ADU TGT üzvləri “The WeekEnd - II” düşərgəsində iştirak ediblər
07 mart, 2025

Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının (ADU TGT) bir sıra üzvləri Quba Olimpiya İdman Kompleksində keçirilən “The WeekEnd - II” düşərgəsində iştirak ediblər.
Təlimlər, komanda oyunları və intellektual yarışlarla zənginləşən düşərgə iştirakçılar üçün motivasiya dolu və unudulmaz bir həftəsonu olub. Gənclər burada həm bilik və bacarıqlarını inkişaf etdirmək, həm də yeni dostluqlar qurmaq imkanı əldə ediblər.
Düşərgə çərçivəsində keçirilən tədbirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.



