ADU-nun Tərcümə fakültəsi
Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası
Kafedranın yaranması və tarixi:
Respublikamızda fransız dilinin tərcüməsinə 1991-cu ildə Azərbaycan Dövlət Dillər İnstitutunun Tərcümə və axşam təhsili fakültəsinin Fransız dilinin tərcüməsi kafedrasında f.f.d., dos. Əziz Gözəlovun rəhbərliyi altında başlanmışdır. İspan dilinin tədrisinə isə ilk dəfə 1964-1970-ci illərdə M.F.Axundov adına Xarici Dillər İnstitutunun Fransız dili kafedrası tərkibində başlanmışdır. O zamanlar kafedrada xarici ölkələrdən gəlmiş müəllimlər fəaliyyət göstərib. 2000-ci ildə İspan və İtalyan dili kafedrası yaradıldı. Kafedra müdiri Rəna Qafarova oldmuşdur. 2003-cü ildən b/m Hüseynağa Əmirov kafedraya rəhbərlik etməyə başladı. 2007-ci ilin sentyabr ayından İspan dili kafedrası Aybənisə Əliyevanın rəhbərliyi ilə müstəqil fəaliyyətə başladı. 2015- ci ildə Koreya dili kafedrası İspan dili kafedrası ilə birləşdirildi. 2015-2016- cı tədris ilindən kafedranın müdiri fil.f.d. Aynur Vaqif qızı Quliyeva olmuşdur. Azərbaycan Dillər Universitetində idarəetmə mexanizminin səmərəliliyini, tədrisin keyfiyyətini artırmaq məqsədilə 2017-ci il 1/290 nömrəli əmrlə Azərbaycan Dillər Universitetinin Fransız və İtalyan dillərinin, İspan dilinin tərcüməsi kafedralarının bazasında Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası yaradılmışdır. Kafedraya rəhbərlik fil.f.d., dos. Aynur Vaqif qızı Quliyevaya həvalə olunmuşdur. 2024-cü ilin dekabr ayından kafedraya fil.f.d., dos. Ülfət Zakir oğlu İbrahim rəhbərlik edir.
Kafedranın missiyası və fəaliyyəti:
Kafedranın qarşısında duran əsas vəzifə roman (fransız, ispan və italyan), Koreya, Çin, ərəb və erməni dillərini tələbələrə peşəkar şəkildə tədris etmək, vətənə, xalqına yararlı vətəndaş və dövrün tələblərinə cavab verən yüksək ixtisaslı tərcüməçi, filoloq (ispan dili və ədəbiyyatı üzrə) yetişdirməkdir. Kafedranın daxili fəaliyyətinə aşağıdakılar aiddir:
-Respublikamız üçün yüksək ixtisaslı tərçüməçi (fransız, ispan, italyan, Koreya, ərəb, Çin, erməni dilləri üzrə) və filoloq (ispan dili və ədəbiyyatı) mütəxəssisləri hazırlamaqdır. Bu vəzifənin həyata keçirilməsi üçün yuxarıda adları sadalanan fənlər bakalvr və magistr səviyyələrində tədris olunur;
-elmi məruzələr, o cümlədən magistr dissertasiyaları dinlənilir və müzakirə olunur;
-kafedranın əməkdaşları müxtəlif dərsliklər, dərs vəsaitləri, lüğətlər, monoqrafiyalar və məqalələr üzərində işləyirlər;
-tədrisdə baş verən innovasiyalarla və islahatlarla bağlı müxtəlif məsələlər müzakirə olunur;
ixtisasartırma kursları təşkil olunur;
-kafedra üzvlərinin təcrübə mübadiləsi məqsədi ilə bir-birinin dərsində iştirakı və açıq dərslərin təşkili;
-ayda bir dəfədən az olmayaraq kafedra iclasları keçirilir:
-müasir yazıçıların əsərlərinin Azərbaycan dilindən müvafiq dillərə və Azərbaycan dilinə tərcüməsi həyata keçirilir
-tədris olunan dillərin dil və mədəniyyətinin daha yaxından öyrənilməsi üçün tədbirlər təşkil olunur
Kafedranın müəllim heyəti
Ümumilikdə kafedrada 32 əməkdaş fəaliyyət göstərir: onlardan 18 nəfəri tam ştat müəllim,11 nəfəri 0,5 ştat, 1 kafedra müdiri və 2 laborantdır. Kafedra əməkdaşlarından 3 nəfər filologiya üzrə fəlsəfə doktoru, 3 dosent, 1 nəfər filologiya üzrə elmlər doktoru, 7 saathesabı müəllim, 3 nəfər dissertandır.
