XƏBƏRLƏR

Tələbələrin ifasında “Arşın mal alan” əsəri səhnələşdirilib

18 mart, 2025

Azərbaycan Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsi nəzdində fəaliyyət göstərən İngilis dilinin qrammatikası kafedrası tərəfindən dahi bəstəkar Üzeyir Hacıbəyovun 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində “Arşın mal alan” operettası ingilis-fransız və ingilis-alman dilləri fakültələrinin tələbələrinin ifasında tamaşaya qoyulub.

Səhnə əsərində İlkanə Mustafayeva, Nəzrin Süleymanlı, Sidurə Şabanova, Şükufə Babayeva (204 A), İlkin Hadızadə (220 A), Emil Xəlilov, Xaliq Cəlilzadə və Vüqar Alışov (323 A) çıxış ediblər.

Tədbiri İngilis dilinin qrammatikası kafedrasının müdir vəzifəsini icra edən professor Leyla Xanbutayeva açaraq, Novruz bayramı ilə “Arşın mal alan” əsəri arasındakı mədəni, sosial və simvolik əlaqələrdən danışıb.

 Tədbirdə ADU rektorunun müşaviri, filologiya üzrə fəlsəfə doktoru A.Osmanlı, İngilis-fransız dilləri fakültəsinin dekanı dosent V.Bənnayeva, İngilis-alman dilləri fakültəsinin dekanı dosent N.Camalzadə, kafedra müdirləri dosent V.Ağabəyli, dosent G.Şirəliyeva, dosent X.Əsgərova və tələbələr iştirak ediblər.

Sonda tamaşada iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.