ADU müəllimi tələbələrlə görüşüb

Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının jurnalistika ixtisası üzrə müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Hüseynova istehsalat təcrübəsi keçən tələbələrlə görüş keçirib.
O, Beynəlxalq jurnalistika ixtisasında təhsil alan və Baku TV-də təcrübə keçən tələbə Eşqin Cəfərov və telekanalın baş redaktoru Elmar Əbilovla bir araya gəlib. Görüş zamanı təcrübə müddətində yerinə yetiriləcək tapşırıqlar və görüləcək işlər müzakirə olunub.
Daha sonra dosent A. Hüseynova Report İnformasiya Agentliyində təcrübə keçən tələbələr – Gülçin Aslanova, Mələk Əhmədzadə, Sara İbrahimova və Report Media Məktəbinin rəhbəri İsmayıl Rafiqoğlu ilə görüşüb. Tələbələrin təcrübə zamanı gördükləri işlər barədə məlumat verilib, qarşıda duran planlar müzakirə edilib.
Görüş zamanı İsmayıl Rafiqoğlu müasir jurnalistikanın aktual problemləri barədə fikirlərini bölüşüb və tələbələrin suallarını cavablandırıb.