|
|
Fransız dili |
|
|
1 |
fil.f.d., dos. Ülfət Zakir oğlu İbrahim (Kafedra Müdiri) |
0,5 ştat |
|
2 |
b/m.Əhmədova Mətanət Əliağa qızı |
1 ştat |
|
3 |
dos.Seyid Vəfa Mirəhməd qızı |
0,5 ştat |
|
4 |
b/m.Əyyubova Xədicə Bayram qızı |
1 ştat |
|
5 |
m.Quliyeva Svetmira Vəli qızı |
0,5 (əvəzçi müəllim) |
|
6 |
m.Əhədli Səbinə İlqar qızı |
1 ştat |
|
7 |
m.Rəhmanova Nəzrin Süleyman qızı |
1 ştat |
|
8 |
m.Xaspolatova Cəmilə Əliyusif qızı |
1 ştat |
|
|
İspan dili |
|
|
9 |
dos.Quliyeva Aynur Vaqif qızı |
0,5 ştat |
|
10 |
b/m.Qənbərli Jalə Hikmət qızı |
1 ştat |
|
11 |
b/m.Əliyeva Rəna Mirzəbaba qızı |
0,5 ştat |
|
12 |
b/m.Məmmədova Rəhimə Qədir qızı |
1 ştat |
|
13 |
b/m.İbadova Lalə Baladadaş qızı |
1 ştat |
|
14 |
b/m.Mustafayeva Gülnar Şahin qızı |
1 ştat |
|
15 |
b/m.İmanova Elvira Məhəmməd qızı |
0,5 ştat |
|
16 |
b/m.Aslanova Nuridə Akif qızı |
0,5 ştat |
|
17 |
m.Quliyeva Aytac Azər qızı |
0,5 ştat |
|
18 |
m.Qəmbərova Günel İsmayıl qızı |
0,5 ştat |
|
19 |
m.Hüseynova Leyla Azər qızı |
0,5 ştat |
|
|
İtalyan dili |
|
|
20 |
f.e.d., prof.Bayramova Günel Məhəmməd qızı |
1 ştat |
|
21 |
b/m.Pənahova Dilşad Asif qızı |
1 ştat |
|
22 |
b/m.Əliyeva Kəmalə Həsənağa |
1 ştat |
|
23 |
m.Orucova Sevinc Bəhrəm qızı |
1 ştat |
|
|
Koreya Dili |
|
|
24 |
m.Əliyeva Bahar Akif qızı |
1 ştat |
|
25 |
25m.Misirova Nigar Fikrət qızı |
0,5 ştat |
|
26 |
m.Abışov Zaur Zabil oğlu |
0,5 ştat |
|
27 |
m.Abasova Günel Vaqif qızı |
1 ştat |
|
28 |
m.Mirzəyeva Ülviyyə İlham qızı |
1 ştat |
|
|
Ərəb dili |
|
|
29 |
m.Məmmədov İntiqam Ramazan oğlu |
1 ştat |
|
30 |
m.fil.f.d. Şərifov Kamil Möhübbət oğlu |
1 ştat |
|
Yang Yingjiao (çin dili) |
|
Məmmədova Nazpəri (erməni dili) |
Kafedrada tədris olunan fənlər
Bakalvr Əsas fənlər (11):
1. Tərcümə nəzəriyyəsi
2. Yazılı tərcümə (B dildən A dilə)
3. Yazılı tərcümə (A dildən B dilə)
4. Şifahi tərcümə
5. Sənədləşmə və terminologiya
6. İlkin tərcümə vərdişləri
7. Tərcümə və mədəniyyətlərarası ünsiyyət
8. Tərcümə və müqayisəli üslubiyyat
9. Yazılı mətnin şifahi tərcüməsi
10. Ardıcıl tərcümə və qeydgötürmə texnikası
11. Kompüter tərcümə proqramları
Seçmə fənnlər:
12. Tərcümədə nitq mədəniyyəti
13. Beynəlxalq qurumlar
14. İctimai-siyasi mətnlərin tərcüməsi
15. Bədii tərcümə
16. Rəsmi sənədlərin tərcüməsi
17. İqtisadi mətnlərin tərcüməsi
18. Neft –qaz mətnlərinin tərcüməsi
19. Tibbi mətnlərin tərcüməsi
20. Hüquqi mətnlərin tərcüməsi
21. Kiçik həcmli bədii əsərlərin tərcüməsi
22. Mədəniyyət sahəsinə aid mətnlərin tərcüməsi
23. İdman sahəsinə aid mətnlərin tərcüməsi
24. Turizmə aid mətnlərin tərcüməsi
25. Ekologiyaya aid mətnlərin tərcüməsi
Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası Filologiya (ispan dili və ədəbiyyatı) fakültəsində də fəaliyyət göstərir. Təsdiq olunan tədris planına uyğun olaraq, kafedra bakalavriatura təhsil mərhələsində aşağıdakı fənlərin tədrisi ilə məşğul olmuşdur.
Filologiya fakültəsi üzrə
1. İspan dilində nitq mədəniyyəti
2. İspan dilinin qrammatikası
3. İspan dilində yazılı anlama
4. Qədim dil (Latın dili)
5. Öyrənilən əsas dil 1
6. Öyrənilən əsas dil 2
7. Öyrənilən əsas dil 3
8. Öyrənilən əsas dil 4
Kafedramızda magistratura səviyyəsi üzrə aşağıda adı çəkilən fənlər tədris olunur:
1. Ümumi tərcümə 1
2. Ümumi tərcümə 2
3. Ümumi tərcümə 3
4. Tərcümədə işçi dillərin müqayisəsi
5. Tərcümə və diskurs
6. Turizm tərcüməçiliyi
7. C-A tərcümə
8. Tərcümənin mədəniyyətlərarası ünsiyyətdə rolu
9. Tərcümə mətninin keyfiyyətinin qiymətləndirilməsi
10. Üslubi ekvivalentlik
Kafedrada tədris olunan əksər fənlərin tədris proqramları tərtib olunub və yenilənmə prosesindədir, yeni fənlərin proqramları hazırlanır.