Mübadilə Proqramları

ORHUN mübadilə proqramı

 

 

Orhun Mübadilə Proqramı nədir?
 

Orhun Mübadilə Proqramı Türk Şurası Türk Universitetlər Birliyinə üzv olan universitetlər arasında imzalanacaq protokollar çərçivəsində həyata keçirilən tələbə və müəllim mübadiləsi proqramıdır.

 

Mübadilə proqramında iştirak edən tərəfdaşlar 

 

Azərbaycan:

 

1. Bakı Dövlət Universiteti

2. Azərbaycan Dillər Universiteti

3. Azərbaycan Dövlət İqtisad Universiteti

4. Azərbaycan Tibb Universiteti

6. Bakı Slavyan Universiteti

7. Azərbaycan Dövlət Aqrar Universiteti

8. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

9. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

10. Milli Aviasiya Akademiyası

11. Bakı Mühəndislik Universiteti

12. Mingəçevir Dövlət Universiteti

 

 Qazaxıstan:

 

1. Ahmet Yesevi Beynəlxalq Qazax-Türk Universiteti

2. Al-Farabi Qazax Milli Universiteti

3. Atırau Dövlət Universiteti

4. L.N Gumilyov Avrasiya Dövlət Universiteti

5. Nazarbayev Universiteti

6. Semey Tibb Universiteti

7. S. Amanzholov adına Şərqi Qazaxıstan Universiteti

8. K. Zhubanov adına Aktobe Regional Universiteti

9. Abay adına Qazax Milli Pedoqoji Universiteti

10. Cənubi Qazaxıstan Dövlət Pedoqoji Universiteti

11. Qazax Milli Qadın Pedoqoji Universiteti

12. Almatı İdarəetmə Universiteti

13. E.A. Buketov adına Karaqanda Universiteti

14. Qorqud ata adına Qızılorda Dövlət Universiteti

15. Beynəlxalq Turizm və Qonaqpərvərlik Universiteti

16. Astana Tibb Universiteti

 

Qırğızıstan:

 

1. Hüseyin Karasaev Bişkek Dövlət Universiteti

2. Qırğızıstan-Türkiyə Manas Universiteti

3. Yusuf Balasaguni Qırğız Milli Universiteti

4. Qırğızıstan Beynəlxalq Universiteti

5. Oş Dövlət Universiteti

6. Batıralı Sıdıkov adına Beynəlxalq Qırğız-Özbək Universiteti

 

Özbəkistan:

 

1. Dünya İqtisadiyyatı və Siyasəti Universiteti

2. Kokand Universiteti

3. Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti

4. Daşkənd Dövlət Şərqşünaslıq Universiteti

5. "İpək Yolu" Beynəlxalq Turizm Universiteti

6. Özbəkistan Respublikası Jurnalistika və Kütləvi İnformasiya Universiteti

7. Daşkənd Dövlət Nəqliyyat Universiteti

8. Şarof Rəşidov adına Səmərqənd Dövlət Universiteti

9. Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutu

10. Termiz İqtisadiyyat və Xidmət Universiteti

11. Daşkənd Beynəlxalq Universiteti

 

 

 

Türkiyə:

 

