Strateji inkişaf və planlama şöbəsi COP29 iştirakçıları ilə 2025-ci il fəaliyyətlərini müzakirə etdi

Strateji İnkişaf və Planlama Şöbəsinin təşkilatçılığı ilə COP29-da iştirak etmiş
tələbələrlə 2025-ci ildə universitet daxilində həyata keçiriləcək fəaliyyətlər
müzakirə olundu. Görüşdə, Strateji İnkişaf və Planlama Şöbəsinin əməkdaşları
Günay Seyidova və Gültac Bayramova universitetin strateji inkişaf planları
haqqında təqdimat edib.
Həmçinin, Avropa Dilləri Kafedrasının baş müəllimi Sevda Abuzərli də iştirak
edərək, beynəlxalq təcrübələrin universitetdəki tədris fəaliyyətlərinə təsirini
vurğulayıb. Tələbələr, COP29-da qazandıqları təcrübələrdən universitetin
inkişafında necə istifadə olunacağına dair təkliflər təqdim ediblər.
Görüşün nəticəsində 2025-ci ildəki fəaliyyətlərə dair konkret fəaliyyət planı irəli
sürülüb və gələcəkdə bu cür müzakirələrin davam etdirilməsi üçün aşağıda qeyd
edilən təkliflərin reallaşdırılması müzakirə edilib;
1. Universitetdə ekoloji problemlərə dair seminarlar, təlimlər və təbii
resursların qorunması ilə bağlı layihələr təşkil etmək;
2. Universitet olaraq, sosial məsuliyyət layihələrində aktiv iştirak etmək;
3. Universitetdə gənc liderlər üçün mentorluq proqramı yaratmaq və s.

















