Kafedralar

Tərcümə Fakültəsi nəzdində Xarici dillər kafedrası

    Azərbaycan Dillər Universitetinin Tərcümə Fakültəsi nəzdində Xarici dillər kafedrası 08.08.2017-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti 1/290№li ƏMR əsasında Azərbaycan Dillər Universitetində idarəetmə mexanizminin səmərəliliyini, tədrisin keyfiyyətini artırmaq məqsədilə , Tərcümə və Mədəniyyətşünaslıq Fakültəsinin nəzdində Xarici dillər kafedrası yaradıldı. 07.11.2017-ci tarixdə isə 1/494№li ƏMR əsasında Azərbaycan Dillər Universitetində aparılan struktur dəyişikliklərinin davamı olaraq, Tərcümə və Mədəniyyətşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasnın müdiri – fil.elm.namizədi, dosent – Tamilla Hüseyn qızı Əmirova vəzifəsinə təyin olundu. Kafedrada dərslər ingilis, alman, fransız, ispan, italyan, koreya, rus olmaqla 7 dil üzrə və əsas və xarici dil olmaqla 2 istiqamətdə aparılır. Əsas dil tədris edən müəllimlər 1 və 2-ci kurslarda, xarici dil isə 2 və 4-cü kurslarda dərs aparır.

   Kafedranın əməkdaşları tədris etdikləri dərslərdə  müəllif və ya həmmüəllif olduqları aşağıda göstərilən vəsaitlərdən istifadə edirlər. Bunların arasında İngilis dilində məktubların yazılma qaydaları, Təbabətə aid mətnlərin tərcüməsi, Tərcümə: Mətn və çalışmalar, “Effective reading”, İmprove your writing skills, Ways of Effective Writing, Məhəbbət və Çörək ( Avqust Ştrinberq) , kafedramızın müəllimi Təranə Həsənovanın Connected speech kimi dərslik və dərs vəsaitini qeyd etmək olar. Bundan əlavə dərsliklər daim günün tələblərinə uygun olaraq müasirləşərək yenilənir. Kafedranın 2 müəllimi isə Ukrayna və Bolqarıstan ölkələrində olmaqla İmpakt faktorlu jurnallarda öz məqalələrini dərc etmişlər. Müəllimlərimiz respublika ve xarici konfrans, seminar ve konfranslarda iştirak edirlər.

TF nəzdində Xarici dillər kafedrasında 2 koreya vətəndaşı çalışır.

Kafedrada hal-hazırda bu fənlər tədris olunur:

  1. Tələffüz və şifahi nitq vərdişləri -1 (ingilis, alman, fransız, italyan, ispan, koreya dilləri üzrə)
  2. Tələffüz və şifahi nitq vərdişləri -2 (ingilis, alman, fransız, italyan, ispan, koreya dilləri üzrə)
  3. Tərcüməçinin oxu vərdişləri -1 (ingilis, alman, fransız, italyan, ispan, koreya dilləri üzrə)
  4. Tərcüməçinin oxu vərdişləri -2 (ingilis, alman, fransız, italyan, ispan, koreya dilləri üzrə)
  5. Tərcüməçinin yazı vərdişləri -1 (ingilis, alman, fransız, italyan, ispan, koreya dilləri üzrə)
  6. Tərcüməçinin yazı vərdişləri -2 (ingilis, alman, fransız, italyan, ispan, koreya dilləri üzrə)
  7. Tərcüməçinin effektiv kommunikativ bacarıqları -2  (ingilis, alman, fransız, italyan, ispan, koreya dilləri üzrə)
  8. Yazılı anlama və yazılı ifadə -1  (ingilis, alman, fransız, italyan, ispan, koreya dilləri üzrə)
  9. Yazılı anlama və yazılı ifadə -2  (ingilis, alman, fransız, italyan, ispan, koreya   dilləri üzrə)
  10. Şifahi anlama və şifahi ifadə -1 (ingilis, alman, fransız, italyan, ispan, koreya 

          dilləri üzrə)

  1. Xarici dil (ingilis, alman, fransız, rus, ispan) 1,2
  2. Xarici dil (ingilis, alman, fransız, rus, ispan) 3,4
  3. Xarici dil (ingilis, alman, fransız, rus ) 5

 

 Kafedranın tərkibi 42 müəllim,5 laborantdan ibarətdir. Belə ki, 30 müəllim tam  ştat, 10 müəllim 0.5 ştat, 2 müəllim 0.25 ştat olaraq fəaliyyət göstərir. Bunlardan 6 dosent, 21 baş müəllim, 15 müəllim olaraq çalışır.

