Laboratoriyalar

“Azərbaycanşünaslıq və Multikulturalizm” Mərkəzi

 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik K.M.Abdullayevin ümumi rəhbərliyi altında bir çox yeni mərkəz və elmi-tədqiqat laboratoriyaları ilə yanaşı, 2017-ci ildə Multikulturalizm Elmi-Tədqiqat Laboratoriyası (sonradan Multikulturalizm Mərkəzi) yaradılmışdır. May 2025-ci ildən universitet Elmi Şurasının qərarı ilə Azərbaycanşünaslıq Elmi Mərkəzi ilə birləşdirilərək “Azərbaycanşünaslıq və Multikulturalizm” adı altında fəaliyyət göstərir, ölkəmizdə azərbaycanşünaslıq və multikulturalizm üzrə araşdırmalar aparan əsas tədqiqat mərkəzlərindən biri kimi işini davam etdirir.

“Azərbaycanşünaslıq və Multikulturalizm” Mərkəzi azərbaycanşünaslıq və multikulturalizm sahəsində innovasiya, tədqiqat, tədris prosesinə qoşulmaq üçün nəzərdə tutulmuşdur. Bu, Azərbaycanın təhsil sistemində çoxmədəniyyətli və tolerant ənənələrin formalaşması istiqamətində daha bir addımdır. Araşdırmanın prioritet sahəsini multikulturalizmin Azərbaycan modelinin dünya modelləri ilə müqayisəli şəkildə tədqiqi və azərbaycanşünaslığın nəzəri və praktiki məsələlərinin öyrənilməsi təşkil edir.

“Azərbaycanşünaslıq və Multikulturalizm” Mərkəzinin əsas məqsədi Azərbaycan multikulturalizmi məfkurəsinin, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ümumbəşəri dəyərlərlə sintezinə, elm, təhsil və mədəniyyətin davamlı inkişafı sahəsində həyata keçirilən dövlət multikulturalizm və azərbaycançılıq siyasətinin tədqiqi və təbliğinə, multikulturalizmin, tolerantlığın, milli dəyərlərin inkişafına dəstək göstərməkdir.

“Azərbaycanşünaslıq və Multikulturalizm” Mərkəzi ümumdünya tarixi, mədəniyyəti, dini, siyasəti və s. ilə bağlı yerli və beynəlxalq konfransların təşkilatçılarından biri kimi fəaliyyət göstərir. Tələbələr üçün multikulturalizm və azərbaycançılıq üzrə aparıcı tədqiqatçıların mühazirələri təşkil edilir.

 

Mərkəzin əsas vəzifələri:

– Universitetdə təhsil alan azərbaycanlı gənclərin müasir elmi biliklərə yiyələnmiş və hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşması, multikulturalizm və tolerantlıq ruhunda, azərbaycançülıq ideologiyası istiqamətində tərbiyə olunması işinə dəstək göstərmək;

– Universitetdə təhsil alan əcnəbi tələbələrin Azərbaycan xalqının qədim tarixi və zəngin mədəniyyəti, milli-mənəvi dəyərləri, müasir Azərbaycanın gerçəklikləri ilə yaxından tanış olmalarını təmin etmək;

– Multikulturalizm və azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi, milli-mənəvi, bəşəri dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi, Azərbaycan multikulturalizminin və xalqımızın tolerantlıq ənənələrinin inkişaf etdirilməsi, gənclər arasında Azərbaycan mədəniyyətinə qayğıkeş münasibətin, milli və bəşəri dəyərlərə marağın artırılması istiqamətində fəaliyyət göstərmək;

– Ölkədə və ölkə xaricində multikulturalizm istiqamətində fəaliyyət göstərən müəssisə və təşkilatlar, elm və mədəniyyət mərkəzləri ilə, eləcə də universitet daxilində elm, tədris və mədəniyyət sahələrində fəaliyyət göstərən struktur bölmələrlə qarşılıqlı işgüzar əlaqələr qurmaq və onlarla yaradıcı əməkdaşlığı möhkəmləndirməkdir.

“Azərbaycanşünaslıq və Multikulturalizm” Mərkəzi elmi, elmi-kütləvi əsərləri, elmi-metodik və tədris materiallarını dərc etdirməyi, yerli və xarici tələbələr üçün multikulturalizm, tolerantlıq və azərbaycançılıq mövzularında kütləvi tədbirlər keçirməyi, xarici alimlərin, mütəfəkkirlərin multikulturalizm üzrə elmi əsərlərini Azərbaycan dilinə tərcümə etməyi, Azərbaycan multikulturalizmindən və azərbaycançılıq dəyərlərindən bəhs edən əsərlərin xarici dillərə tərcüməsini, multikulturalizm fənnini ölkə daxilində və xaricdə tədris edən mütəxəssislər üçün təlimlər keçirməyi planlaşdırır.

Mərkəzin qarşısında duran vəzifələr çox əhəmiyyətlidir və onun uğurlu fəaliyyəti Azərbaycanın akademik və mədəni həyatı üçün vacibdir.