XƏBƏRLƏR

ADU-da dördüncü kurs tələbələri ilə görüşü keçirilib

05 fevral, 2025

Azərbaycan Dillər Universitetində (ADU) Təhsil fakültəsinin dekanı prof. Hikmət Əlizadənin dördüncü kurs tələbələri ilə görüşü keçirilib.

Görüşdə Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Nicat Aşurov və əməkdaş Nailə Əhmədova iştirak ediblər.

Görüşün keçirilməsində əsas məqsəd tələbələri Təcrübəyə buraxılma şərtləri, prosedurlar haqqında məlumat vermək və onları əmək bazarına hazırlamaq prosesi ilə tanış etmək olub.

Sonda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.