XƏBƏRLƏR

Akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib  

30 aprel, 2025

Azərbaycan Dillər Universitetinin (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının təşəbbüsü, baş müəllimlər Rəna Əhmədova və Xatirə Əzizovanın təşkilatçılığı ilə görkəmli alim, qayğıkeş həkim, gözəl insan akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Dəyirmi masada ingilis alman dilləri fakültəsinin dekanı dos.N.Camalzadə, ingilis fransız dilləri fakültəsinin dekan müavinləri dos.N.Əsədov və Z.Alıyeva, kafedranın müəllimləri və hər iki fakültənin III kurs tələbələri iştirak ediblər.

Tədbir Dövlət himni və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Sonra tələbələrdən Humay Zeniyeva və Mədinə Qədimli tədbiri açıq elan edib.

Tələbələr- Qəndab Mustafayeva, Gülnur Qarayeva, Gülcan Vahidova, Nəzrin Səfərova “Zərif ruhun nişanəsi” adlı səhnəciyi təqdim edib, Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş şerlər söyləyiblər.

Tələbələrin ifasında Sevil Əliyevanın “Ana” mahnısı ifa olunub.