ADU kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 dekabr, 2024
Azərbaycan Dillər Universitetinin kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət edib.
Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.