Təhsil fakültəsində Xocalı soyqırımı qurbanları anılıb

26 fevral 2025-ci il tarixində Təhsil fakültəsində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fakültənin dekanı, professor Hikmət Əlizadə çıxış edərək Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş dəhşətli cinayət olduğunu vurğulayıb. O, Xocalı soyqırımının tariximizin ən qanlı səhifələrindən biri olduğunu və bu faciənin heç zaman unudulmayacağını bildirib.
Fakültə Tələbə Həmkarlar Təşkilatının sədri Pirizadə Mədinə də çıxış edərək, Xocalı qurbanlarının xatirəsinin daim yaşayacağını qeyd edib. Daha sonra tələbələrin hazırladığı Xocalı faciəsini əks etdirən videoçarx nümayiş etdirilib.
Tələbə Fəridə Məmmədovanın “Ana Fəryadı” adlı kompozisiyası tədbir iştirakçıları tərəfindən böyük diqqətlə izlənilib.
Tədbirin sonunda tələbə Fəridə Allahverdiyeva Fəridə “Candır Şəhid” adlı şeiri səsləndirib.























