
Kafedra 1991-ci ilin fevral ayında “İnformatika və TTV” adı ilə fəaliyyətə başlamışdır. 1994-1999-cu illərdə kafedraya f.-r.e.n., dos. Fərman Oruc oğlu Məmmədov rəhbərlik etmişdir.
1997-2013-cü illərdə kafedra “Riyaziyyat və İnformatika” adı ilə fəaliyyətini davam etdirmişdir. 1999-2013-cü illərdə kafedraya f.-r.e.d., prof. İlham Cumayıl oğlu Mərdanov rəhbərlik etmişdir. 2013-cü ilin dekabr ayından etibarən kafedranın adı dəyişdirilərək “İnformasiya texnologiyaları” adlandırılmışdır. 2014-cü ildən İnformasiya texnologiyaları kafedrasına f.-r.e.n. dos. Fikrət Təyyar oğlu İbiyev rəhbərlik edir.
İnformasiya texnologiyaları kafedrası bakalavr təhsil pilləsində “Təhsildə İKT”, “Müasir İnformasiya Kommunikasiya Texnologiyaları və informasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları”, “Məktəbəqədər təhsil müəssisələrində məntiqi və riyazi təfəkkürün inkişafı metodikası”, “İbtidai siniflərdə riyaziyyat və onun tədrisi metodikası” fənlərini tədris edir. Bakalavr təhsil pilləsində kafedra “Filologiya”, “Təhsil”, “Beynəlxalq münasibətlər və regionşünaslıq”, “Tərcümə”, “Beynəlxalq jurnalistika” fakültələri üçün qeyri-ixtisas kafedrası kimi fəaliyyət göstərir. Kafedrada tədris olunan fənlər Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərində aparılır.
Kafedra bakalavriat səviyyəsi üzrə aşağıdakı əsas fənləri tədris edir:
1. Təhsildə İKT
2. Müasir İnformasiya Kommunikasiya Texnologiyaları və informasiya təhlükəsizliyi
3. İnformasiya texnologiyaları
4. Məktəbəqədər təhsil müəssisələrində məntiqi və riyazi təfəkkürün inkişafı metodikası
5. İbtidai siniflərdə riyaziyyat və onun tədrisi metodikası
6. İbtidai siniflərdə informatika və onun tədrisi metodikası
7. Riyaziyyat və onun xüsusi məktəblərdə tədrisi metodikası
Müasir dövrdə hər bir mütəxəssisin peşəkar fəaliyyəti üçün xarici dil bilməsi ilə yanaşı kompüter biliklərinə yiyələnməsi də vacib şərtlərdəndir. Odur ki, kafedra öz tədris proqramını İnformasiya-kommunikasiya texnologiyaları sahəsində bilikləri müasir tələblərə cavab verən, öz fəaliyyətində bu bilikləri səmərəli və uğurla tətbiq etməyi bacaran kadrların hazırlanmasına uyğunlaşdırmışdır.
Kafedra ADU-nun Tempus proqramı çərçivəsində, tərafdaş Universitet kimi qoşulduğu ECDL (European Computer Driving Licence) layihəsində iştirak etmişdir. Kafedra əməkdaşları layihə çərçivəsində Müxtəlif Avropa universitetlərində təşkil olunmuş təlimlərdə iştirak etmiş və təlimçi kimi ECDL sertifikatı qazanmışdır. Kafedra Layihə çərçivəsində qazanılan texniki avadanlıqlarla təmin edilmiş auditoriyalarda ECDL sertifikatlarını almaq üçün təşkil olunan təlimləri aparır və ECDL test imtahanlarını keçirir.
Kafedra əməkdaşları Dövlət İmtahan Mərkəzi ilə birlikdə səmərəli fəaliyyət göstərir. DİM-in magistrlər və abituriyentlər üçün nəşr etdiyi dərs vəsaitlərinin, test toplusunun hazırlanmasında müəllif kimi iştirak edirlər.
Kafedrada fəaliyyət göstərən kadrların son illərdə müxtəlif xarici ölkələrdə xeyli sayda elmi işləri çap olunmuşdur. Xaricdə 63 məqalə, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləşdirilmiş (SCOPUS) jurnallarda 4 məqalə, respublikadakı nəşrlərdə 300-dən çox elmi məqalə, konfrans materialı, tezis, həmçinin 30-dan çox dərs vəsaiti, 4 monoqrafiya çap olunmuşdur.
Kafedrada potensiallı və elmi dərəcəli ixtisaslaşmış müəllimlər fəaliyyət göstərir.
Hal-hazırda kafedrada 16 nəfər professor-müəllim heyəti və 3 nəfər tədris-köməkçi heyəti çalışır. Onlardan 7 nəfər fəlsəfə doktoru-dosent, 2 nəfər fəlsəfə doktor-baş müəllim, 2 nəfər baş müəllim, 5 nəfər müəllim kimi fəaliyyət göstərir.
Statistik göstəriciləri:
Vəzifə adı |
kafedra müdiri |
dosent |
baş müəllim |
müəllim |
baş laborant |
laborant |
Say |
1 |
7 |
4 |
5 |
2 |
1 |
Kafedra əməkdaşlarının siyahısı
1. İbiyev Fikrət Təyyar oğlu f.-r.e.n., dos. (Kafedra müdiri)
2. Məmmədov Fərman Oruc oğlu f.-r.e.n., dos.
3. Müslümov Vasif Babaqulu oğlu f.-r.e.n., dos.
4. Hacıyev Akif Əsgər oğlu f.-r.e.n, b/m
5. Həsənova Pərvanə Malik qızı r.f.d., dos.
6. Əmrahova Alfayət Razim qızı f.-r.e.n., dos.
7. Səmədova Zəminə Ağaş qızı r.f.d., dos.
8. İsmayılova Aytəkin İsmayıl qızı r.f.d., dos.
9. Əmirova Rəsmiyyə Rza qızı r.f.d., b/m
10. Novruzov Asəf Hacıverdi oğlu b/m.
11. Kərəmova Mahiyə Müracəb qızı b/m
12. Yusifova Elmira Hacı qızı Müəllim
13. Əsgərova Aysel Alyoşa qızı Müəllim
14. Hacıbəyli Arzu Əlövsət qızı Müəllim
15. Rəsullu Turanə Kamran qızı Müəllim
16. Aslanova Xatirə Qüdrət qızı Müəllim
Kafedranın laborantları:
1. Aslanova Xatirə Qüdrət qızı b/laborant
2. Əsgərova Aysel Alyoşa qızı b/laborant
3. Şahsuvarlı Sonaxanım Hacıağa qızı laborant