Kafedralar

Psixologiya və Pedaqogika kafedrası  haqqında

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının 04 iyul 2025-cü il tarixli 1saylı iclasının qərarı əsasında yeni kafedra yaradılması qərara alındı. Elmi Şuranın qərarına istinad edərək, Azərbaycan Dillər Universitetinin rektoru, akad. Kamal Abdullayevin 11 iyul 2025-cü il tarixində 85 saylı əmri əsasında Psixologiya və Pedaqogika kafedrası  yaradılmışdır və kafedra müdiri vəzifəsinə İranə Məhəmməd qızı Məmmədli seçilmişdir.

11 iyul 2025-cü il tarixində 85 saylı əmri əsasında saylı yeni yaradılmış   Psixologiya və Pedaqogika kafedrası tərkibinə aşağıda adları qeyd olunan ixtisaslar daxil edilmişdir.

1.    Korreksiyaedici təlim (tədris Azərbaycan dilində )

2.    İbtidai sinif müəllimliyi (tədris ingilis dilində)

3.    Məktəbəqədər təhsil (tədris ingilis dilində)

4.   Təhsildə sosial-psixoloji xidmət (tədris Azərbaycan dilində) 

          Həmçinin kafedranın nəzdində Psixoloji xidmət və İnklüziv təhsil mərkəzləri fəaliyyət göstərir. 

          Psixologiya və Pedaqogika kafedrası  Azərbaycanda davamlı inkişafın, insan kapitalının inkişafına, gənc nəslin bilik və bacarıqlara yiyələnməsinə istiqamətləndirilməsini yüksək dəyərləndirir. Bu konteksdə təhsil alan tələbələrin əmək bazarında yüksək mövqe tutması, cəmiyyətdə fəaliyyətlərini düzgün stimullaşdırmaları, hazırlanan kadrların insan kapitalının inkişafında önəmli rol oynaması kafedranın inkişaf strategiyasında önəmli müddəaları kimi dəyərləndiririk.

          Təhsil  hər bir insanın vətəndaş kimi yetişməsinə şərait yaradır.Kafedra  yaranan zaman onun maddi–texniki bazası, elmi-kadr potensialı, beynəlxalq əlaqələrinin gücləndirilməsi, səmərəli idarəetmə mexanizminin tətbiqi, müsbət psixoloji iqlimin formalaşdırılması, kafedra müdiri, müəllim və tələbə münasibətlərinin humanist və demokratik münasibətlər müstəvisində inkişaf etdirilməsi önəmli vəzifələr kimi dəyərləndirilmişdir. Qeyd olunan hədəflərə çatmaq üçün kafedrada səriştə əsaslı yanaşmanın prioritet istiqamət kimi seçilməsi tələb olunur. Bunun üçün, ilk növbədə, təhsilalanların istedadını üzə çıxarmaq və inkişaf etdirmək zəruri amildir. Bu konteksdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” öz məzmunu baxımından kafedranın  fəaliyyətində strateji əhəmiyyət kəsb edir.

          Kafedrada tələbələrin tələb olunan mütəxəssis kimi hazırlanması üçün mühüm addımlar atılır. İlk addım olaraq mənəvi sağlam iqlim yaradılması, müəllim və tələbə məmnunluğunun formalaşması üçün müəyyən işlər görülmüşdür. Bunun üçün, ilk növbədə, tələbələrlə müəllim arasında mütəmadi  (dərsdən əlavə) görüşlər təşkil olunur.

          Məlum olduğu kimi, hazırlanan kadrların səviyyəsinin yüksək olmasında təhsilin məzmunu önəmli rol oynayır. Bu istiqamətdə proqramların, dərsliklərin müasir tələblərə cavab verməsi üçün fikir mübadiləsi aparılmışdır. Hazırda  proqram və dərsliklərin yenilənməsi istiqamətində ciddi işlər görülür.

1. Missiya və Vizyon

  • Missiya: Tələbələri yüksək səviyyəli peşəkar kimi yetişdirmək, dil təlimi kontekstində psixologiya və pedaqogikanın  aktual problemlərinə dair tədqiqatlar aparmaq,  effektiv psixoloji-pedaqoji xidmətlər göstərmək.
  • Vizyon:Tədrisin böyük bir hissəsinin praktiki təcrübəyə yönləndirmək, məzunların əmək bazarına hazır olmasını təmin etmək. Əməkdaşların Web of Science/Scopus indeksli jurnallarda illik nəşrlərinin  təmin etmək.

İstiqamət 1: Tədris Prosesinin və Təhsil Proqramlarının Modernləşdirilməsi

İstiqamət 2: Elmi-Tədqiqat Fəaliyyətinin İnkişafı

         

          Fəaliyyət istiqamətləri

Tədris. Kafedrada bakalavriat və magistr  səviyyələri üzrə  təhsil xidmətləri göstərir.

Tədqiqat. Kafedrada  elmi tədqiqat işləri  həyata keçirilir. Kafedra müəllimlərinin apardığı elmi tədqiqatların nəticələri  elmi jurnallarda,metodik vəsaitlərdə öz əksini tapır.

