XƏBƏRLƏR

Dosent Rusiya Təbiət Elmləri Akademiyasının qızıl medalına layiq görülüb

08 yanvar, 2025

Azərbaycan Dillər Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Şahismayıl İsmayılov Rusiya Təbiət Elmləri Akademiyası (Beynəlxalq Alimlər, Müəllimlər və Mütəxəssislər Assosiasiyası) tərəfindən keçirilən “Elmin qızıl fondu” milli proqramı çərçivəsində Gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətinə görə qızıl medalla mükafatlandırılıb. Sözügedən proqram çərçivəsində göstərdiyi elmi və pedaqoji fəaliyyətə görə dünyanın bir çox tədqiqatçıları yüksək mükafatlarla təltif edilir.  

Qeyd edək ki, dosent Ş.İsmayilovun elmi məqalələri 2024-cü il ərzində Rusiyanın bir sıra elmi nəşrlərində çap olunub.