1. Alanya Keykubat Universiteti

2. Anadolu Universiteti

3. Ankara Universiteti

4. Atatürk Universiteti

5. Bahçeşehir Universiteti

6. Beykent Universiteti

7. Bitlis Eren Universiteti

8. Bursa Uludağ Universiteti

9. Ege Universiteti

10. Eskişehir Osmanqazi Universiteti

11. Qazi Universiteti

12. İstanbul Universiteti

13. Kahramanmaraş Sütçü İmam Universiteti

14. Kapadokya Universiteti

15. Marmara Universiteti

16. Niğde Ömer Halisdemir Universiteti

17. Sivas Cümhuriyyet Universiteti

18. İbn Haldun Universiteti

19. Afyonkarahisar Tibb Elmləri Universiteti

20. Binali Yıldırım adına Erzincan Universiteti

21. Hacettepe Universiteti

22. Osmaniye Qorqud ata Universiteti

23. Çankırı Karatekin Universiteti

24. Artvin Çoruh Universiteti

25. Karamanoğlu Mehmetbey Universiteti

26. Altınbaş Universiteti

27. Ankara Yıldırım Beyazit Universiteti

28. Hasan Kalyoncu Universiteti

29. Bilecik Şeyx Edebali Universiteti

30. Kastamonu Universiteti

31. Selçuk Universiteti

32. Doqquz Eylül Universiteti

33. Tokat Qaziosmanpaşa Universiteti

34. İstinye Universiteti

35. Ankara Musiqi və İncəsənət Universiteti

36. Sakarya Universiteti

37. Qafqaz Universiteti

38. Kırıkkale Universiteti

39. Iğdır Universiteti

40. İstanbul Gedik Universiteti

41. Ordu Universiteti

42. Balıkesir Universiteti

43. Kütahya Dumlupınar Universiteti

44. Ondoqquz Mayıs Universiteti

45. Karabük Universiteti

46. Ankara Hacı Bayram Vəli Universiteti

47. Kayseri Universiteti

48. Kırşehir Ahi Evran Universiteti

49. İzmir Katib Çelebi Universiteti

50. Kırklareli Universiteti

51. Erciyes Universiteti

52. İstanbul Kültür Universiteti

53. Biruni Universiteti

54. Bursa Texnik Universiteti

55. Ankara Sosial Elmlər Universiteti

56. KTO Karatay Universiteti

57. Burdur Mehmet Akif Ersoy Universiteti

58. Aksaray Universiteti

59. İstanbul Ticarət Universiteti

60. Pamukkale Universiteti

61. Fırat Universiteti

 

Macaristan:

 

1.    Szeged Universiteti

 

Orhun mübadilə proqramına müraciət ildə bir dəfə - aprel/may ayında həyata keçirilir. Mübadilə proqramında iştirak etmək istəyən professor-müəllim heyəti və tələbələr ADU-nun Beynəlxalq şöbəsinə müraciət edə bilərlər. 

 

Orhun Mübadilə Proqramından yararlanmaq istəyən tələbələr üçün məlumat:
 

·         Mübadilə proqramına müraciət edəcək tələbələr, müraciət etmək istədikləri universitetin internet saytına daxil olmaqla təhsil aldıqları ixtisasın bu universitetdə olub-olmadığını yoxlamalıdırlar. Bütün müraciətlər qəbul edildikdən sonra tələbələr üstünlük verdikləri universitetin tələbə qəbulu qərarlarına uyğun olaraq qiymətləndiriləcək və nəticələr elan ediləcək.

·         Mübadilə ən azı bir, ən çox isə iki semestri əhatə edir. 

·         Tələbələr Orhun Mübadilə Proqramının tələbəsi olduqları müddətdə öz ali təhsil müəssisələrinə ödəməli olduqları təhsil haqqını ödəməyə davam edirlər. Mübadilədə iştirak edən tələbələr qeydiyyatlarını dondura bilməzlər. Tələbələr mübadilə proqramı çərçivəsində təhsil alacaqları ali təhsil müəssisəsinə əlavə təhsil haqqı ödəmirlər.

·         Orhun Mübadilə Proqramı tələbələri getdikləri ali təhsil müəssisəsindəki tələbələrin yerinə yetirdiyi maliyyə öhdəliyini yerinə yetirməlidirlər.  

·         Ali təhsil müəssisələri öz tələbələrindən tələb etdikləri maliyyə ödənişləri istisna olmaqla, Orhun Mübadilə Proqramı tələbələrinə əlavə maliyyə tələbləri irəli sürə bilməzlər.

·         Orhun Mübadilə Proqramında iştirak edən tələbələrin təhsil müddətində öz universitetlərindən aldıqları digər təqaüd və kreditlər davam edir.

·         Tələbələrin qalma və yemək xərcləri qəbul edən universitet tərəfindən qarşılanacaq. Bu imkanlar xaricində tələbələrə nağd pul ödənilməyəcək.

·         Əcnəbi tələbə kimi başqa ölkədə təhsil alan tələbələr mübadilədən yararlana bilməzlər.