İnklüzivlik. Psixoloqiya və   Pedaqogika kafedrasının nəzdində İnklüziv Təhsil Mərkəzi fəaliyyət göstərir. “Ali pedaqoji təhsilin ekosistemində inklüziv təcrübələr” İnklüzion Lab adlı  Beynəlxalq Açıq Elm-Təhsil laboratoriyasında sahə üzrə tədqiqatların aparılması, SİM şəxslər üçün nəzərdə tutulmuş avadanlıqlarla işin təşkili məqsədilə akademik və yardımçı heyət üçün təlimlərin keçirilməsi, təlim prosesində görmə, eşitmə, nitq qüsurlu tələbələrin təlimini dəstəkləmək məqsədilə avadanlıqların imkanlarından istifadə kafedrada  prioritet məsələlərdəndir.

Kafedra universitetdə peşə və ixtisas hazırlığı üzrə həm bakalavr, həm də magistratura pilləsində müxtəlif fənlərin tədrisini həyata keçirir. Kafedrada müxtəlif istiqamətlər üzrə aşağıdakı Psixologiya və Pedaqogika  fənləri tədris olunur: Psixologiya, Psixologiyanın əsasları, Pedaqoji psixologiya, Sosial psixologiya, Etnik psixologiya, İnkişaf və yaş psixologiyası, Uşaq psixologiyası, Şəxsiyyət və fəaliyyət psixologiyası, Ailə və gender psixologiyası, İdarəetmə psixologiyası, Psixi sağlamlıq,  Eksperimental psixologiya, Siyasi psixologiya, Psixodiaqnostika və psixokonsultasiya, Psixofizologiya, Psixoanaliz, İlkin psixoloji yardım, Psixolinqvistika, Təhsildə sosial-psixoloji xidmətin tarixi və metodologiyası, Peşəseçmənin psixoloji məsələləri, Psixoloqun peşə etikası, Tədqiqat üsulları, Təhsildə sosial-psixoloji xidmətin müasir problemləri, Tərbiyə psioxlogiyası, Təhsilin sosial-psixoloji problemləri,  İnkişaf pozuntuları, Psixoloji testləşdirmə, Məktəbdə psixoloji xidmətin xüsusiyyətləri,Pedaqogika, ibtidai təhsilin pedaqogikası,Təhsilin idarə olunması,  Müasir pedaqoji texnologiyalar, Müasir təhsilin pedaqogikası, Ailə pedaqogikası,Azərbaycanda məktəb  və pedaqojı fikir tarixi, Tədbiqi tədqiqatın əsasları,Ümumi təhsilin kurikulumunun əsasları, Pedaqoji ustalıq, Ali məktəb pedaqogikası və digər tədris olunan fənlər.

Kafedra bütün fakültələrdə müvafiq semestrlər və kurslar üzrə Psixologiya və Pedaqogika  fənlərini  tədris edir. Kafedra həmçinin Sosial psixologiya və Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi istiqaməti üzrə fəlsəfə və elmlər doktoru  proqramı üzrə doktorant və dissertant  hazırlayır.

          Universitet daxilində tələbə və müəllim kollektivi arasında praktik psixologiyaya aid bilikləri təbliğ etmək, eləcə də universitetin təlim-tərbiyə prosesinin optimalaşdırılması üçün müsbət psixoloji, pedaqoji  iqlimin təmin edilməsi, tələbələrin və pedaqoji kollektivin psixoloji sağlamlığının möhkəmləndirilməsi işində onlara xidmət göstərmək məqsədilə kafedranın nəzdində “ADU psixoloji xidmət mərkəzi” və  “ İnklyuziv Təhsil mərkəzi” fəaliyyət göstərir.

          Kafedranın 1 professor, 18dosent və fəlsəfə doktoru, 24 baş müəllim, 36 müəllim və 2 laborant olmaqla 72 nəfər əməkdaşı var.

 

          İnformasiya resursları. Kafedranın da yer aldığı ADU-nun “www.adu.edu.az” ünvanlı internet səhifəsi fəaliyyət göstərir. Bu səhifə zəngin informasiya resurslarına malikdir.  

İnfrastruktur. Kafedra Bakı şəhəri, Təbriz küçəsi 81 ünvanda yerləşən tədris binasında yerləşir.

Psixologiya və Pedaqogika kafedralarının tarixi haqqında:     

