Davamlılıq

Strateji inkişaf və planlaşdırma şöbəsi Korrupsiyanın təhsil resurslarına təsiri və təhsil keyfiyyətinə yaradacağı zərərlər mövzusunda təlim keçirdi

Strateji inkişaf və planlaşdırma şöbəsi  Korrupsiyanın təhsil resurslarına

təsiri və təhsil keyfiyyətinə yaradacağı zərərlər mövzusunda təlim keçirdi

Strateji İnkişaf və Planlaşdırma Şöbəsi tərəfindən təşkil edilən Korrupsiyanın

təhsil resurslarına təsiri və təhsil keyfiyyətinə yaradacağı zərərlər adlı silsilə

tədbirinin ilkin mərhələsi Filologiya fakültəsinin tələbələri üçün keçirildi. Təlim,

təhsil sahəsində korrupsiyanın potensial mənfi təsirlərini və təhsil keyfiyyətinə

necə zərər verə biləcəyini vurğulamaq məqsədini daşıyırdı.

Təlimdə Strateji İnkişaf və Planlaşdırma Şöbəsinin müdiri Röya Əliyeva açılış

nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətini və təhsil sistemində korrupsiya ilə

mübarizənin vacibliyini qeyd edib. Şöbənin mütəxəssisləri İngilis bölməsi üzrə

Günay Seyidova və Azərbaycan bölməsi üzrə Gültac Bayramova təqdimatlarla

çıxış edərək, korrupsiyanın təhsil resurslarına təsirini və təhsil keyfiyyətinə

yaratdığı zərərləri müzakirə edib.

Təlimdə iştirak edən tələbələr, korrupsiyanın təhsil resurslarının ədalətli

paylanmasına necə mane olduğunu, təhsil müəssisələrinin fəaliyyətindəki qeyri-

şəffaflığın təhsil keyfiyyətinə təsirini öyrəniblər. Təlimin əsas məqsədi, tələbələrdə

korrupsiya ilə mübarizə haqqında maarifləndirmə yaratmaq və təhsil sahəsində etik

prinsiplərin əhəmiyyətini vurğulamaq olub.

 

Bu silsilə tədbirlər, gələcəkdə digər fakültələrin tələbələri ilə davam etdiriləcək və

korrupsiyanın təhsil resurslarına təsirinin azaldılması üçün müvafiq tədbirlərin

görülməsi istiqamətində əhəmiyyətli bir addım olacaq.