İspan dili Mərkəzində Cop 29-la bağlı dəyirmi masa keçirilib
29 oktyabr, 2024

Azərbaycan Dillər Universitetinin İspan dili Mərkəzinin baş mütəxəssisi Nərgiz Mədətovanın təşkilatçılığı ilə ölkəmizdə keçiriləcək Cop 29-la bağlı dəyirmi masa keçirilib.
Dəyirmi masada Tərcümə fakültəsinin 258-ci qrup tələbələri ispan dilində tədbirin ölkəmiz və bütün dünya üçün əhəmiyyəti haqqında təqdimat keçirib.







