XƏBƏRLƏR

ADU-da təyyarə qəzasında həlak olanların əziz xatirəsi yad edilib

26 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və universitetin kollektivi Bakı-Qroznı istiqamətində uçan "Azərbaycan Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağılığı verir, yaralananlara isə şəfa diləyir. Allah rəhmət eləsin!

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilib.

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.