XƏBƏRLƏR

ADU-nun əməkdaşları Beynəlxalq Fakültə İnkişafı Proqramında iştirak ediblər

07 sentyabr, 2024

Sentyabrın 2-dən 6-dək Azərbaycan Dillər Universitetinin əməkdaşları Pakistan Milli Müasir Dillər Universitetinin (NUML) təşkilatçılığı ilə keçirilən Fakültə İnkişafı Proqramına (Level I) qatılıb. Onlayn formatda təşkil olunan bu tədbirdə universitetimizin müxtəlif fakültələrinin nümayəndələri iştirak ediblər.

Tədbirin əsas məqsədi yeni işə götürülən müəllimlərin tədris bacarıqlarını inkişaf etdirmək, araşdırma işlərində metodologiyanı təkmilləşdirmək və müasir universitet mühitində pedaqoji təcrübəni artırmaq olub.

Proqram çərçivəsində keçirilmiş mövzular:

  • Təlim-tərbiyənin müasir yanaşmaları və akademik planlaşdırmanın müxtəlif aspektləri;
  • Tədqiqat işi yazmaq və təsirli təkliflər hazırlamaq;
  • Komanda işi, liderlik və tolerantlığın təşviqi;
  • İnteraktiv metodlar vasitəsilə təlim prosesinə tələbələrin fəal cəlb edilməsi.

Proqramda Azərbaycan Dillər Universitetinin Filologiya, Təhsil I və Təhsil II, Tərcümə və Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültələrini təmsil edən aşağıdakı əməkdaşlar iştirak edib:

  • Filologiya fakültəsi: Lətifə Şirzadova, Aysel Qurbanzadə;
  • Təhsil I fakültələri: Şəhla Qocayeva, Zəhra Qəhrəmanova;
  • Təhsil II fakültəsi: Fidan Hacıyeva, Günay Seyidova;
  • Tərcümə fakültəsi: Nüşabə Həsənova, Ramina Məhrrəmova;
  • Beynəlxalq Münasibətlər fakültəsi: Fəridə Səfərova, Səda Səvzixanova.

Tədbir iştirakçıları proqramın yüksək səviyyədə təşkil olunmasını və keçirilmiş mövzuların peşəkar biliklərin artırılmasına böyük töhfə verdiyini vurğulayıblar.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.