Davamlılıq

İcma ilə əməkdaşlıq proqramı: Orta məktəb şagirdlərinə psixoloji dəstək

Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya Mərkəzi yerli təhsil müəssisələri ilə birgə orta məktəb şagirdlərinə psixoloji dəstək və karyera məsləhətçiliyi layihəsini həyata keçirib. Proqram çərçivəsində fərdi psixoloji məsləhət sessiyaları, akademik stressin idarə olunması ilə bağlı qrup müzakirələri və effektiv öyrənmə metodları üzrə təlimlər keçirilib. Bu təşəbbüs şagirdlərin psixoloji dayanıqlılığını artırmaq və onların akademik uğurlarına töhfə vermək məqsədi daşıyıb.

Bu proqram ADU-nun ali təhsil müəssisəsi kimi sosial məsuliyyətini yerinə yetirmək və universitetin cəmiyyətlə əlaqələrini möhkəmləndirmək istiqamətində apardığı ardıcıl fəaliyyətin bir hissəsidir.