Kafedralar

Linqvokulturologiya Kafedrası

 

Kafedranın yaranma tarixi: 1959-cu ildən Avropa dilləri fakultəsi nəzdində fəaliyyət göstərən kafedra 1993-cü ilədək “İngilis dilinin leksikası” adlandırılmışdır. Universitetin 1994-cü il 9 fevral tarixli iclasın qərarı və 14 fevral tarixli əmr ilə kafedra “İngilis dilinin leksikası və ölkəşünaslıq” adı ilə fəaliyyətini davam etdirmişdir. Daha sonra, ADU Elmi şurasının 3 dekabr 2013-cü il tarixli iclasının qərarı və rektorun 1/318 №li əmri ilə kafedranın adı dəyişdirilərək “Linqvokulturologiya” adlandırılmışdır. Hal-hazırda “Linqvokulturologiya” kafedrası İngilis və fransız dilləri fakültəsi nəzdində fəaliyyət göstərir və kafedra müdiri fil.f.d., dos. Vüsalə Elxan qızı Ağabəylidir.

      Kafedranın missiyası:

✓     Dünya ölkələri arasında intensiv iqtisadi, siyasi və mədəni əlaqələri ilə səciyyələnən müasir dövrdə əmək bazarının və ümumiyyətlə cəmiyyətin dil vasitəçiliyinə artan tələbatının ödənilməsi üçün dillər - mədəniyyətlərarası ünsiyyət sahəsində yüksək ixtisaslı və rəqabətli mütəxəssislərin hazırlanmasının təmin edilməsi;

 

✓     Xarici dillərin (ingilis dilinin) tədrisi sahəsində dərin biliklərə, peşəkar kompetensiyalara malik müəllimlərin hazırlanması, habelə sosio-linqvistik və linqvo-mədəni problematikanın tədbiqi sahəsində elmi kadrların yetişdirilməsi ilə bağlıdır.

Kafedranın hədəfləri:

Ø Milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;

Ø Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin etmək, təhsil alanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq,

Ø Müasir əmək bazarında öz layiqli yerini tutmağa çalışan fərdlər yetişdirmək və s.

Kafedranın məqsəd və vəzifələri:

Ø Kafedra olaraq innovativliyə meyl etmək, müəllimlərin akademik potensialının inkişafı üçün məqsədyönlü işlər aparmaq;

Ø Regionlarda innovativ təhsil mühitinin yaradılması məqsədilə bölgələrdəki məktəblərlə əməkdaşlıq etmək;

Ø Beynəlxalq və regional ali təhsil müəssisələrinin müxtəlif kafedraları ilə qarşılıqlı əlaqələri inkişaf etdirmək;

Ø Dünya təhsilinin inkişaf tendensiyalarını və Bolonya prosesinin təcrübəsini nəzərə alaraq, müasir tədris planlarının hazırlanmasına yardım etmək;

Ø Dünyadakı cari tendensiyaları nəzərə alaraq, müvafiq tələblər səviyyəsində mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanmasına, yeni ixtisasların Universitetin qəbul planına salınmasına dair töhvə vermək;

Ø Regional, milli və beynəlxalq əmək bazarının inkişaf perspektivlərinə uyğun olaraq işəgötürənlərin tələblərinə cavab verən kadrların hazırlanması;

Ø İnnovasiya infrastrukturunun genişləndirilməsini həyata keçirə biləcək kadrların hazırlanması

 

      Kafedranın fəaliyyəti: Kafedra geniş fəaliyyət strukturuna malikdir. Kafedrada həm bakalavriatura, həm də magistratura  pilləsində ölkəşünaslıq və linqvoölkəşünaslıq, dil bacarıqları, akademik yazı və oxu, müxtəlif seçmə fənlər üzrə tədris prosesi həyata keçirilir.

Dil və mədəniyyətin qovşağını özündə birləşdirən  bu kafedra eyni zamanda  müasir cəmiyyət, mədəniyyətlərarası qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə xarakterizə olunur, bu da müsbət əməkdaşlıqla yanaşı, həm də mədəniyyətlərarası inteqrasiyaya da yol açır. Bu baxımdan universitet məzunlarının qarşısında ümumbəşəri mədəniyyət dünyasıyla tanış olmaq və digər milli mədəniyyətlərə tolerantlıqla yanaşmaq və hörmət etmək məsələləri durur. Bu xarici dilin tədrisində kommunikativ və linqvokulturoloji kompetensiyanı əhatə edən dünya mədəniyyəti, sosial hadisələrin və ənənələrin mədəni əsaslarını bilməkdən ibarətdir

      Kafedrada tədris edilən fənlər üzrə müəllimlər proqram və təqvim planları, sillabuslar hazırlayır, magistr  dissertasiyalarına rəhbərlik edirlər. İl ərzində və imtahan qabağı məsləhət saatlarının təşkil edilməsini,TEC-də tələbələrin iştirakını təmin edir və onların işlərinə rəhbərlik edir.

