XƏBƏRLƏR

“COP29 və Qlobal ətraf mühit problemləri” adlı dəyirmi masa keçirilib

02 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin Diplomatik xarici dillər kafedrasının təşəbbüsü ilə yaradılmış “Beynəlxalq danışıq klubu” çərçivəsində  Yaponiyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə “COP29 və Qlobal ətraf mühit problemləri” adlı dəyirmi masa keçirilib.

 Dəyirmi masa Diplomatik xarici dillər kafedrasının müəllimi Xanım Xəlilova tərəfindən Yaponiya Araşdırmalar Mərkəzində təşkil olunub.

Dəyirmi masada Diplomatik xarici dillər kafedrasının müdiri, f.e.d.,prof.N.R.Seyidova, dosent R.Hüseynova, fil.f.d.b/m.Y.A.İbrahimov və kurs tələbələri iştirak ediblər.

 Dəyirmi masada 11-24 noyabr 2024-cü il tarixlərində ölkəmizdə keçirilən BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının 29-cu sessiyasının (COP29) əhəmiyyəti  və tarixi haqqında maraqlı məlumatlar verilib.