XƏBƏRLƏR

Dinləmə və danışıq üzrə imtahan keçirilib

10 yanvar, 2025

Xəbər verdiyimiz kimi Azərbaycan Dillər Universitetində cari semestr üzrə dinləmə (listening) ilə yanaşı, ixtisas dilini öyrənən tələbələrin danışıq (speaking) bacarığı da yoxlanılacaqdır. Yanvarın 9-da ADU-da ilk dəfə dinləmə və danışıq üzrə imtahan keçirilib. 

Qeyd edək ki, 2024-cü il dekabrın 20-də ADU-nun rektoru akademik Kamal Abdulla İngilis-Alman, İngilis-Fransız və Filologiya fakültə dekanları, fakültə əməkdaşları və  2024-2025-ci tədris ilində I kurs tələbələrinin ixtisas fənləri üzrə dil bacarıqları fənnindən danışıq bacarığının qiymətləndirilməsi üzrə təyin olunan ekspertlərlə görüş keçirmişdi. 

Görüşdə akademik  Kamal Abdulla qeyd etmişdi ki, tədris planında bir sıra fənlər ixtisas-peşə bacarıqlarının öyrənilməsində mühüm rol oynayır. İxtisaslar üzrə dil bacarıqlarının inkişaf etdirilməsi xarici dilin tədrisində xüsusi önəm kəsb edir. Ötən tədris ilində ixtisasyönümlü dil fənləri üzrə dilin dörd əsas bacarığından (language skills) olan dinləmə bacarığının (listening) qiymətləndirilməsini imtahan prosesində təcrübədən keçirilib. Cari semestr üzrə dinləmə (listening) ilə yanaşı, ixtisas dilini öyrənən tələbələrin danışıq (speaking) bacarığı da yoxlanılacaqdır.  

Rektor vurğulamışdı ki, danışıq (speaking) bacarığının qiymətləndirilməsi cari tədris semestri üzrə təhsil alan I kurs tələbələrinə aiddir.