“Nizami və təbiət” mövzusunda dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi, Filologiya fakültəsinin nəzdində Azərbaycan ədəbiyyatı kafedrası və Doktorantura şöbəsinin birgə təşkilatçılığı ilə COP29-la bağlı təşkil olunmuş “Nizami və təbiət” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akad. Muxtar İmanov dahi şair və mütəfəkkir Nizami Gəncəvinin zəngin yaradıcılığından danışıb.
Tədbirdə Azərbaycan ədəbiyyatı kafedrasının müəllimləri mövzu ilə bağlı mərzulərlə çıxış ediblər. ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müəllimləri f.f.d., dos. Aytən Hacıyeva “Nizami Gəncəvi yaradıcılığında təbiətin təsviri”, Azərbaycan ədəbiyyatı ixtisası üzrə elmlər doktoru, f.f.d., dos. əvəzi Mehriban Mövlamova “Nizami Gəncəvi yaradıcılığında təbiət-insan vəhdəti” və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, f.f.d., dosent Siracəddin Hacı isə “Nizamidə təbiət konsepsiyası” mövzusunda çıxış
Sonda ADU-nun I kurs tələbəsi Ruqiyyə Nəsirova “Sənsiz” romansını ifa edib.