İtaliyalı rektor: "Konfrans həm elmi, həm də beynəlxalq dialoq baxımından olduqca faydalı oldu"

Mayın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” VIII Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Elmi Konfransın iştirakçılarından biri də İtaliyanın Peruca Əcnəbilər Universitetinin rektoru, tanınmış alim, professor Valerio de Cesaris olub.
Tədbirdə çıxış edən professor konfransın təşkilatçılığına yüksək qiymət verərək, müzakirə olunan mövzuların elmi və ictimai əhəmiyyətini xüsusi vurğulayıb:
“Konfrans həm elmi baxımdan, həm də beynəlxalq dialoq baxımından olduqca maraqlı və faydalı oldu. Burada müzakirə olunan mövzular multikulturalizmin müxtəlif aspektlərini dərindən araşdırmaq üçün mühüm imkan yaratdı. Bu cür tədbirlər qlobal səviyyədə qarşılıqlı anlaşma və mədəni əməkdaşlıq üçün vacibdir. Gələcəkdə də bu təşəbbüslərdə iştirak etməyə hazıram".