Xaricdə Azərbaycan Mərkəzləri

İndoneziyada Azərbaycan Mədəniyyəti Mərkəzi

2018-ci ildə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə ilk dəfə İndoneziya Respublikasının İndoneziya Universitetində Azərbaycan Mədəniyyəti Mərkəzi yaradılıb.

Mərkəz ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, görkəmli yazıçı və şairlərimizin portretləri, dövlət atributları – bayraq və gerbimiz, Azərbaycan multikulturalizmi haqqında məlumatları özündə əks etdirən kitab və şəkillərlə təmin olunub. Mərkəz universitetin fundamental kitabxanasının binasında yerləşir. İndoneziya Universiteti Azərbaycanla bağlı tədbirlərin və görüşlərin keçirilməsi üçün mərkəzi böyük zalla təmin edib.

Azərbaycan Mədəniyyəti Mərkəzi və ADU-dakı İndoneziya Araşdırmalar Mərkəzinin əməkdaşlığı yüksək ixtisaslı kadrların yetişməsi və əlaqələrin möhkəmlənməsinə töhfəsini verəcək.

Ünvan: Pondok Cina, Beji, Depok City, West Java 16424, Indonesia