XƏBƏRLƏR

164 nömrəli məktəbin şagirdləri ADU-da ekskursiyada olublar

10 mart, 2025

Bakı şəhəri 164 nömrəli tam orta məktəbin müəllim və 10-11-ci sinif şagirdləri Azərbaycan Dillər Universitetində (ADU) ekskursiyada olublar. Tədbir "ADU brendinin təbliği" məqsədi ilə İngilis və alman dilləri, həmçinin İngilis və fransız dilləri fakültələrinin birgə təşkilatçılığı ilə 2 nömrəli tədris binasında baş tutub.
Ekskursiya zamanı fakültə dekanları şagirdlərə Azərbaycan Dillər Universiteti, burada fəaliyyət göstərən fakültələr və ixtisaslar haqqında ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar. Şagirdlər universitetdəki kafedraları, mərkəzləri, kitabxananı, qiraət zalını və müxtəlif auditoriyaları gəzərək tədris prosesi ilə yaxından tanış olublar. Bundan əlavə, onlar 213r qrupunun "Dil bacarıqları-4" fənnində iştirak edərək dərs prosesini müşahidə ediblər.
Ekskursiyanın əsas məqsədi şagirdlərin universitet mühitini daha yaxından tanıması və onlarda motivasiya hissinin artırılması olub. Şagirdlərdən bir çoxu gələcəkdə təhsillərini məhz Azərbaycan Dillər Universitetində davam etdirmək istədiklərini bildiriblər.