlarda onların fəal iştirakı və digər amillər nəzərə alınmaqla reytinqi müəyyən edilir.

Kafedranın əməkdaşları tərəfindən hazırlanıb çap olunan kitabların siyahısı:

  1. Avropanın coğrafiyası
  2. Almaniyanın coğrafiyası
  3. Fransanın coğrafiyası
  4. Böyük Britaniyanın coğrafiyası
  5. Hindistanın etnoqrafiyası
  6. Norveçin etnoqrafiyası
  7. Böyük Britaniyanın siyasi sistemi (az.)
  8. Böyük Britaniyanın siyasi sistemi (rus)
  9. Norveçin tarixi
  10.  Mərkəzi Şərqi Avropa ölkələrinin tarixi
  11.  Slavyan xalqlarının tarixi
  12.  Norveçin mədəniyyət və incəsənəti
  13.  Böyük Britaniyanın mədəniyyət və incəsənəti
  14.  Etika və gender
  15.  Qafqazda gender
  16.  Azərbaycanda gender
  17. Argentinanın coğrafiyası
  18. Argentinanın etnoqrafiyası
  19. Argentina tarixi
  20. Argentina mədəniyyəti və incəsənəti
  21. Argentina turizmi
  22. Yaponiyanın etnoqrafiyası
  23. Skandinaviya ölkələrində gender məsələləri

 

Kafedranın məqsəd və vəzifəsi:    Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının əsas məqsədi   tələbələrə  ixtisaslaşdığı region haqqında  dəqiq coğrafi, etnoqrafik, tarixi,  mədəniyyəti və digər sahələr üzrə dərin  məlumatlar verməklə ixtisaslaşmasını təmin etmək və onların  həmin sahələrdə  araşdırma aparmasına yardımçı olmaqdan ibarətdir.

             Kafedranın fəaliyyəti: Azərbaycan Respublikası Təhsil nazirliyi Boloniya Bəyannaməsinə 2005-ci ildə Norveçin Bergen şəhərində təşkil olunmuş konfransda imza atmışdır, prosesin  müddəaları ilə kafedra əməkdaşlarımız  tanış olmuş və  fəaliyyətlərini bu istiqamətdə qura bilmişlər. Regionşünaslıq kafedrası 2007-ci ildə Azərbaycan Dillər Universitetində ilk olaraq Boloniya prosesinə, kredit sisteminə qoşulmuşdur.

 Kafedranın təsdiq edilmiş 5 illik strateji inkişaf və 5 illik iş planı əsasında təsdiq edilmiş illik iş planı tərtib edilir. İş planına uyğun kafedranın təsdiq olunmuş iclaslar planına əsasən hər ayın sonuncu cümə günü iclas keçirilir. Bu iclaslarda kafedranın illik planında əks olunmuş və yeni yaranmış cari məsələlər müzakirə olunur.

            Kafedra əməkdaşları  dərslik, dərs vəsaiti, fənn proqramları, metodik işləmə istiqamətlərində də böyük işlər görürlər. Kafedranın fəaliyyət göstərdiyi müddət ərzində bakalavriat üçün 115 əsas,  234 seçmə, magistratura üçün 32 əsas, 108 seçmə fənn üzrə proqram yeni tədris planları və tələblərə uyğun dərc edilib istifadəyə verilmişdir.

2012-ci ildə " Tur Xeyerdal və Azərbaycan"adlı  Beynəlxalq  konfransını məhz kafedramızın əməkdaşları Universitetin elmi işlər üzrə prorektorluğun  və Təhsil Nazirliyinin böyük dəstəyi ilə keçirmişlər.

            Bundan başqa kafedra əməkdaşları ənənəvi olaraq hər il  TEC-də iştirak üçün  tələbələrin hazırlanmasına kömək edirlər.

            Hər dərs ilinin sonunda kafedranın müəllimləri tədris etdikləri fənn üzrə dövrün tələblərinə cavab verən dərsliklərə müvafiq sillabuslar hazırlayırlar, fərdi planlar əsasında öz işlərini təşkil edirlər. Həmin sillabuslar kafedranın sonuncu iclasında müzakirə olunaraq təsdiqlənir.

            Bundan başqa kafedra əməkdaşları xaricdə və ölkəmizdə çıxan müxtəlif jurnallarda  məqalələr dərc etdirirlər, müntəzəm olaraq tədris etdikləri ölkə və ya regionun ali məktəbləri ilə sıx əlaqələr yaradaraq  Almaniya, Fransa, Norveç  universitetlərində keçirilən seminarlarda, yay məktəblərində  iştirak edir, öz biliklərini, tədris etdikləri fənnlər üzrə peşə bacarıqlarını təkmilləşdirirlər.

            

            Kafedranın tədbirləri: Kafedra yarandığı andan etibarən Azərbaycan mədəniyyətinin və qədim adətlərinin qorunması, eləcədə təbliğatı ilə bağlı festivalların təşkil olunmasında fəal şəkildə iştirak etmişlər. Kafedranın əməkdaşları mütəmadi olaraq Universitet tədbirlərinə qatılırlar. Tələbələrlə birgə Yeni il və Novruz şənliklərində tamaşalar, oyunlar, səhnəciklərin hazırlanmasına yardımçı olur. Üç il ardıcıl olaraq  İzmirin Ege Universitetində, Bursanın Uludağ Universitetində və Kayserinin Ərciyəz Universitetində  Novruzun Elmi izahına həsr olunmuş interaktiv tətbiqi seminar keçirmiş,  hər il ənənəvi olaraq  tələbələri Azərbaycanın  tarixi yerləri və muzeylərinə aparır, müxtəlif dini konfessiyaların məbədlərində tətbiqi dərslər keçirir.

       06-07 noyabr 2023-cü il tarixində Kafedra müdiri və əməkdaşları Türkiyənin Ərciyəz (Kayseri) Univeristetində Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə birgə konfrans təşkil edib iştirak etmişdir.

 

2024-cü ildə  Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasında COP-la bağlı və  müxtəlif mövzularda olan tədbirlər təşkil etmişdir.                                

Kafedranın iş vaxtı: Kafedra 3 növbədə işləyir. İş vaxtı birinci növbə saat 08.30-dan 16.30-dək,  II növbə 10.00-dan 18.00-dək, III növbə isə 12.00-20.00-dəkdir.

 

 

 

 

Kafedra müdiri                                                                                  Prof. S.F.Əliyeva