"Tərcümə araşdırmaları" elmi-tədqiqat laboratoriyası

ADU-nun Pakistan nümayəndəliyi beynəlxalq forumda Azərbaycan dilini təbliğ edib

 

Mayın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) Pakistandakı Azərbaycan dil və mədəniyyət mərkəzi NUML-ın Dillər fakültəsinin Tərcümə şöbəsi ilə “Interpreting the World: Unlocking Language and Culture “(Dünyanın şərhi: dil və mədəniyyətin açılışı) adlı forumun təşkilində yaxında iştirak edib.

Forumda 50-yə yaxın müəllim və tələbə kollektivi iştirak edib. Forumda xüsusi qonaq qismində  iştirak edən ADM mərkəzinin rəhbəri Aynur Salmanova Azərbaycan dilinin tarixindən bəhs edərək, ana dilimizin tarixin müxtəlif dönəmlərində təzyiqlərə məruz qaldığını, işlənmə ərazisinin məhdudlaşdırıldığını qeyd edib.

Aynur Salmanova hər bir xalqın tarixinin, mədəniyyətinin məhz həmin dildə əks olduğunu vurğulayıb. Dilin xalqın mədəniyyətinə, milli kimliyinin formalaşmasında oynadığı danılmaz rolu vurğulayıb. Eyni zamanda, Türk , Urdu və Azərbaycan dilləri arasında qarşılaşdırma aparıb, deyimlər , atalar sözlər, salamlama , müraciət formalarından misal gətirərək Azərbaycan mədəniyyətinin təməlini təşkil edən sosial  normalar- böyüyə hörmət, sayğı, etik qaydalar, qonaqpərvərlik kimi xüsusiyyətlərinin Azərbaycan dildəki təzahürünü vurğulayıb. O, Şah İsmayıl Xətayinin hakimiyyəti dövründə Azərbaycan dilinin dövlət dili olmasını, Azərbaycan Xalq Cumhuriyyəti illərində  dilimizin inkişafının  daim diqqət mərkəzində olduğunu xatırladıb. Ötən əsrin 90-cı illərindən başlayaraq Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, saflığının qorunması üçün göstərdiyi böyük qayğıdan danışıb.