          Psixologiya və Pedaqogika  kafedrası 10 sentyabr 1948-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda  açıldığı tarixdən “Pedaqogika və psixologiya” adı ilə fəaliyyətə başlamış,  kafedraya Surxay Həsən oğlu Hacıyev rəhbərlik etmişdir.1959-cu ildən M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu adlandırılan ali təhsil müəsissəsinin Psixologiya kafedrasının müdiri 1962-1978-ci illərdə professor Fuad Əhməd oğlu İbrahimbəyov olmuşdur. 1978-2008-ci illərdə kafedraya psixologiya elmləri doktoru, professor Muxtar Əliş oğlu Həmzəyev, 2008-2012-ci illərdə Misgər Yolçu oğlu Məmmədov əvəzçiliklə rəhbərlik etmişdir. 2013-cü ildən 2018-ci ilədək kafedraya psixologiya üzrə fəlsəfə doktoru, dosent Ceyhun Qurbanalı oğlu Alıyev rəhbərlik etmişdir. Bir müddət kafedra müdiri vəzifəsini psixologiya üzrə fəlsəfə doktoru, dosent Əzim Əli oğlu Əliyev icra etmişdir. 2018-ci ildən 2023-cü illədək kafedraya psixologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Rasim qızı Babayeva rəhbərlik etmişdir. 2023-2025-ci ilin əvvəllərinə qədər kafedra müdürü dos. Ceyhun Alıyev olmuşdur. Daha sonra isə kafadra müdirinin vəzifələrini dosent Şəlalə Babayeva icra etmişdir. 2025-ilin may ayında dosent İranə Məhəmməd qızı Məmmədli Psixologiya kafedrasının müdiri vəzifəsini icra etməyə başlamışdır.

          Pedaqogika kafedrasına 1959-1972-ci illərdə dosent Qulam Məmmədov rəhbərlik edib.1973-1983-cü illərdə professor Aben Kərimov Pedaqoqika kafedrasına rəhbərlik etmişdir.1984-2015-ci illərdə professor Nurəddin Kazımov rəhbərlik etmişdir. 2015-2025 -ci illərdə   kafedraya pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nigar  Zeynalova rəhbərlik edib.

         

 

Kafedra müdiri, Psix.f.d.,dos Məmmədli İranə Məhəmməd qızı12:18 — 29 oktyabr, 2025Kafedra müdiri, Psix.f.d.,dos Məmmədli İranə Məhəmməd qızıPsix.f.d.,dos Alıyev Ceyhun Qurbanalı oğlu18:20 — 27 dekabr, 2024Psix.f.d.,dos Alıyev Ceyhun Qurbanalı oğluPsixologiya üzrə fəlsəfə doktoru, dosent Babayeva Şəlalə Rasim qızı18:19 — 27 dekabr, 2024Psixologiya üzrə fəlsəfə doktoru, dosent Babayeva Şəlalə Rasim qızıPsixologiya elmlər doktoru, professor Seyidov Səməd İsmayıl oğlu18:18 — 27 dekabr, 2024Psixologiya elmlər doktoru, professor Seyidov Səməd İsmayıl oğluPsixologiya üzrə fəlsəfə doktoru, dosent Quliyev Akif Əlihüseyn oğlu18:17 — 27 dekabr, 2024Psixologiya üzrə fəlsəfə doktoru, dosent Quliyev Akif Əlihüseyn oğluBaş müəllim Şahməmmədova Şəfəq İsmayıl qızı18:16 — 27 dekabr, 2024Baş müəllim Şahməmmədova Şəfəq İsmayıl qızıBaş müəllim Zeynalova Heyran Məmməd qızı18:15 — 27 dekabr, 2024Baş müəllim Zeynalova Heyran Məmməd qızıBaş müəllim Rizayeva Gülnarə Sadıx qızı18:14 — 27 dekabr, 2024Baş müəllim Rizayeva Gülnarə Sadıx qızıBaş müəllim Sadıxova Lalə Sabir qızı18:13 — 27 dekabr, 2024Baş müəllim Sadıxova Lalə Sabir qızıBaş müəllim İslamova Şəfəq İslam qızı18:12 — 27 dekabr, 2024Baş müəllim İslamova Şəfəq İslam qızıBaş müəllim Həsənova Mətanət Fariz qızı18:11 — 27 dekabr, 2024Baş müəllim Həsənova Mətanət Fariz qızıBaş müəllim İbrahimova Tahirə Təyyar qızı18:10 — 27 dekabr, 2024Baş müəllim İbrahimova Tahirə Təyyar qızıPsixologiya üzrə fəlsəfə doktoru. Haqverdiyeva Könül Məmməd qızı Baş müəllim18:09 — 27 dekabr, 2024Psixologiya üzrə fəlsəfə doktoru. Haqverdiyeva Könül Məmməd qızı Baş müəllimBaş müəllim Babayeva Könül Əziz qızı18:08 — 27 dekabr, 2024Baş müəllim Babayeva Könül Əziz qızıBaş müəllim Fəhratlı Satibə Əfəndi qızı18:07 — 27 dekabr, 2024Baş müəllim Fəhratlı Satibə Əfəndi qızıMüəllim Dəmirova Ceyhunə Ceyhun qızı18:06 — 27 dekabr, 2024Müəllim Dəmirova Ceyhunə Ceyhun qızıMüəllim Əhmədova Nübar Nizami qızı18:05 — 27 dekabr, 2024Müəllim Əhmədova Nübar Nizami qızıMüəllim Abbasova Gülnur Oqtay qızı18:03 — 27 dekabr, 2024Müəllim Abbasova Gülnur Oqtay qızıLaborant-müəllim Bəylərova Siddiqə Elxan qızı17:21 — 27 dekabr, 2024Laborant-müəllim Bəylərova Siddiqə Elxan qızı