Azərbaycan Dillər Universiteti (ADU) akademik azadlıq və institutsional muxtariyyətin vacibliyini vurğulayaraq elmi axtarışların sərbəstliyini, tədqiqat nəticələrinin məhdudiyyət olmadan paylaşılmasını və elmi fəaliyyətə xarici müdaxilənin qarşısının alınmasını təmin edir. Universitetin cəmiyyət və dünya birliyi qarşısında öhdəliyi təhsilin elmi bütövlüyünü və elmi keyfiyyətini təmin etməkdir. Bu öhdəliklər 1988-ci ildə İtalyanın Bolonya şəhərində 388 universitetin rektorları tərəfindən imzalanmış “Magna Çharta Universitatum” bəyannaməsinin prinsiplərinə uyğun yerinə yetirilir. Bu universal prinsipləri nəzərə alaraq, ADU-nun professor-müəllim heyəti və rəhbərliyi birlikdə sorğu, fikir və ifadə azadlığının tam şəkildə qorunmasını təmin etmək üçün məsuliyyət daşıyır. ADU-nun akademik azadlığa bağlılığı aşağıdakı kimi ifadə olunur:
- Biliklərin yayılması praktikasında iştirak edən Universitet ictimaiyyətinin bütün üzvləri auditoriyada tədrisin aparılmasında, Universitetdə və ya Universitetdən kənarda tədqiqatların aparılmasında, tədqiqat nəticələrinin nəşrində, müzakirəsində və şərhində sərbəstlik hüququna malikdir.
- Universitetin professor-müəllim heyəti və rəhbərliyi Universitetin hər bir üzvünün bədii ifadə və ya şəxsi elmi fikrini sərbəst ifadə etmək hüququnun qorunmasına təminat verilir.
- Universitet ictimaiyyətinin hər hansı üzvünün şəxsi fikrinə və ya ictimai ifadəsinə təsir göstərməyə və ya nəzarət etməyə cəhd etmir.
- Universitet öz şəxsi, vətəndaş mövqeyində Universitet icması üzvlərinin fikir ifadəsinə və birlik seçiminə hörmətlə yanaşır.
· Professor-müəllim heyəti elmi əsaslara söykənən tədris metodlarından istifadə etmək və dərs materiallarını sərbəst seçmək hüququna malikdir.
Bununla yanaşı, aşağıdakı öhdəliklər də akademik azadlıq hüququna daxildir.
- Həm universitet ictimaiyyətinə, həm də öz peşə sahəsinə qarşı etik öhdəlik və məsuliyyətləri yerinə yetirmək,
- Həm fərdi səviyyədə, həm də əməkdaşlıq ruhu çərçivəsində mükəmməlliyə və yenilikçiliyə sadiq qalaraq, tədris və tədqiqat sahələrində bilik sərhədlərini genişləndirmək,
- Universitetə qarşı məsuliyyətləri fərdi hüquqlardan ayrı tutmaq və ictimaiyyət qarşısında ifadə olunan fikirlərin heç bir halda universiteti təmsil etmədiyini və onu öhdəlik altına salmadığını bildirir.