  Pandemiya dövründə kafedra fəaliyyətini onlayn şəkildə apardığı üçün dərslər onlayn sistemdə keçirilmişdi. Tərcümə fakültəsi nəzdində Xarici dillər kafedrasının müəllimləri tələbələrlə Azərbaycan Respublikasının daxili – xarici siyasətini daha yaxşı mənimsəmələri, təkcə savadlı deyil həmçinin mədəni və mənəvi dəyərlərimizin yüksək qiymətləndirilmə, 44 günlük Vətən müharibəsinin nəticələri barədə vətənpərvər ruhda böyümələri yönündə söhbətlər aparmışlar.

   2020-ci il kafedrada Azərbaycanda 44 günlük İkinci Qarabağ Müharibəsi ili olduğu üçün 2021-2022- ci tədris ilində tələbələrlə İkinci Qarabağ Müharibəsi ilə bağlı bir çox söhbətlər aparılmışdır. Bununla əlaqədar olaraq kafedranın müəllim və professor heyəti tələbələrlə  - “Hardan başlanır vətən – ordumuzun uğurları”, mövzusunda söhbətlər aparmışdır.

  Bundan əlavə hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar dərslərdə bütün qruplarla söhbətlər aparılır. Tələbələr Xocalı faciəsinin xalqımızın yaddaşında qanla yazılmış bir faciə olduğu bir daha xatırladılır. Günahsız insanların başına gətirilən müsibətlərdən söz açaraq ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olduğu bildirilir.

      Ulu Öndər Heydər Əliyevin ildönümü münasibətilə “Heydər Əliyev və Şanlı Azərbaycan” adlı şagird-tələbə elmi konfrans, 31 dekabr Dünya Azərbaycanlılarının Həmyərlik gününə həsr olunmuş “Solidarity day” adlı tədbir, “Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş” böyük tədbir (2021-ci il), alman dilini öyrənən hər üç fakültə tələbələri üçün Germanistika bayramı, İspan dili mərkəzinin yaradılmasının 10 illiyi ilə əlaqədar bir neçə ölkə səfirlərin iştirakı ilə təntənəli tədbir, “Meeting of Cultures” adlı tədbir, “Amerika yazıçısı M.Tvenin “The one million pound banknote”” tamaşası  həyata keçirilmişdir.

   Kafedranın müəllimləri tələbələrlə Azərbaycan Respublikasının daxili – xarici siyasətini daha yaxşı mənimsəmələri, təkcə savadlı deyil,həmçinin mədəni və mənəvi dəyərlərimizin yüksək qiymətləndirilmə,vətənpərvər ruhda böyümələri yönümündə söhbətlər aparıblar.

 Hər tədris ilinin əvvəlində kafedramız aşağıdakı məsələlərin həyata keçirilməsini diqqət mərkəzdində saxlayır:

  • Tədris prosesinin  onlayn və əyani formada yüksək səviyyədə aparılması.
  • Təlim-tərbiyə işlərinin yaxşılaşdırılması.
  • Elmi-tədqiqat işlərinin aparılması.
  • Tələbələrdə hərbi vətənpərvərlik hissini daha da yüksəltmək.

   Tərcümə fakültəsi nəzdində Xarici Dillər  kafedrasının müəllim və laborant heyətində  1 dissertant və 4 doktorant çalışır.

  Hər il Azərbaycan Dillər Universiteti (ADU) Ulu Öndər Heydər Əliyevin 99 illiyi münasibətilə “Heydər Əliyev və Şanlı Azərbaycan” adlı şagird-tələbə elmi konfrans keçirilir. Həmin tədbirdə müəllimlərimizin rəhbərliyi ilə tələbələr müxtəlif mövzularda elmi iş hazırlayır. Kafedramızın müəllimlərinin 1 və 2-ci kurs tələbələri ilə dərs aparmaqlarına baxmayaraq müəllimlər tələbələrdə elmi işə maraq yaratmağa çalışır.