ADU-da "Davamlılığın Sosial Aspektləri" mövzusunda təlim keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Strateji İnkişaf və Planlama Şöbəsinin nəzdində fəaliyyət göstərən Ətraf Mühitin Davamlılığı üzrə Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə universitet əməkdaşları üçün "Davamlılığın Sosial Aspektləri" mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi davamlılığın sosial ölçüləri barədə məlumatlılığı artırmaq və ali təhsil müəssisələrində bu istiqamətdə siyasətlərin tətbiqini təşviq etmək olub.
Təlim zamanı sosial məsuliyyət, etik idarəetmə və davamlılığın cəmiyyətə təsiri kimi mövzular müzakirə edilib. İştirakçılar davamlılıq prinsiplərinin akademik və inzibati fəaliyyətlərə inteqrasiyası ilə bağlı müzakirələr aparıb. Təlim ekoloji elmlər və sosial siyasət sahəsində mütəxəssislərin iştirakı ilə keçirilib və davamlı inkişafın ekoloji, iqtisadi və sosial aspektlərinin qarşılıqlı əlaqəsinə dair dəyərli fikirlər təqdim olunub.
Ətraf Mühitin Davamlılığı üzrə Tədqiqat Mərkəzi ADU-da davamlılıq sahəsində elmi təşəbbüsləri dəstəkləməyə, fənlərarası əməkdaşlığı genişləndirməyə və universitet daxilində ekoloji məsuliyyət mədəniyyətini formalaşdırmağa davam edəcək.



