Sağlamlıqla bağlı maarifləndirici tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Səfurə Mirsalamovanın təşkilatçılığı ilə “Sağlam həyat tərzi və bioloji fəallığa malik olan qida əlavələrinin orqanizmin sağlamlığı üçün vacib xüsusiyyətləri” adlı tədbiri keçirilib.
Tədbirdə Təhsil fakültəsinin 318 və 334-cü qrup tələbələri, kafedranın baş müəllimləri Nahidə Məmmədova, Sevda Musayeva, qonaq qismində isə Tibbi Tədris-Təməl mərkəzinin mütəxəssisləri nutrisioloq Hüsniyyə Əliyeva, alternativ təbabət üzrə mütəxəssis Gülnar Hüseynova iştirak ediblər.
Bioloji qida əlavələrinin müxtəlif yaş dövrlərində orqanizm üçün gərəkli, vacib və əhəmiyyətli olduğu tədbirdə geniş müzakirə edilib, faktlar söylənilib.
Tədbirin sonunda tələbləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.





