ADU-da ailə dəyərləri mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və Alman dilləri fakültəsi nəzdində İngilis dilinin leksikologiyası kafedrası tərəfindən “Ailə dəyərləri və milli adət-ənənələrin qorunması” mövzusunda dəyirmi masa keçirilib. Tədbir kafedranın baş müəllimi Mülayim Bağırovanın rəhbərliyi və 204b qrupunun tələbələrinin iştirakı ilə baş tutub.
Tədbirdə İngilis dilinin leksikologiyası kafedrasının müdiri, filologiya elmlər doktoru, professor Fikrət Cahangirov iştirak ediblər.
Öncə Mülayim Bağırova Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda açılan ilk beynəlxalq SOS Uşaq Kəndinin tarixi və missiyası haqqında məlumat verib. Daha sonra tələbələr ailə dəyərləri, adət-ənənələr, nəsillərarası fərqlər və mənəvi dəyərlərin təbliği kimi mövzularda çıxış ediblər.
Tədbir professor Fikrət Cahangirovun yekun nitqi ilə başa çatıb. O, təqdim olunan mövzuların əhəmiyyətini vurğulayaraq, Azərbaycanda ailə institutunun əsas xüsusiyyətləri barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, dəyirmi masa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində keçirdiyi maarifləndirmə tədbirləri çərçivəsində reallaşıb.









