Mübadilə Proqramları

Erasmus + Mübadilə Proqramı nədir?
Erasmus + Avropa Komissiyasının təhsil, təlim, gənclik və idman proqramıdır. Azərbaycanda ali təhsil müəssisələri arasında əməkdaşlığı təşviq etmək üçün Azərbaycan Milli Erasmus + Agentliyi tərəfindən idarə olunur. 
Avropa Komissiyası mübadilə proqramı üçün seçilmiş tələbələrə qrant təklif edərək mübadilə üçün maliyyə dəstəyi verir.

Azərbaycan Dillər Universiteti (ADU) Erasmus Mundus, Tempus, Erasmus + daxil olmaqla bir sıra layihələrdə iştirak etmişdir. 2013-2016-cı illərdə ADU TEMPUS layihəsinin xarici dil tədrisi (FLEPP) qrant sahibi və koordinatoru olmuşdur. Bundan əlavə ADU, Erasmus Mundus proqramının dörd əsas layihəsində (Alrakis, Backis, Hermes və Ember) tərəfdaş universitet olaraq iştirak etmişdir.
2014-cü ildə ADU Erasmus Mundusun davamı olaraq Erasmus + mübadilə proqramına qatıldı və Azərbaycan Dillər Universitetinin Erasmus + KA1 mobilliyi və KA2 islahat proqramları çərçivəsində Avropa Birliyi universitetləri ilə ikitərəfli əlaqələri inkişaf etdirdi. Prosesin başlanğıcından bəri 243 tələbə bir semestr ərzində müxtəlif Avropa universitetlərində təhsil almış, eyni zamanda 40-dan çox ADU emekdasi bu universitetlərdə bir həftə və daha çox müddət ərzində dərs və təlimlərde istirak etmişdir.
 
Tərəfdaşlar
 
Hacettepe Universiteti (Türkiyə)
Həsən Kalyoncu Universiteti (Türkiyə)
Başkent Universiteti (Türkiyə)
Ordu Universiteti (Türkiyə)
Cumhuriyet Universiteti (Türkiyə)
Ardahan Universiteti (Türkiyə)
Atilim Universiteti (Türkiyə)
Strasburq Universiteti (Fransa)
Montpellier Universiteti (Fransa)
Bordo Montaigne Universiteti (Fransa)
Rouen Normandiya Universiteti (Fransa)
İslandiya Universiteti (İslandiya)
Murcia Universiteti (İspaniya)
Cadiz Universiteti (İspaniya)
Venesiyanın Ca ’Foscari Universiteti (İtaliya)
Milan Universiteti (İtaliya)
Cenova Universiteti (İtaliya)
Konin Dövlət Tətbiqi Elmlər Universiteti (Polşa)
Matej Bel Universiteti (Slovakiya)
Suceava Universiteti (Rumıniya)
Piteshti Universiteti (Rumıniya)
Sibiu Lucian Blaga Universiteti (Rumıniya)
Belqrad Universiteti (Serbiya)
 
Muracieət tələbləri
Erasmus + mübadilə proqramına müraciət etmək istəyən tələbələr aşağıdakı sənədləri təqdim etməlidirlər:
Transkript
İstinad məktubu
Motivasiya məktub
Akademik Sertifikat
Dil Sertifikatı (Test Mərkəzindən verilməlidir)
 
* Xahiş edirik unutmayın ki, tələblər və seçim prosesi qəbul olunan universitetlərin meyarlarına uyğun olaraq dəyişə bilər. 
Elanlar Azərbaycan Dillər Universiteti Rəsmi Səhifə | Facebook və Azərbaycan Dillər Universiteti Beynəlxalq əlaqələr şöbəsi | Facebook
əlaqə uchun 
international.relations@adu.edu.az