COP29-a həsr olunmuş tədbir keçirilib
21 noyabr 2024-cü il tarixində ADU-nun İngilis və alman dilləri fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosentləri, filologiya üzrə fəlsəfə doktoru Ulduz Aslanovanın və filologiya üzrə fəlsəfə doktoru Elxan Yusifovun təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində COP29-a həsr olunmuş “Sulu el abad olar” mövzusunda mövcud vəziyyətlə əlaqədar olaraq onlayn görüş keçirilib.
Təşkilatçılar COP29 konfransının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıblar. Onlar vurğulayıb ki, müzakirə olunan mövzular çox müxtəlifdir. Həmçinin içməli su, kanalizasiya problemi, buzlaqların əriməsi də əsas mövzulardandır. Bunlar çox ciddi məsələlərdir. Ona görə də sudan düzgün istifadə ciddi mövzu olmalıdır. Bunun üçün maarifləndirici tədbirlər görülməlidir.
Sonra kafedra əməkdaşları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda mövzuya uyğun video-çarx nümayiş olunub.