ADU-nun tələbələri Ümummilli liderin ildönümünə həsr olnmuş tədbir keçirib

Azərbaycan Dillər Universitetinin S.Poladov adına 159 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə olan tələbələrin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Q.Heybətov və müəllim N. Əlizadənin rəhbərliyi ilə baş tutub.
Tədbir zamanı məktəb şagirdləri şeirlər səsləndirib, mahnılar ifa ediblər.
Tədbir adıçəkilən məktəbin direktoru Gülşən Novruzovanın çıxışı ilə yekunlaşıb. Çıxışı zamanı o, tədbiri yüksək qiymətləndirib, təşkilatçılara təşəkkürünü bildirib.









