XƏBƏRLƏR

Tələbələr Argentina Film Festivalında iştirak ediblər

29 oktyabr, 2024

Azərbaycan Dillər Universitetinin Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimləri Sevinc Qurbanova, Sara Ələsgərova, Ülviyyə Yaşarlı, Gülnar Zamanova, Bənövşə Behbudova, Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Günay Feyziyeva və Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin 177, 276, 289, 481-ci qrup tələbələri Argentina Film Festivalında iştirak ediblər.

Onlar 26 və 27 oktyabr tarixlərində "Sınaq müddətində" və "Cənazə maşınını gözləyərkən" filmlərini izləyiblər.

Bildirilib ki,24-29 oktyabr tarixlərində Bakıda Argentinanın Azərbaycandakı Səfirliyi tərəfindən keçirilən sözügedən festival çərçivəsində Argentina tarixi, mədəniyyəti və cəmiyyətini əks etdirən filmlər nümayiş olunub.