XƏBƏRLƏR

Təhsil fakültəsində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

10 mart, 2025

Martın 7-də Təhsil fakültəsinin və Fakültə Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə fakültə dekanı, professor H.Ə.Əlizadə çıxış edərək qadınları təbrik edib. Fakültə Tələbə Həmkarlar Təşkilatının sədri Medina Pirizadə fakültənin aktiv tələbələri adından çıxış edərək iştirakçılara təbriklərini çatdırıb. Tədbir çərçivəsində Fidan Allahverdiyeva şeir səsləndirib, Hacı Arzu isə 8 Mart Beynəlxalq Qadınlar Gününün tarixi haqqında məlumat verib.

Pedaqogika kafedrasının müəllimi Şirinova Ayşan İbad qızının rəhbərlik etdiyi İbtidai sinif müəllimliyi ixtisasının 230a və 230b qruplarında təhsil alan tələbələr səhnəciklər və rəqs nümunələri təqdim ediblər. Hacıyeva Aysel, İsmayılova Aybəniz, Tahirova Nəzrin, Əbilova Nəzrin, Malikzadə Xədicə, Süleymanzadə Nigar, Fərhadova Zəhra, Şirinova Mehriban, Cəfərli Südabə və Feyzullayeva Aytac tədbirdə iştirak edərək, ingilis dilində təhsil aldıqları üçün səhnəciklərini həmin dildə təqdim ediblər.

Tədbirin əsas mövzusu Azərbaycan, Türkiyə, İspaniya və ərəb ölkələrinin rəqsləri və onların önəmi, qadınların hüquqlarının qorunması və müasir dövrdə qadınların müdafiəsi olub. Çıxışçılar qadın haqlarının qorunmasının vacibliyini vurğulayıblar.