·         Üçüncü və sonuncu kurs tələbələri mübadilə proqramına müraciət edə bilməzlər.

·         Tələbələr yalnız bir universitet seçə bilərlər. 

·         Müraciət etmək üçün tələbələrin ÜOMG 100 ballıq sistem üzərindən minimum 75 olmalıdır. 


Tələb olunan sənədlər:

·         Transkript (ingilis dilinə tərcümə və rəsmi təsdiq olunmuş)

·         Tələbə Haqqında Məlumat Forması (ÖĞRENCİ BİLGİ FORMU). Forma kompüterdə doldurulmalıdır.

 

Orhun Mübadilə Proqramından yararlanmaq istəyən müəllimlər üçün məlumat:
 

·         Müəllim mübadiləsi bir ali təhsil müəssisəsində çalışan akademik heyətin digər ali təhsil müəssisəsində həyata keçirəcəyi tədris fəaliyyətini əhatə edir.

·         Mübadilə proqramına müraciət edəcək akademik heyət üstünlük verdikləri universitetin internet saytına daxil olmaqla tədris etdikləri fənnlərin bu universitetdə olub-olmadığını və tədris dilini yoxlamalıdır.

·         Bütün müraciətlər qəbul edildikdən sonra ev sahibi universitetin verdiyi qərara əsasən müəllimlər seçiləcək və nəticələr elan ediləcək. 

·         Akademik heyətin mübadilə müddəti tədris ilində bir dəfə olmaqla ən azı bir həftə, ən çoxu bir semestri əhatə edə bilər.

·         Professor-müəllim heyətinin akademik fəaliyyəti həftədə cəmi altı saatdan az ola bilməz. Dərs saatları həftədə altı saatdan çox olmadıqda seminarlar, panellər və ya konfranslar kimi akademik fəaliyyətlər də bu çərçivədə nəzərə alınır. Tədris fəaliyyətini əhatə etməyən mobillik Orhun Mübadilə Proqramı çərçivəsində qəbul edilə bilməz.

·         Akademik Heyətin Mobillik Proqramı adlı sənəddə  mühazirəçinin fəaliyyəti ətraflı şəkildə göstərilir. Bu Plan akademik heyətin öz universitetinin və səfər etdiyi universitetin müvafiq kafedrası tərəfindən təsdiq edilir. Akademik Heyətin Mobillik Proqramı, mübadiləyə başlamaqdan ən az 15 gün əvvəl tərəfdaş universitetə göndərilir.

·         Bu Planda gediləcək ali təhsil müəssisəsinin tədris dili, mühazirəçilərin hansı dildə dərs deyəcəyi və bu dilin bilik səviyyəsi kimi xüsusi hallara üstünlük verilir. Bundan öncə mübadilə fəaliyyətində iştirak etməyən professor-müəllim heyətinin müraciətlərinə üstünlük verilir.

·         Mübadilə proqramında iştirak etmək hüququ qazanan və üzrsüz olaraq mübadilədə iştirak etməyən professor-müəllim heyəti üç il ərzində yenidən bu proqramdan yararlanmaq üçün müraciət edə bilməz.

·         Göndərən universitet professor-müəllim heyətinin nəqliyyat xərclərini, qəbul edən universitet yaşayış və yemək xərclərini qarşılayacaq. Bu imkanlar istisna olmaqla, professor-müəllim heyətinə nağd ödəniş edilməyəcək. 

 

Tələb olunan sənədlər:
 

·         Müəllim Haqqında Məlumat Forması (ÖĞRETİM ÜYESİ BİLGİ FORMU)

·         Akademik Heyətin Mobillik Proqramı (ÖĞRETİM ÜYESİ HAREKETLİLİK PROGRAMI)

 

Bütün sənədlər kompüterdə doldurulub, [email protected]

 e-mail ünvanına göndərilməlidir.


Tələbə və müəllim mübadiləsi ilə bağlı ətraflı məlumat almaq üçün Beynəlxalq şöbəs ilə əlaqə saxlaya bilərsiniz.

 

Orhun Mübadilə Proqramının ADU üzrə koordinatoru:

Şəfaqət Kazımova

E-mail: [email protected]