Səmayə Quliyevanın ADU-nun tələbələri ilə görüşü keçirilib
29 oktyabr, 2024
Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı və Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi (ixtisas jurnalistika) Aygün Rəhimovanın təşəbbüsü ilə “Nitq mədəniyyəti” dərsi çərçivəsində görüş keçirilib.
Görüş Azərbaycanın tanınmış televiziya aparıcısı Səmayə Quliyevanın jurnalistika ixtisasının III kurs tələbələri ilə olub.
Teleaparıcı tələbələrə maraqlı olan mövzular haqqında söhbət açıb və öz həyat təcrübəsini bölüşüb, tələbələrin praktiki nitq bacarıqları da yoxlanılıb. O, bu formada təşkil olunan dərslərin tələbələr üçün əhəmiyyətini də vurğulayıb.
Qonaq ilə keçirilən görüş sual-cavab əsasında təşkil olunub.