XƏBƏRLƏR

Alman dili üzrə B1-B2 səviyyəsində imtahan keçirilib

30 sentyabr, 2024

27-28 sentyabr tarixlərində Medizin Consulting Group-un binasında yerləşən tədris Mərkəzində ECL Beynəlxalq imtahanı Alman dili B1-B2 səviyyəsində keçirilib.

İmtahan Azərbaycan Dillər Universitetinin, İngilis fransız fakültəsi, Təhsildə xarici dillər kafedrasının müdiri, filologiya elmləri namizədi dos. Aida Sobor və Beynəlxalq münasibətlər fakültəsi nəzdində Diplomatik xarici dillər kafedrasının filologiya elmləri namizədi dos. Qönçə Abdulrəhimova və həmçinin həmin kafedranın filologiya elmləri namizədi dos. Muslumova Günay tərəfindən koordinasiya edilib.

Növbəti imtahan üçün  qeydiyyat oktyabr ayının 10-dan 28-ə kimi qədər olacaq.

Qeydiyyatdan keçmək istəyən şəxslər, şəxsiyyət vəsiqəsi ilə ADU-nun IV mərtəbəsində yerləşən 412 nömrəli şöbəyə (Qrantlar - Layihələr) yaxınlaşmağınız xahiş olunur.

Qeyd edək ki, imtahandan uğurla keçən şəxslər Beynəlxalq sertifikatlarla təltif olunacaqlar.