Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə esse müsabiqəsi keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Müəllim və Tələbə Həmkarlar Təşkilatının təşəbbüsü ilə Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə esse müsabiqəsi keçirilib. Müsabiqə Filologiya, İngilis və alman dilləri, İngilis və fransız dilləri fakültələrinin 3-cü və 4-cü kurs bakalavr tələbələri arasında keçirilib.
Müsabiqədə tələbələrə ingilis, fransız, alman dillərində 3 mövzu- “Heydər Əliyev və Hüquqi dövlətin bünövrəsi”, “Milli suverenlik və Lider mirası”, “Heydər Əliyev - suveren Azərbaycanın banisi” təqdim olunub, onlardan istənilən biri haqqında minimum 250 sözdən ibarət esse yazmaq tapşırılıb və 45 dəqiqə vaxt verilib. Esse yazmaqla bağlı şərtlər müsabiqənin kafedra üzrə təşkilatçıları olan ped.f.d., dos. Jalə Mehrəliyeva, b/m. Elfinaz Davudova, m. Təhməzova Aynur , m. Tükəz Piriyeva və m.Venera Mustafayeva tərəfindən tələbələrə öncədən bildirilib.
Qeyd olunub ki, müsabiqədə qalib gələn namizədlər diplom ilə, digər namizədlər isə sertifikatla təltif olunacaqlar.