     Kafedra  universitet  və  digər ali  məktəblərdən daxil olan dissertasiya, dərslik, dərs vəsaitlərini, elmi məqalələri  müzakirə edir, rəylər verir, kafedraya təhkim  olunmuş  doktorant və dissertantlara rəhbərlik edir, dissertasiyalarının müzakirəsini keçirir. Kafedra üzvləri elmi  konfransların,  seminarların təşkilində fəal iştirak edir və elmi  məruzələrlə çıxış edirlər.

Kafedrada tədris olunan fənlər  üzrə açıq dərslər təşkil olunur və onların metodik təhlili aparılır. Gənc  müəllimlər üçün  müntəzəm olaraq  kurs və təlimlər təşkil edilir. Xaricdən dəvət  olunan mütəxəssislərin  təşkil etdiyi  təlim, vebinar və treyninqlərdə müəllim iştirakını təmin edir. Müntəzəm olaraq  kafedra və  bölmə iclaslarını  keçirir.

Kafedranın akademik proqramlarına bakalavriatura  və magistratura  pillələri üzrə proqramlar daxildir.

 

     Kafedranın tərkibi: Linqvokulturologiya kafedrasında 30 müəllim çalışır. Onlardan 3  nəfər filologiya elmlər doktoru, professor, 6 nəfər dosent, 2 nəfər dosent əvəzi, 12 nəfər filologiya üzrə elmlər doktoru, 21 nəfər baş müəllim, 1 nəfər isə müəllim vəzifəsində işləyir. Kafedrada 1 laborant fəaliyyət göstərir.  Kafedra əməkdaşlarının 4 nəfəri doktorant və dissertantlardır.

 

Müəllimlərinin  siyahısı         

Müəllimin adı,soyadı,ata adı

  Vəzifəsi

1

Ağabəyli Vüsalə Elxan qızı

Kafedra müdiri. fil.f.d.,dos.

2

Qazıyeva Məsməxanım Yusif qızı

fil.e.d.prof.

3

Abdürəhmanova Könül Elxan qızı

fil.e.d.,prof.əv.

4

Cəfərova Kəmalə Havadar qızı    

fil.e.d.,prof.əv.

5

Quliyev Tofiq Səfər oğlu

fil.f.d.,dos.

6

Gözəlova Nərgiz Cəfər qızı

fil.f.d.,dos.

7

Fərəcova Elina  İsa qızı

fil.f.d.,dos. 

8

Hacıyeva Mahirə Tahir qızı

fil.f.d.,dos.

9

Ağayeva Rəşidə Rəşid qızı

fil.f.d.b/m

10

Məmmədzadə Aynur Fazil qızı

fil.f.d.b/m

11

Zöhrab Məsmə Məcid qızı

fil.f.d.b/m

12

Putayeva Elnarə Eldar qızı

fil.f.d.b/m

13

Həsənova Nəzakət Aslan qızı

fil.f.d.b/m

14

Hasanquliyeva  Elnarə Akif qızı

fil.f.d.b/m

15

Mahmudova Firəngiz Şirin qızı

fil.f.d.b/m

16

Məlikova Gülnarə İsmayıl qızı

b/m

17

Muxtarova Dinara Kamal qızı

b/m 

18

Orucova Səidə Cəlal qızı

b/m

19

Mehdiyeva Səidə Mehdi qızı

b/m

20

Cəlilova Xanım Hüseyn qızı

b/m

21

Məmmədova  Aynur Tofiq qızı

b/m

22

Zairova Tahirə Davud qızı

b/m

23

 Əsədova Ülkər Nizaməddin qızı

b/m

24

Şamıyeva Rəbiyyə Bəhmən qızı

b/m

25

Məmmədova İlahə Rauf qızı

b/m

26

Muğalova Lamiyə Tahir qızı

b/m

27

Mirzəzadə Ülfan Malik qızı

b/m

28

Səfərova Aysel Vəliyulla qızı

b/m

29

Ramazanova Günel Fətulla qızı

b/m

30

Paşazadə Nərgiz Çingiz qızı

     

 

      

Kafedrada tədris olunan fənlər:

Bakalavriatura  pilləsi üzrə:

a)    Əsas fənlər bloku:    Dil bacarıqları 1,2 (I kurs)

                                  Dil bacarıqları 3,4 (II kurs)

                                  Dil bacarıqları 5,6  (III kurs)

                                  Ölkəşünaslıq

                                  Akademik yazı və oxu

b)    Seçmə fənlər bloku (ATM)Gündəlik danışıqda ingilis dili

                                              

                                                Mədəniyyət və ünsiyyət

                                                            Cəmiyyət, mədəniyyət və dil

                                                            Linqvokulturologiyanın əsasları

  

 

Magistratura pilləsi üzrə:                             

Linqvoölkəşünaslıq

 

 

Kafedra müdiri fil.f.d, dosent Ağabəyli Vüsalə Elxan qızı

Ünvan: Təbriz küçəsi 81, Azərbaycan Dillər Universiteti, 2 saylı bina, 215-ci otaq

[email protected]