Tələbələr Hərbi Qənimətlər Parkında olublar
25 oktyabr, 2024
Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasınım müəllimi Mina Qarayeva Regionşünaslıq fakültəsinin 187,188,189-cu qrup tələbələri ilə birgə Hərbi Qənimətlər Parkında olublar.
Açıq səma altında salınan parkda fakültənin tələbələr 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla yaxından tanış olublar.
Tələbələrdə milli ruhu gücləndirmək məqsədi daşıyan gəzintidə onlar müxtəlif sığınacaqlarla tanış olub, park ərazisində olan videozalda müsahibələri izləyiblər.