Braziliyalı professor ADU-nun qonağı olub

Braziliyanın Espirito Santo Universitetinin professoru Santini Souza və dosenti Felipe Furtado Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.
Professor Santini Souza Espirito Santo Universitetinin İmtahan test mərkəzinin və dosent Felipe Furtado Guimaraes isə Espirit Santo Universitetinin Beynəlxalq əlaqələr departamentinin rəhbəridir.
Beynəlxalq əlaqələr üzrə prorektor dos. Jalə Qəribova ilə keçirilən ilk görüşdə iki universitet arasındakı əməkdaşlıqdan bəhs edilib.
Professor Santini Souza ötən bir il müddətində universitetimizin müəllim heyəti ilə portuqal dilinin tədrisi zamanı keçdiyi təcrübə barəsində fikirlərini bölüşüb və əməkdaşlara portuqal dilini öyrənmək üçün göstərdikləri maraq və əzm üçün minnətdarlığını bildirib.
23-24 oktyabr tarixlərində professor Santini Souza Beynəlxalq münasibətlər və Regionşünaslıq və Tərcümə fakültələrinin akademik heyət və tələbələrinə Brazilyanın dil siyasəti və portuqal dilinin təməl bilikləri barədə seminarlar təşkil edib. Seminar böyük maraqla qarşılanıb.
23 oktyabr tarixində dosent Felipe Furtado Brazilya multikulturalizm sistemi və mədəniyyəti haqqında mühazirə oxuyub. Mühazirə ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin müəllim və tələbələri tərəfindən maraqla dinlənilib. Mühazirənin sonunda tələbələrlə elmi müzakirə aparılıb.



































