XƏBƏRLƏR

ADU ilə Ankara Universitetinin professor-müəllim heyəti arasında onlayn görüş keçirilib

03 fevral, 2025

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova ilə Ankara Universitetinin professor-müəllim heyəti arasında onlayn görüş keçirilib.

Qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilən görüşdə Azərbaycan Dillər Universitetində TÖMER-in (Türk dili tədris mərkəzi) açılması, Türkiyədə bir aylıq Türk dili Yay Məktəbi Proqramının yaradılması- azərbaycanlı və xarici tələbələr üçün intensiv türk dili kursu təşkil edərək onların danışıq, yazı və dinləmə bacarıqlarını inkişaf etdirməklə bağlı danışıqlar olub.

 Proqram eyni zamanda türk mədəniyyətini tanıtmaq və iki ölkə arasındakı dil-mədəni əlaqələri gücləndirmək məqsədi daşıyır və azərbaycanlı müəllimlər üçün “Türkiyə türkcəsi” sertifikatlaşdırma (Sertifikat TÖMER və ADU tərəfindən veriləcək) proqramı imkanının yaradılması barəsində fikir mübadiləsi aparılıb.

Görüşdə bildirilib ki, təşəbbüs həm akademik əməkdaşlığı gücləndirəcək, həm də iki qardaş ölkə arasında mədəni və dil körpüsünü daha da möhkəmləndirəcək.